Month: December 2024

  • İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

    Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

    1. İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000 manat;

    2. İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000 manat.

    Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Bundan başqa, dövlət başçısı “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

    İlham Əliyev

  • Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

    Ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

    Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı – 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.

    Qeyd edilib ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması Azərbaycanın dayanıqlı inkişafının hədəflərindəndir. Bu məqsədlə ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

    Ölkə Prezidentinin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli 4265 nömrəli Sərəncamında “BakuBus” MMC üçün elektrik mühərrikli avtobusların alınması ilə bağlı 2024-cü il dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş və həmin avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək təchizatçıdan alınması tapşırılıb. Həmçinin qarşıdakı illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub. Eyni zamanda Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə elektrik avtobusların yerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılması istiqamətində işlər aparılmaqdadır.

    Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.

    Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.

    Ölkə Prezidentinin 1 iyul 2022-ci il tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların Siyahısı”na əsasən minik avtomobillərinin ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edildiyini nəzərə alaraq, eyni yanaşmanın istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalına da tətbiqi nəzərdə tutulur.

    “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumlarından azad edilir.

    Hər iki qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

  • İlham Əliyev gələn il üçün yaşayış minimumunu TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qanuna əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

    Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

  • Следовавший в Минводы самолет AZAL вернулся в Баку из-за атаки дронов – ФОТО (ОБНОВЛЕНО)

    Самолет авиакомпании ЗАО Azerbaijan Airlines (AZAL), выполнявший рейс J2-8717 Баку – Минеральные Воды (Россия), сразу после взлета и получения уведомления NOTAM (извещение, рассылаемое средствами электросвязи и содержащее информацию о введении в действие, состоянии или изменении любого аэронавигационного оборудования, обслуживания и правил или информацию об опасности, своевременное предупреждение о которых имеет важное значение для персонала, связанного с выполнением полетов – ред.) о закрытии воздушного пространства над Махачкалой, развернулся, не покидая воздушное пространство Баку.

    Об этом сообщили в пресс-службе AZAL, воздушное судно успешно приземлилось в Международном аэропорту Гейдар Алиев в 10:13 по местному времени.

    Общая информация о полетах в направлении России будет объявлена в ближайшее время.

    * * * * *

    Сегодня утром самолет ЗАО Azerbaijan Airlines (AZAL), совершавший рейс Баку – Минеральные Воды (Россия), был вынужден вернуться в аэропорт вылета.

    Об этом свидетельствуют данные Flightradar24.

    Согласно информации, это произошло из-за атаки дронов.

    В ответ на запрос редакции нашего сайта в AZAL сообщили, что в ближайшее время будет сделано заявление по этому поводу.



    Напомним, 25 декабря пассажирский самолет AZAL, выполнявший рейс Баку – Грозный, разбился вблизи города Актау (Казахстан). В самолете находились 62 пассажира и 5 членов экипажа.

    В результате аварии погибли 38 человек, выжили 29 человек.

  • Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumuna görə GERİ QAYITDI – FOTO (YENİLƏNİB)

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

    Bununla bağlı AZAL-dan məlumat verilib.

    Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

    Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

    * * * * * *

    Bu gün səhər saatlarında Bakıdan Mineralnıye Vodı (Rusiya) istiqamətində uçan AZAL təyyarəsi geri qayıtmalı olub.

    Görüntüləri “Flightradar24” paylaşıb.

    Buna dron hücumunun səbəb olduğu bildirilir.

    “Azərbaycan Hava Yolları”dan bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.

    Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

    Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb

  • Пилоты и стюардесса разбившегося самолета AZAL будут похоронены на II Аллее почетного захоронения

    Пилоты Игорь Кшнякин, Александр Кальянинов и стюардесса Хёкума Алиева, погибшие при крушении пассажирского самолета AZAL в Казахстане, будут похоронены на II Аллее почетного захоронения.

    Как сообщает АПА, их тела будут доставлены из Казахстана. Погибшие будут похоронены на II Аллее почетного захоронения.

    25 декабря пассажирский самолет AZAL, выполнявший рейс Баку – Грозный, потерпел крушение недалеко от города Актау в Казахстане. На борту находились 62 пассажира, 5 членов экипажа. В результате крушения 38 человек погибли, 29 выжили.

  • Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar

    AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Knyankin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar.

    Median.Az APA-a istinadla xəbər verir ki, onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.

    Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

    Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • Азербайджан отклонил предложение РФ и Казахстана о расследовании авиакатастрофы комитетом СНГ

    После авиакатастрофы с участием самолета AZAL Россия и Казахстан выдвинули предложение о том, чтобы инцидент расследовал Международный авиационный комитет СНГ.

    Как сообщили АПА источники в правительстве, Азербайджан отказался от этого предложения. Официальный Баку требует расследования инцидента международной группой экспертов и специалистов Embraer. Азербайджан считает, что расшифровку “черного ящика” также должна проводить эта группа.

    Напомним, 25 декабря самолет Embraer 190 авиакомпании AZAL, следовавший в Грозный, потерпел крушение в 3 км от города Актау. В результате происшествия 38 человек погибли, 29 получили ранения.

  • Azərbaycan təyyarə qəzasının MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını rədd edib

    Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını təklif edib.

    APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.

    Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.

    Azərbaycan hesab edir ki, “qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

    Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

    Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • Премьер-министр Али Асадов посетил посольство Казахстана в Баку

    Глава правительства Азербайджана Али Асадов оставил запись в книге соболезнований в посольстве Казахстана в Баку.

    Как сообщили в Кабмине, А.Асадов выразил соболезнования в связи с гибелью граждан Казахстана в результате крушения лайнера AZAL близ Актау.

    Премьер также провел беседу с послом Казахстана в Азербайджане Алимом Баелем. Стороны обменялись соболезнованиями и пожелали скорейшего выздоровления пострадавшим.

    Асадов выразил благодарность правительству Казахстана за оперативные действия по ликвидации последствий инцидента, а также всестороннюю поддержку со стороны различных госструктур страны.

    Напомним, 25 декабря самолет Embraer авиакомпании AZAL, следовавший из Баку в Грозный, потерпел крушение недалеко от казахстанского города Актау. На борту самолета находились 62 пассажира, среди которых 37 граждан Азербайджана, 16 – России, 6 – Казахстана и 3 – Кыргызстана, а также пять членов экипажа. В результате происшествия погибли 38 пассажиров, выжили – 29.

    Напомним, что 25 декабря самолет Embraer 190 авиакомпании Azerbaijan Airlines (AZAL), следовавший в Грозный, потерпел крушение в городе Актау. В результате происшествия 38 человек погибли, 29 получили ранения.