Month: November 2024

  • İtkin düşən 74 yaşlı kişinin meyiti çaydan tapıldı

    Astarada çaydan meyit tapılıb.

    APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çaydan kişi meyiti aşkarlanıb.

    Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.

    A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Ağız qoxusunu aradan qaldıran MƏHSULLAR – Alma “Təbii diş fırçası” sayılırmış

    İngilis diş həkimi Tim Bradstock-Smith ağız qoxusundan qurtulmağa kömək edəcək bir neçə məhsulun adını açıqlayıb.

    O, yaşıl çayı ən yaxşı dərmanlardan biri adlandırıb.

    Smitin sözlərinə görə, bu içki qoxuya səbəb olan kükürd birləşmələrini parçalayır və həm də antibakterial təsir göstərir.

    Bradstock-Smith təzə nəfəs üçün başqa bir təsirli məhsul olaraq almanı misal çəkib.

    “Alma çox vaxt təbiətin diş fırçası adlanır, çünki onların tərkibində yüksək miqdarda lif var, bu da dişlərdən lövhə və qida hissəciklərini çıxarmağa kömək edir. Bundan əlavə, onların təbii turşuluğu ağız qoxusuna səbəb olan bakteriyaları yuyan tüpürcək istehsalını da stimullaşdırır”, – deyə o, izah edib.

    Həkim əlavə edib ki, yerkökü də oxşar xüsusiyyətlərə malikdir.

    Bundan əlavə, göyərti ağız qoxusunu aradan qaldırmağa kömək edir. Məsələn, cəfəri və reyhanda xoşagəlməz qoxuları effektiv şəkildə neytrallaşdıran xlorofil maddəsi, nanə isə antibakterial təsir göstərən efir yağlarını ehtiva edir. Həkimin fikrincə, nəfəsinizi təzələmək üçün bir neçə nanə yarpağı çeynəmək və ya çaya əlavə etmək kifayətdir.
    //Baku.ws

  • İtkin düşən 74 yaşlı kişinin meyiti çaydan tapıldı

    Astarada çaydan meyit tapılıb.

    APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çaydan kişi meyiti aşkarlanıb.

    Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.

    A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • General-leytenant yeni rəis təyin etdi – FOTO

    Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə İsmayılov İlyas İsa oğlu Mərkəzin rəisi təyin olunub.

    Qeyd edək ki, bundan əvvəl Kinoloji Mərkəzinin rəisi polkovnik İlkin Osmanov vəzifəsindən azad edilib.

    İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.

  • Cinayət Məcəlləsində yeni maddə: Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, məcəlləyə yeni maddə əlavə edilib:

    “Maddə 104-1. Ekosid

    Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda –

    on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

  • Anderson Taliskanın yeni komandası bəlli oldu

    Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən Anderson Taliska yanvar ayından etibarən “Fənərbağça” klubunun şərəfini qoruyacaq.

    Median.Az “Ntvspor”a istinadən xəbər verir ki, braziliyalı futbolçu “Fənərbağça” rəsmiləri ilə görüşüb və təklifi qəbul edib.

    Türkiyə mediasında yayılan xəbərlərə görə Anderson Taliska “Fənərbağça” ilə ikiillik müqavilə imzalayacaq.

    Qeyd edək ki, Anderson Taliska bu mövsüm “Ən-Nəsr” forması ilə çıxdığı 17 oyunda səkkiz qolla yadda qalıb.

  • Лейла Алиева приняла участие в дискуссии о роли экологической грамотности в рамках COP29

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA (Международный диалог во имя охраны окружающей среды) Лейла Алиева приняла участие в дискуссии на тему “Инвестиции в образование для климатической устойчивости: раннее развитие и повышение экологической грамотности”.

    Мероприятие было организовано совместно Международным союзом охраны природы (МСОП) и IDEA в рамках 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    Выступая на мероприятии, Лейла Алиева подчеркнула, что активное участие молодежи в решении экологических проблем играет важную роль в борьбе с изменением климата в глобальном масштабе. Основатель и руководитель IDEA отметила значимость расширения возможностей для обмена знаниями и опытом среди молодежи посредством образовательных и просветительских программ, а также различных международных платформ.

    Лейла Алиева рассказала о проектах и мероприятиях, реализуемых IDEA. Она сообщила, что за прошедший период организацией был проведен ряд мероприятий, посвященных вопросам изменения климата и ответственного отношения к природе. Лейла Алиева подробно проинформировала участников об организованных эко-лагерях, информационных кампаниях, снятых документальных фильмах, а также о результатах проделанной работы.

    Лейла Алиева отметила, что IDEA является членом МСОП с 2014 года, и рассказала о деятельности, осуществленной в рамках межведомственного сотрудничества за 10 лет. До внимания участников дискуссии была доведена важная роль международной солидарности и сотрудничества в обеспечении устойчивого и здорового будущего, а также воспитании более образованного молодого поколения.

    В рамках мероприятия также выступили министр образования Азербайджанской Республики Эмин Амруллаев, генеральный директор МСОП Гретель Агилар, директор по образовательным вопросам инициативы Earthday.org Брайс Кун и молодая экоактивистка Джанина Гевара, представляющая программу #Decarbonize Глобального образовательного центра. Они высказали различные идеи по теме обсуждения и отметили роль экологической грамотности.

  • Leyla Əliyeva COP29-da gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrə qatılıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirilən “İqlim dayanıqlığı üçün təhsilə investisiya: Erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə iştirak edib.

    Leyla Əliyeva tədbirdə çıxış edərək gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb. IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

    IDEA tərəfindən həyata keçirilən layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilat tərəfindən ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşma kimi mövzulara həsr olunan bir sıra fəaliyyətlər icra olunub. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

    Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri qeyd edib. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.

    Tədbir çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Qretel Agilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Brays Kun və Qlobal Təhsil Mərkəzinin “#Decarbonize” proqramını təmsil edən gənc ekofəal Janina Gevara çıxış edərək müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.

  • Odun parçası ilə 85 yaşlı anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

    Qubada odun parçası ilə 85 yaşlı anasını döyərək qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanova hökm oxunub.

    “Report”un məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başa çatıb.

    Hökmə əsasən, o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Quba rayonunun Bağbanlar kəndində qeydə alınıb.

    İttihama görə, 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanov spirtli içki təsiri altında anası,1938-ci il təvəllüdlü Zöhrə İsmixanovaya odun parçası ilə zərbələr vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.

    O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinib.

  • Названы расходы на соцзащиту и соцобеспечение в следующем году

    В проекте государственного бюджета Азербайджана на 2025 год расходы на соцзащиту и социальное обеспечение прогнозируются на уровне 4 млрд 811 млн манатов.

    Как сообщает Report, это на 420.3 млн манатов или 9.6% больше по сравнению с 2024 годом, и на 530.3 млн манатов или 12.4% больше по сравнению с фактическим уровнем 2023 года.

    Согласно документу, удельный вес расходов на социальную защиту и соцобеспечение в структуре расходов госбюджета в 2025 году составит 11.6% (на 0.6 процентных пункта больше по сравнению с 2024 годом), доля ВВП – 3.7% (на 0.1 процентных пункта больше по сравнению с текущим годом).