Month: December 2024

  • Bu ərazilərdə böyük söküntü olacaq – Tarix və kompensasiya

    Sumqayıt şəhəri 20, 21-ci məhəllələrdə köhnə evlərin söküntüsünə başlanılır.

    Bu barədə iddia Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilir ki, ərazidə gələn ilin mart ayından etibarən köhnə tikililərin söküntüsünə start veriləcək. Bunun müqavilində sakinlərə hər kvadratmetrə görə 1500 AZN pul ödəniləcək. Üstəlik onlara kirayə mənzil haqqı olaraq 500 manat aylıq pul ödəniləcək.

    Məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

  • Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

    Türkiyənin Antalyanın Demre rayonundakı Müqəddəs Nikolay kilsəsində Sarkofaq aşkar edilib.

    “Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gələcəyə Miras Layihəsi çərçivəsində 20 metr uzunluğunda, iki mərtəbəli bina kilsənin cənubundakı həyətlə məhdudlaşır” – bu fikirləri qazıntının rəhbəri olan Hatay Mustafa Kamal Universiteti Sənət Tarixi Bölümü müəllimlərindən Dos. Dr. Ebru Fatma Fındık bildirib.

    Qazıntılara rəhbərlik edən alim bildirib ki, Bina daxilində qazma işləri apararkən gözlənilmədən bir sarkofaqla qarşılaşdıq.

    “Bu, bəzəksiz sarkofaqlar qrupuna aid olan yerli daşdan hazırlanmış və bir qədər hündür tağlı damı olan bir nümunədir. Qapağın üst tərəfində, dar tərəfdə, yarım dairəvi bir çıxıntı və tutacaq mövcuddur. Təxminən 2 metr uzunluğunda olan sarkofağın yeraltı hissəsinin 1,5-2 metr hündürlüyündə olduğu təxmin edilir. İlkin araşdırmalara əsasən, bu sarkofaq, bölgədə tapılan digər sarkofaqlarla oxşar xüsusiyyətlərə malikdir.”-deyə Ebru Fatma Fındık bildirib.

    “İlk dəfə olaraq, bir sarkofaqın orijinal yerində aşkar edildiyinə inanırıq. Müqəddəs Nikolayın məzarının yerləşdiyi ehtimal edilən kilsənin bu qədər yaxınlığında bir sarkofaqın üzə çıxarılması bizi həyəcanlandırdı. Layihə çərçivəsində sarkofaqın yerləşdiyi ərazinin qazıntı və bərpa işlərini tamamlayaraq ölkəmizin turizminə töhfə verməkdən qürur duyacağıq.”-deyə arxeoloq bildirib.

    Müqəddəs Nikolay haqqında

    Santa Klausun tez-tez maralların çəkdiyi xizəklə dünyanı gəzdiyi təsvir edilsə də, Müqəddəs Nikolayın doğulduğu və yaşadığı yerlər Anadolunun günəşlə isidilmiş Aralıq dənizi sahilləridir. Uşaqlara qarşı dərin mərhəmət duyan, onlara hədiyyələr gətirən mehriban bir qoca kimi təsəvvür edilir. Müqəddəs Nikolay təxminən eramızın 300-cü ilində Likiya şəhəri Patarada varlı bir buğda tacirinin yeganə övladı olaraq dünyaya gəlib.

    Nikolayın həyatı haqqında çox az şey məlum olsa da, onunla bağlı çoxlu əfsanələr mövcuddur. Onun kiçik yaşlarından möcüzələr göstərdiyinə inanılır. Bir əfsanəyə görə, gənc yaşlarında kilsə dağıntıları altında qalıb və sağ qalmağı bacarıb. Onun möcüzələri böyüklük dövründə də davam edib. Əfsanələrdən birində deyilir ki, o, üç gənc qız üçün cehiz alsınlar deyə gecələr pəncərələrindən və ya bacalarından pul atıb. Digər hekayələrdə bir gəmini batmaqdan xilas etdiyi və hətta üç ölmüş uşağı həyata qaytardığı iddia olunur.

    Uşaqların və dənizçilərin himayədarı kimi məşhur olan Müqəddəs Nikolay, bir müddət sonra doğulduğu Patara şəhərini tərk edərək yaxınlıqdakı Myra şəhərinə köçüb. Bu günkü Demre adlanan Myra, bir vaxtlar Likya sivilizasiyasının paytaxtı və yepiskop mərkəzi olub. Müqəddəs Nikolay uzun illər Myrada möcüzələr yaradan yepiskop kimi xidmət edib və mərhəmət və iman dolu bir irs buraxıb.

    Bu gün Myra, Likya dövrünə aid qaya məzarları və bütöv qalan Roma dövrü teatrı ilə ziyarətçiləri qarşılayır. Müqəddəs Nikolayın 6 dekabr 365-cü ildə Myrada 65 yaşında vəfat etdiyi güman edilir. Yas içində olan Myralılar onun xatirəsini əbədiləşdirmək üçün bir kilsə inşa edərək onun cənazəsini bir sarkofaqda dəfn ediblər. Müqəddəs Nikolayın möcüzələrinin təsvir edildiyi bu kilsə daha sonra zəlzələlər və basqınlar nəticəsində dağılıb və 9-cu əsrdə günbəzli kilsə kimi yenidən tikilib.

    Kilsənin daha genişmiqyaslı bərpası isə 1042-ci ildə Şərqi Roma imperatoru IX Konstantin və həyat yoldaşı Zoya tərəfindən həyata keçirilib. Bu səylər sayəsində Müqəddəs Nikolay Kilsəsi bu gün Orta Şərq Roma memarlığının ən gözəl nümunələrindən biridir. 2000-ci ildən bəri UNESCO-nun Dünya İrsi Mirasının Müvəqqəti Siyahısında yer alan bu kilsə, həm də Türkiyədə Xristianlığın ən əhəmiyyətli məkanlarından biri hesab olunur və hər il minlərlə insan tərəfindən ziyarət edilir.

  • Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? – VİDEO

    Gələn ildən pensiyaların sığorta hissəsi təxminən 9% artacaq.

    Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, pensiyaların baza hissəsi ləğv edildiyindən indi yalnız sığorta hissəsi qalıb. Bu da pensiya məbləğinin özünü formalaşdırır ki, indeksləşdirmə zamanı məbləğə nəzərdə tutulan faiz sığorta hissəsinə də təsir edir.

    Musa Quliyev əlavə edib ki, minimum pensiyanın 320 manat məbləğində olacağı proqnozlaşdırılır.

    Komitə sədri qeyd edib ki, gələn il üçün olan artımlar sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, şəhid ailələrinin və qazilərin daha çox sosial rifahlarının təmin olunmasına imkan verəcək. İşsizlikdən sığorta fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək.

  • ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi

    ABŞ Dövlət Departamenti Ukraynaya çoxməqsədli F-16 qırıcılarının xidmət göstərilməsi üçün $266,4 milyon dəyərində müqaviləni təsdiqləyib.

    Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin saytı məlumat yayıb.

    Müqavilənin detallarına görə:

    •Ukraynaya F-16 təyyarələrinin istismarını dəstəkləmək üçün zəruri xidmətlər və avadanlıqlar təqdim ediləcək.
    •Əsas elementlər arasında bunlar var:
    oMissiyaların planlaşdırılması sistemi (JMPS);
    oAN/PYQ-10 (SKL) açar yükləmə cihazları;
    oMühərrik komponentlərinin təkmilləşdirilməsi proqramı (CIP);
    oEhtiyat hissələri, sərfiyyat materialları və aksesuarlar;
    oTəmir və texnikanın qaytarılması dəstəyi;
    oSilah proqram təminatı;
    oŞəxsi heyətin təlimi və texniki dəstək;
    oUkraynanın müdafiə qabiliyyətinin artırılması.

    Bu müqavilə Ukraynanın mövcud və gələcək təhlükələrə cavab vermə qabiliyyətini gücləndirmək və hava müdafiəsini inkişaf etdirmək məqsədi daşıyır.
    ABŞ-ın məqsədləri: Müqavilə ABŞ-ın Avropadakı tərəfdaşlarının təhlükəsizliyini artırmaq məqsədi daşıyan xarici siyasət və milli maraqlarını dəstəkləyir.
    Müqavilənin icrası Belçikanın Sabena, ABŞ-ın Lockheed Martin Aeronautics və Pratt and Whitney şirkətlərinə həvalə edilib.

    Dövlət Departamenti vurğulayıb ki:

    •Bu müqavilənin icrası Ukraynada əlavə ABŞ nümayəndələrinin mövcudluğunu tələb etməyəcək.

    •ABŞ-ın öz müdafiə qabiliyyətinə təsir etməyəcək.

    •Müqavilə bölgədəki hərbi balansı dəyişdirməyəcək, lakin Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və təhdidlərə daha effektiv cavab verməyə imkan yaradacaq.

    Əlavə məlumat: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Danimarkanın Ukraynaya təhvil verdiyi F-16 təyyarələrinin ikinci partiyası artıq ölkəyə çatıb.
    Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya aktivlərinin dondurulması təşəbbüsü çərçivəsində “Yeddilik Qrupu”nun bir hissəsi olaraq Ukraynaya $20 milyard ayrıldığını elan edib.
    //qaynar.az

  • Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı

    İBA-nın Dubayda keçirilən Konqressində ilin ən yaxşıları mükafatlandırılıb.

    Mükafat qazananlar arasında Azərbaycan millisinin boksçusu, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Alfonso Dominqes də yer alıb.

    O, 50 min dollar mükafat qazanıb.

  • Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı

    Vuds Hole Okeanoqrafiya İnstitutunun amerikalı alimləri çilili həmkarlarının iştirakı ilə Sakit Okeanın Atakama xəndəyində həddindən artıq dərinliklərdə yaşayan yırtıcı amfipodların yeni növünü aşkar ediblər.

    Tədqiqat “Systematics and Biodiversity” (SAB) elmi jurnalında dərc olunub.

    Amfipodlar və ya amfipodlar, dünyanın duzlu və şirin su ərazilərində yayılmış xərçəngkimilər qrupudur. Komanda canlıya Dulcibella camanchaca adını verib. O, okeanın hadal zonasında yaşayan ilk böyük yırtıcı amfipod olub. Hadal zonası altı kilometrdən çox dərinlikdən başlayır və tam qaranlıq və çox güclü təzyiqlə xarakterizə olunur.

    Heyvanın uzunluğu təxminən dörd santimetrə çatır və 7,9 kilometrə qədər dərinlikdə daha kiçik amfipod növlərini ovlamaq üçün xüsusi bədən üzvlərindən istifadə edir.

    “Dulcibella camanchaca sürətli üzən yırtıcıdır. Biz And bölgəsinin yerli dillərində “qaranlıq” sözünün şərəfinə onun gəldiyi dərin, qaranlıq okeana istinad etdik”, deyə tədqiqatın həmmüəllifi Dr. Coanna Ueston bildirib.

    Alimlərin fikrincə, kəşf təkamül inkişafını başa düşmək və okeanın dərinliklərindəki şəraitə uyğunlaşmaq üçün vacibdir.
    //qaynar.az

  • TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib

    TƏBİB Ötən gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı açıqlama verib.

    Qurumdan bildirilib ki, 10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

    Ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

    Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, hadisə dünən rayonuun Xırmandalı kəndində baş verib. Kənd sakini, 2020-ci il təvəllüdlü N.Ə-nin qəfil halının pisləşməsini görən valideynləri uşağı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

    Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

  • Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib

    Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefonla danışıb.

    Onlar iki ölkə arasında tərəfdaşlığı müzakirə ediblər.

    Liderlər Suriya və Ukraynadakı vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar.

  • Комендантский час в Дамаске отменен

    Вооруженная оппозиция, пришедшая к власти в Сирии, объявила об отмене комендантского часа в Дамаске.

    Соответствующее заявление опубликовано в telegram-канале управления военных операций (руководящий орган оппозиционных формирований).

    “Уважаемые жители города Дамаска и одноименной провинции, доводим до вашего сведения, что управление военных операций отменило комендантский час в городе”, – отмечается в тексте.

    Также оппозиция Сирии отменила действие комендантского часа в прилегающих районах, сообщил телеканал Al Jazeera.

  • Dəməşqdə komendant saatı ləğv edilib

    Suriyada hakimiyyətə gələn silahlı müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini elan edib.

    Müvafiq bəyanat Hərbi əməliyyatlar idarəsinin (müxalifət birləşmələrinin rəhbər orqanı) “Telegram” kanalında dərc edilib.

    “Al Jazeera” telekanalının məlumatına görə, Suriya müxalifəti həmçinin ətraf rayonlarda da komendant saatını ləğv edib.