Month: December 2024

  • Yeni il ərəfəsində Azərbaycanda un qiymətləri – RƏSMİ

    Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, dekabrın 26-dan etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl” MMC (26 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).

    Beləliklə, qiymətlər ayın əvvəli ilə eyni səviyyədə qalıb.

    Dekabrın 26-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

    “ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.10 manat;

    “Anadoluqida” və “AVETA” və “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.15 manat;

    “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.20 manat;

    “Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN”, “Xırman”, “SKY AGRO” MMC-lər, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.05 manat;

    “Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.60 manat;

    “Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;

    “Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.35 manat;

    “Hazartürk LTD”, “Sünbül 2012”, “Taxıl AQRO” və “Avrora” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

    “NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.60 manat;

    “Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.70 manat;

    “Qarabağ un” MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.80 manat.

  • Ильхам Алиев ознакомился с транспортными средствами спецназначения для оказания коммунальных услуг – ФОТО (ОБНОВЛЕНО)

    28 декабря Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с различными транспортными средствами специального назначения, предназначенными для оказания коммунальных услуг в Баку.

    Как сообщает АЗЕРТАДЖ, глава Исполнительной власти города Баку Эльдар Азизов проинформировал главу государства о технических показателях и возможностях транспортных средств.

    Было сообщено, что здесь имеются транспортные средства и техника производства компаний IVECO и Dongfeng, предназначенные для различных коммунальных работ. Большинство транспортных средств являются полностью электрическими и работают, не нанося вреда окружающей среде.

    Следует отметить, что благодаря вниманию и заботе Президента Ильхама Алиева во всех регионах Азербайджана, в том числе в Баку, последовательно проводятся работы по реконструкции и благоустройству, предпринимаются важные шаги для улучшения экологического состояния как столицы, так и других городов страны. Все это с большим удовлетворением воспринимается и горожанами, и гостями столицы. Неслучайно туристы, приезжающие в Баку, отмечают, что это один из самых чистых и красивых городов мира.

    * * * * *

    28 декабря Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с различными транспортными средствами специального назначения, предназначенными для оказания коммунальных услуг в Баку.

    Об этом сообщает АЗЕРТАДЖ.





  • İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək nəqliyyat vasitələri ilə tanış olub – FOTO (YENİLƏNİB)

    Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları barədə məlumat verib.

    Bildirilib ki, burada IVECO və “Dong Feng” şirkətlərinin istehsalı olan müxtəlif kommunal işlər üçün nəzərdə tutulan nəqliyyat vasitələri və texnikalar var. Nəqliyyat vasitələrinin əksəriyyəti tam elektrikli olmaqla, ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan çalışır.

    Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir bölgəsində, o cümlədən Bakıda ardıcıl olaraq yenidənqurma və abadlaşdırma işləri aparılır, digər şəhərlərimizdə olduğu kimi, paytaxtda da ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar həm şəhər sakinləri, həm də paytaxtımızın qonaqları tərəfindən böyük məmnunluqla qarşılanır. Təsadüfi deyil ki, Bakıya gələn turistlər paytaxtımızın dünyanın ən təmiz və gözəl şəhərlərindən biri olduğunu qeyd edirlər.

    * * * * *

    Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.





  • Объявлен график работы центров ASAN xidmət и ASAN kommunal в праздничные дни

    В связи с Днем солидарности азербайджанцев мира и Новым годом 30 декабря – 3 января в центрах ASAN xidmət и ASAN kommunal будут нерабочими днями.

    Об этом сообщает Median.Az со ссылкой на ASAN xidmət.

    Отмечено, что с 4 января граждане смогут воспользоваться соответствующими услугами, обратившись в центры.

  • “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 30 dekabr – 3 yanvar tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

    Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

    Qeyd edilib ki, 4 yanvar tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

  • Ушла из жизни легендарная Джульетта: не стало Оливии Хасси

    Британская актриса Оливия Хасси, сыгравшая роль Джульетты в фильме “Ромео и Джульетта” (Romeo and Juliet, 1968), умерла на 74-м году жизни.

    Об этом сообщила ее семья в Instagram.

    “С глубокой грустью извещаем о кончине Оливии Хасси Эйсли, которая 27 декабря мирно ушла из жизни дома в окружении своих близких”, – говорится в сообщении.

    Информация о причинах смерти не приводится.

    В январе 2023 года Хасси и Леонард Уайтинг, исполнившие главные роли в фильме “Ромео и Джульетта”, подали в суд на компанию Paramount Pictures из-за того, что им пришлось сняться в одной из сцен в обнаженном виде, хотя они оба были несовершеннолетними. По данным британской газеты Daily Mail, суд отклонил иск.

    За свою карьеру Хасси сыграла более чем в 50 фильмах и сериалах, среди которых “Иисус из Назарета” (Jesus of Nazareth, 1977), “Смерть на Ниле” (Death on the Nile, 1978) и “Мать Тереза” (Madre Teresa, 2003). В 1969 году она получила “Золотой глобус” за главную роль в фильме “Ромео и Джульетта”.

  • “Cülyetta” obrazı ilə məşhurlaşmış britaniyalı aktrisa vəfat edib

    Britaniyalı aktrisa, “Romeo və Cülyetta” (1968) filmində “Cülyetta” obrazını canlandıran Oliviya Hassi 74 yaşında vəfat edib.

    Bu barədə onun ailəsi “Instagram”da məlumat yayıb.

    “Dekabrın 27-də öz evində, yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən Oliviya Hassinin vəfatını dərin hüznlə bildiririk”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, karyerası ərzində Oliviya Hassi “Nazaretli İsa” (1977), “Nildə Ölüm” (1978) , “Tereza Ana” (2003) daxil olmaqla 50-dən çox film və serialda rol alıb. 1969-cu ildə “Romeo və Cülyetta” filmindəki baş roluna görə “Qızıl Qlobus” mükafatını qazanıb.

  • В 2025 году произойдут два солнечных и два лунных затмения

    Всего в 2025 году произойдет четыре затмения – два солнечных и два лунных.

    Как сообщает Median.Az со ссылкой на Шамахинскую астрофизическую обсерваторию, лунные затмения, которые произойдут 14 марта и 7 сентября, будут полными. Во время полного затмения Луна полностью проходит через тень Земли. Солнечные затмения, которые произойдут 29 марта и 21 сентября, будут частичными, то есть Луна не сможет полностью закрыть солнечный диск. Из затмений 2025 года только одно – лунное затмение 7 сентября – можно будет наблюдать из Азербайджана.

    Первое лунное затмение 14 марта охватит Северную и Южную Америку, большую часть Австралии, часть Европы, восточную часть Азии, Тихий и Атлантический океаны, Арктику и Антарктиду. Затмение начнется в 07:57 по бакинскому времени и завершится в 14:00. Максимум затмения, которое продлится в общей сложности 6 часов, наступит в 10:58.

    Второе лунное затмение произойдет 7 сентября. Природное явление охватит в основном Европу, Азию, Африку, Австралию, Индийский океан, Антарктиду. На западе Северной Америки, востоке Южной Америки, в Тихом океане и Арктике будет наблюдаться частичное и полутеневое затмение. Процесс затмения начнется в 19:28 по бакинскому времени и завершится 8 сентября в 00:55. Полное затмение диска начнется в 21:30 и продлится 82 минуты.

    Первое солнечное затмение года произойдет 29 марта. Солнечное затмение охватит северо-восточную часть Северной Америки, север Южной Америки, Европу, север Азии, Арктику, Атлантический океан. Оно начнется в 12:50 по бакинскому времени и закончится в 16:43.

    Последнее затмение придется на 21 сентября. Затмение охватит юго-восточную часть Австралии, Тихий и Атлантический океаны, Антарктиду. Пик солнечного затмения, которое начнется в 17:29 и закончится в 21:53 по бакинскому времени, придется на 19:41.

  • Gələn il iki Günəş, iki Ay tutulması olacaq

    Gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

    Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

    Məlumata görə, martın 14-ü və sentyabrın 7-də baş verəcək Ay tutulmalarının hər ikisi tam tutulma olacaq. Tam tutulma zamanı Ay bütövlükdə Yerin kölgəsindən keçir. 29 mart və 21 sentyabra təsadüf edən Günəş tutulmaları isə qismən olacaq, yəni ay Günəş diskini tamamilə örtə bilməyəcək. 2025-ci ildəki tutulmalardan yalnız biri – 7 sentyabrda baş verəcək Ay tutulması Azərbaycandan müşahidə oluna biləcək.

    Martın 14-dəki ilk Ay tutulması Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın bir hissəsi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və saat 14:00-da bitəcək. Ümumilikdə 6 saat davam edəcək tutulmanın maksimumu saat 10:58-də olacaq.

    Sentyabrın 7-də isə ikinci Ay tutulması olacaq. Təbii hadisə əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.

    İlin ilk Günəş tutulması isə 29 martda baş verəcək. Günəş tutulması ümumilikdə Şimali Amerikanın şimal-şərq hissəsi, Cənubi Amerikanın şimalı, Avropa, Asiyanın şimalı, Arktika, Atlantik okeanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq və saat 16:43-də bitəcək.

    Sonuncu tutulma hadisəsi 21 sentyabra təsadüf edir. Tutulma Avstraliyanın cənub şərq hissəsini, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 17:29-da başlayıb saat 21:53-də bitəcək tutulmanın maksimumu saat 19:41-ə uyğun gəlir.

    Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509 dərəcəlik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində isə əlavə olaraq Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.

  • Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir

    Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu gələcək planlarını açıqlayıb.

    Ulduz futbolçu bu barədə bütün zamanların ən yaxşı bombardiri olaraq mükafat aldığı “Globe Soccer Awards” mərasimində danışıb:

    “Mən heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox! Bəlkə klub sahibi. Bu məqamdan, düzgün imkanlardan asılı olacaq.

    Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma sözlərimi qeyd edin: mən böyük klubun sahibi olacağam”.

    Qeyd edək ki, 39 yaşlı portuqaliyalı 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib. O, ötən il də bu nominasiyanın qalibi olmuşdu.