Month: November 2024

  • Mahir Emreli: “Cüzi də olsa, C Liqasında qalmaq şansımız var”

    “Cüzi də olsa, C Liqasında qalmaq şansımız var”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli İsveç yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

    O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:

    “Cüzi də olsa şansımız var, rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır”.

    Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç-Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

  • “Yaşıl iqtisadiyyat”a keçiddə İƏT üzv dövlətlərinin bacarıq boşluqları AÇIQLANDI

    2023-cü ilin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Bazarı Hesabatı və Ətraf Mühit Hesabatındakı ən son məlumatlara əsasən, “yaşıl iqtisadiyyat”a keçiddə İƏT üzv dövlətləri arasında bir neçə mühüm bacarıq boşluğu müəyyən edilib”.

    “Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov COP29 çərçivəsində keçirilən “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

    Baş direktor mühüm olan beş əsas bacarıq boşluğunu açıqlayıb: “Birinci və ən əsas bacarıq boşluğu şirkətlərin rəqəmsal sahədə fəaliyyətindədir. İkincisi, günəş, külək və “yaşıl hidrogen” kimi bərpaolunan enerji texnologiyalarının tətbiqindəki texniki bacarıqların boşluğudur. Üçüncü, enerji səmərəliliyini qoruyan bina dizaynı və təkmilləşdirmə sahəsində təcrübə, dördüncü, iqlim risklərinin qiymətləndirilməsi və adaptasiya planlaşdırması bacarıqları üzrə boşluqlardır. Nəhayət, sonuncu bacarıq boşluğu isə gənc nəslin “yaşıl maliyyə” və davamlı biznes modellərini başlatmaq, idarə etmək qabiliyyətindədir”.

    A. Bayramov qeyd edib ki, bu bacarıq boşluğunu doldurmaq üçün əsas tövsiyələrə işçi qüvvəsinin təlimi, rəqəmsal savadlılığın təşviqi, iqtisadiyyatın diversifikasiyası, çevik qaydaların tətbiqi, innovasiya və sahibkarlığın təşviqi aiddir: “Həmçinin sosial müdafiənin gücləndirilməsi, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, həssas qrupların, gənclərin və qadınların səlahiyyətləndirilməsi, əməkdaşlıq və tərəfdaşlığın təşviqi də tövsiyələrə daxildir. İqtisadiyyatdakı bu keçid hazırda təlim proqramlarına əhəmiyyətli investisiya tələb edir. Boşluqlar ixtisasartırma və “yaşıl iş yerləri” üçün təkmilləşdirilmiş təlim proqramları və təhsil təşəbbüslərinə ehtiyacın olduğunu göstərir. Təhsil və peşə təliminə hədəflənmiş investisiyalar işçilərin bacarıqlarını artıracaq”.

  • Türkiyəli basketbolçu “Hyuston Rokets”də ilkə imza atıb

    Alperen Şengün ardıcıl iki oyunda “tripl-dabl” edərək “Hyuston Rokets” tarixində ilkə imza atıb.

    Türkiyə millisinin basketbolçusu Alperen Şengün “Hyuston Rokets”in heyətində “Çikaqo Bulls”a 143-107 hesabı ilə qalib gəldiyi matçda daha bir “tripl-dabl”a imza atıb.

    Qeyd edək ki, Alperen cəmi 25 dəqiqə oynadığı matçda komandasına 20 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə töhfə verib.

  • МИД прокомментировал заключение Совета Европы по Рамочной конвенции о защите нацменьшинств

    Министерство иностранных дел Азербайджана прокомментировало заключение Консультативного комитета Совета Европы по Рамочной конвенции о защите национальных меньшинств, опубликованное 18 ноября 2024 года.

    Об этом Median.Az сообщает со ссылкой на МИД АР.

    “Азербайджан как активная и ответственная сторона Рамочной конвенции и страна, хорошо известная своей деятельностью по продвижению этнической, культурной, языковой и религиозной толерантности во всем мире, тесно сотрудничал с Консультативным комитетом в ходе пятого цикла мониторинга. После представления доклада за этот период делегация Комитета посетила Азербайджан, провела встречи с представителями нацменьшинств в регионах, а также в Аппарате омбудсмена и с НПО нацменьшинств.

    Несмотря на то, что в заключении отмечены усилия правительства по реализации пунктов конвенции, ряд безосновательных замечаний и неточное отражение реалий в стране вызывают серьезные вопросы к подходу Комитета. Многие позитивные национальные достижения, успешная национальная политика, реформы и инициативы остались без внимания”, – говорится в заявлении министерства.

    Во внешнеполитическом ведомстве заявили, что политизированные утверждения о событиях после антитеррористических мероприятий в сентябре 2023 года выходят за рамки пятого цикла мониторинга. Кроме того, МИД считает, что в ряде случаев Комитет вышел за пределы своего мандата при оценке выполнения Азербайджаном пунктов конвенции за 2017-2022 годы.

    В ведомстве подчеркнули, что Комитет поспешил с некоторыми оценками и должен был проявить осторожность, чтобы не препятствовать хрупкому процессу постконфликтного планирования после устранения военной оккупации, мешавшей полному применению положений Рамочной конвенции в отношении этнических армян.

    “Вызывает сожаление, что Комитет в одностороннем порядке вышел за рамки порученного ему периода, продемонстрировав политически мотивированный и предвзятый подход”, – говорится в комментарии.

    Было указано, что избирательный подход Комитета, при котором игнорируются другие этнические группы и основное внимание уделяется армянской, а также чрезмерное использование информации из неизвестных источников без приведения примеров, еще более наглядно демонстрирует необъективность Комитета. В МИД также отметили неприемлемость многочисленных ложных утверждений по вопросам, не относящихся к практике и мандату Комитета.

    “Неверное толкование решений Международного суда ООН, оценки, существенно отличающиеся от мнения комиссара Совета Европы по правам человека, а также заявления о ситуации вокруг лачынской дороги или переселения этнических армян из Карабаха в Армению неприемлемы.

    Следует еще раз отметить, что Рамочная конвенция предусматривает не только защиту прав лиц, принадлежащих к нацменьшинствам, но и необходимость уважения верховенства закона, суверенитета, территориальной целостности и конституционного строя государств. Однако в заключении односторонне отмечается необходимость защиты прав армянских жителей, при этом игнорируется их обязанность соблюдать законодательство Азербайджана”, – заявили в ведомстве, отметив неравное и предвзятое отношение к стране со стороны Комитета.

    “Комитет проявляет безразличие к правам азербайджанцев, насильственно изгнанных со своих родных земель в Армении в результате политики этнических чисток. Кроме того, оценка общей ситуации с правами человека в Азербайджане выходит за рамки мандата Консультативного комитета и сферы действия конвенции, и она не имеет отношения к целям заключения. В этом контексте призывы Комитета пересмотреть законы о СМИ и НПО неадекватны и неуместны. Защита прав человека и основных свобод граждан, обеспечение достойного уровня жизни являются высшей целью государства. В Азербайджане последовательно реализуются меры в этом направлении”, – говорится в заявлении МИД.

  • XİN AŞ-nin Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının rəyinə münasibət bildirib

    Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən icrasına dair Məşvərət Komitəsinin Beşinci Rəyini şərh edib.

    Şərhdə deyilir:

    “Azərbaycan Respublikası, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına fəal və məsuliyyətli tərəf kimi və bütün dünyada etnik, mədəni, dil və dini tolerantlığın və etimadın təşviqi fəaliyyətləri ilə çox yaxşı tanınan ölkə olaraq monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvərət Komitəsi ilə yaxından əməkdaşlıq edib. Bu dövr üzrə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyəti Azərbaycana səfər edib, çoxsaylı aidiyyəti dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşüb və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşlər keçirib.

    18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur. Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb.

    Bundan əlavə, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar beşinci monitorinqin müddətinin çərçivəsindən kənara çıxır. Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer alması, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməniəsilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirilə bilmədiyinə dair qeydlərin həmin hesabatda əksini tapması, Məşvərət Komitəsinin sözügedən iddialarının konvensiyanın konkret müddət çərçivəsində icrasını qiymətləndirmək üçün verilən mandatdan kənara çıxdığını göstərir.

    Azərbaycan Respublikasının ərazilərinin bir hissəsində, bu ərazilərdə suveren nəzarətin həyata keçirilməsinə və oradakı erməniəsilli şəxslərə münasibətdə Çərçivə Konvensiyasının müddəalarının tam tətbiqinə mane olan hərbi işğalın aradan qaldırılmasının ardınca post-münaqişə dövrü üçün nəzərdə tutulan həssas səylərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvərət Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövrək olan prosesə əngəl törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranmalı idi.

    Komitənin öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşmadan xəbər verən fərqli yol tutması təəssüf doğurur.

    Məşvərət Komitəsinin digər etnik qruplara etinasızlıq göstərildiyi halda erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrdən alınan məlumatlara həddən artıq əsaslanması sözügedən Komitənin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir.

    Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının yanlış təfsiri və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının rəyindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətləndirmələr də daxil olmaqla, Komitənin təcrübə sahəsinə və mandatına aid olmayan məsələlərə (misal üçün, Laçın yolu ətrafında vəziyyət və ya etnik ermənilərin Qarabağ bölgəsindən Ermənistana köçməsi) dair bir çox yalan iddialar qəbuledilməzdir.

    Çərçivə Konvensiyasının təkcə milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsini nəzərdə tutmadığı, eyni zamanda, qanunun aliliyinə və əlaqədar dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmət edilməsinin zəruriliyinə əsaslandığı bir daha qeyd olunmalıdır. Buna baxmayaraq, rəydə birtərəfli qaydada erməni sakinlərinin hüquqlarının müdafiəsinin zəruriliyi qeyd edilir, həmin kateqoriyaya aid olan şəxslərin Azərbaycanın qanunvericiliyinə əməl etmək öhdəliyinə isə məhəl qoyulmur.

    Digər böyük narahatlıq doğuran məsələ standartların üzv dövlətlərə münasibətdə qeyri-düzgün tətbiqidir. Azlıqların hüquqları ilə əlaqədar bənzər vəziyyətlərdə olmalarına baxmayaraq, bəzi ölkələrə fərqli münasibətin göstərilməsi təəssüf doğurur. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinasızlıq nümayiş etdirilməkdədir.

    Bundan əlavə, ölkədə insan hüquqlarının ümumi vəziyyətinin qiymətləndirilməsinin aparılması Məşvərət Komitəsinin mandatından və Konvensiyanın əhatə dairəsindən kənara çıxılması deməkdir və bu qiymətləndirmənin rəyin məqsəd və hədəfləri ilə əlaqəsi yoxdur. Bu baxımdan, Məşvərət Komitəsinin Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırışı qeyri-adekvatdır və uyğun deyil.

    Vətəndaşları üçün insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, layiqli yaşayış səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və hazırda da həyata keçirilir”.

  • Лейла Алиева, принцесса Иордании и гендиректор ICCROM посмотрели спектакль “Манкурт”

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева, находящиеся с визитом в нашей стране в рамках COP29 принцесса Иорданского Хашимитского Королевства, посол доброй воли ЮНЕСКО, президент Национального треста Петры Дана Фирас и генеральный директор ICCROM Аруна Франческа 17 ноября посмотрели в Азербайджанском государственном театре пантомимы спектакль “Манкурт”.

    Как сообщает АЗЕРТАДЖ, постановщиком сценического произведения, подготовленного по мотивам произведения всемирно известного кыргызского писателя Чингиза Айтматова “И дольше века длится день”, является Джейхун Дадашев, художником – Санубар Самедова, музыкальным оформителем – Эльман Рафиев, режиссером по пластическому решению – народный артист Бахтияр Ханызаде. В спектакле участвует весь актерский состав театра.

    Спектакль, который уже долгие годы входит в репертуар театра, в этом сезоне представлен любителям искусства в новом стиле.

    Спектакль был с интересом встречен публикой.

  • Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru “Manqurt” tamaşasını izləyiblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, “Petra” Milli Trestinin prezidenti Dana Firas və ICCROM-un baş direktoru Aruna Françeska noyabrın 17-də Azərbaycan Dövlət Pantomim Teatrında “Manqurt” tamaşasını izləyiblər.

    AZƏRTAC xəbər verir ki, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.

    Uzun illərdir teatrın repertuarında olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.

    Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

  • Kristian Eriksen “Mançester Yunayted”dən ayrılacaq

    Danimarkalı futbolçu Kristian Eriksen mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacaq.

    32 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini uzatmayacaq.

    Eriksenin cari sözləşməsi mövsümün sonunda başa çatacaq.

    Qeyd edək ki, Kristian Eriksen bu mövsüm “Mançester Yunayted” forması ilə səkkiz oyunda meydana çıxaraq üç qol vurub.

  • Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü

    Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

    “Report”un məlumatına görə, hadisə Kijəbə qəsəbəsi ərazisində baş verib.

    Belə ki, qəsəbə sakini 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xətlərinə toxunub və cərəyan vurması səbəbindən ölüb.

    Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Altı yaşlı ukraynalı atlet anasına görə lisenziyasını itirə bilər

    Altı yaşlı ukraynalı atlet Anastasiya Oprya anasının sosial şəbəkələrdə rus dilində paylaşımlarına görə yerli yarışlarda iştirak lisenziyasını itirə bilər.

    Median.Az “Championat”a istinadən xəbər verir ki, Oprya bədii gimnastika ilə məşğul olur.

    İdmançının anası bildirib ki, gənc idmançı rus dilində sosial şəbəkələrdə şəxsi səhifə saxladığına görə idman məktəbindən kənarlaşdırıla və ölkə daxilində yarışlara buraxılmaya bilər.

    Qeyd edək ki, daha sonra Anastasiya Opryanın anasının rus dilində bloq yazıları da üzə çıxıb.