Month: December 2024

  • Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

    Milli Məclis ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələri üçüncü – son oxunuşda təsdiqləyib

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə 150 manat məbləğində cərimə ediləcək.

    Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə 200 manat məbləğində cərimə ediləcək.
    //oxu.az

  • Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlanıb

    Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş 33 yaşlı İsgəndər Ağayev saxlanılıb.

    Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi altı kiloqram heroin aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

    Qeyd edək ki, cari il ərzində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 220 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

  • Призывниками в Азербайджане будут считаться граждане мужского пола в возрасте от 18 до 30 лет

    Милли Меджлис принял в третьем, окончательном чтении предложенные изменения в положение “О прохождении военной службы”.

    На сегодняшнем пленарном заседании парламента был вынесен на обсуждение проект изменений в Уголовный кодекс, Миграционный кодекс, Кодекс об административных проступках, законы “Об охране здоровья населения”, “Об утверждении Положения о прохождении военной службы”, “О психиатрической помощи”, “О мобилизационной подготовке и мобилизации в Азербайджанской Республике” и “О воинской обязанности и военной службе”.

    Согласно предлагаемым изменениям, призывниками будут считаться граждане Азербайджана мужского пола в возрасте от 18 до 30 лет, состоящие или подлежащие постановке на первоначальный воинский учет и не прошедшие срочную действительную военную службу.

    Напомним, что по действующему законодательству этот возрастной предел составляет от 18 до 35 лет.

    Кроме того, предельный возраст для прохождения службы военнослужащими срочной действительной военной службы Вооруженных сил Азербайджана снижается с 36.5 до 31.5 лет.

    Также, согласно статье 39 закона “О воинской обязанности и военной службе”, предельный возраст службы военнослужащих срочной действительной военной службы Вооруженных сил Азербайджана в мирное время составляет 36.5 лет.

    Предлагаемые поправки также ужесточают ответственность за непредставление в установленные законом “О воинской обязанности и военной службе” сроки сведений об учете или снятии с учета призывников и военнообязанных по месту жительства, установлении их инвалидности, изменении фамилии, имени, отчества, даты и места рождения в актах гражданского состояния, регистрации смерти, а также о возбуждении в их отношении уголовного дела или вступившем в законную силу приговоре суда.

    Должностные лица будут оштрафованы на сумму от 300 до 500 манатов (в настоящее время 150-250 манатов), а юридические лица – на сумму от 900 до 1 100 манатов (в настоящее время 300-500 манатов).

    Уклонение от военной службы без законных оснований или призыва по мобилизации повлечет за собой наказание в виде лишения свободы на два года. Те же деяния, совершенные в военное время, наказываются лишением свободы на срок от трех до шести лет.
    //oxu.az

  • Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir – Parlament TƏSDİQLƏDİ

    Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri üçüncü – son oxunuşda qəbul edib.

    Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

    Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir. Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.

    Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

    Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    //oxu.az

  • Милли Меджлис утвердил соглашение между Азербайджаном и Мальдивами

    Милли Меджлис утвердил соглашение между Азербайджаном и Мальдивами об освобождении от визовых требований для владельцев дипломатических, служебных и официальных паспортов.

    Как сообщает Oxu.Az, на сегодняшнем пленарном заседании парламента был вынесен на обсуждение законопроект об утверждении “Соглашения между правительством Азербайджанской Республики и правительством Мальдивской Республики об освобождении владельцев дипломатических, служебных и официальных паспортов от взаимных визовых требований”.

    Документ был вынесен на голосование и принят.

  • Azərbaycanla Maldiv arasında bəzi şəxslərin vizadan azad edilməsi ilə bağlı saziş təsdiqləndi

    Milli Məclis Azərbaycanla Maldiv arasında diplomatik və xidməti pasportları olan şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi təsdiqləyib.

    Bununla bağlı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

    Layihə səsə qoyularaq qəbul edilib.
    //oxu.az

  • Sərxoş moped sürücüsünün ağır fəsadlar törətməsinin qarşısı alındı – VİDEO

    “Sayı sürətlə artmaqda olan moped istifadəçiləri arasında intizamsızlığa yol verən sürücülərə qarşı mübarizə tədbirləri davam edir”.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

    Bildirilib ki, BDYPİ-nin YPX Alayının 2-ci taqımının əməkdaşları tərəfindən bu sahədə aparılan nəzarət-profilaktik tədbirlər zamanı təhlükəsizlik dəbilqəsini geyinmədiyi üçün saxlanılan moped sürücüsünün sərxoş olduğu aşkarlanıb:

    “Təəssüf ki, mopedin sükanı arxasına sərxoş vəziyyətdə əyləşən Xaçmaz rayon sakini Hüseyn Nəzərli bu əməli ilə nəinki özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını real təhlükəyə atmasının fərqinə varmayıb”.

    Qeyd edək ki, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri tərəfindən cari ilin 11 ayı ərzində respublika üzrə 46 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 16 nəfər həyatını itirib, 34 nəfər isə xəsarət alıb.

  • “Ənsar Allah” İsrailin mərkəzinə raket zərbəsi endirib: 18 nəfər yaralanıb

    Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən atılan raket nəticəsində İsrailin ən azı 18 mülki şəxsi yaralanıb.

    Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

    Nəşr qeyd edir ki, insanlar sığınacaqlara tələsərkən xəsarət alıblar.

    Qeyd olunur ki, bu, son həftə ərzində İsrailin mərkəzi hissəsini hədəfə alan beşinci hücumdur.

  • İlham Əliyev gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qanuna görə, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.4% çox), xərclərinin isə 41 milyard 407.6 milyon manat (4.2% çox) olacağı gözlənilir.

    Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərman da imzalayıb.

  • Стало известно о состоянии пострадавших в авиакатастрофе

    Вчера 14 человек, пострадавших в результате крушения азербайджанского самолета в казахстанском городе Актау, были госпитализированы в Yeni Klinika.

    Об этом Oxu.Аz сообщили в медучреждении.

    “Состояние одного из них оценивается как стабильно тяжелое, и лечение продолжается в реанимации. Лечение остальных проводится в стационарных условиях. Их состояние оценивается как средней степени тяжести и удовлетворительное. Проводятся все необходимые медицинские вмешательства. В течение дня будет предоставлена новая информация”, – говорится в заявлении.

    Напомним, что 25 декабря самолет Embraer 190 авиакомпании Azerbaijan Airlines (AZAL), следовавший в Грозный, потерпел крушение в городе Актау. В результате происшествия 38 человек погибли, 29 получили ранения.