Month: December 2024

  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

    Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bununla bağlı NİİM-nin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

    Prezident İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumatı yayıb.
     

  • Barda azərbaycanlılarla yerlilər arasında KÜTLƏVİ DAVA

    Rusiyanın Sankt-Peterburq şəhərinin Şuşarı qəsəbəsindəki barın yaxınlığında kütləvi dava olub.

    Davadan polis xuliqanlıq və qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə cinayət işi açıb.
    Münaqişə Novqorodskaya küçəsində baş verib. Dava nəticəsində 43 yaşlı yerli sakin qarnından bıçaqlanıb və o, ağır vəziyyətdə Canelidze adına Elmi-Tədqiqat İnstitutuna aparılıb. Polis iki qrupun barda mübahisə etdiyini, mübahisənin davaya çevrildiyini və küçəyə sıçradığını müəyyən edib.
    7 Azərbaycan vətəndaşı şöbəyə aparılıb. Onların arasında 23 yaşlı A. Əliyev qarşı tərəfdən 43 yaşlı kişini bıçaqlayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
    Polis münaqişənin bütün şəraitini və iştirakçılarını müəyyənləşdirir.
     
    ///Lent.az

  • Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu

    Müğənni Kərim Abbasovun ölkədən çıxışına qadağa qoyulub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü qatıldığı proqramda məlumat verib.

    O bildirib ki, bir müddət əvvəl toyda baş verən davaya görə, ölkədən çıxa bilmir və qarşı tərəf gedib xəstəxanadan saxta kağızlar alıb.

    “Hadisə ucbatından iki xarici səfərim alınmadı. Birini hava limanında bildim ki, çıxışıma qadağa var. Digəri isə həmin hadisənin səhəri uçmalı idim, alınmadı. İstintaq gedir. İçkili insanların təhqiri və bu azmış kimi əllərinə dəmir götürüb üstümə hücum çəkmələri nə dərəcədə düzgündür bilmirəm. Polisə güvənirəm. İnanıram ki, ciddi araşdırılacaq”, – deyə o əlavə edib.

  • Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edildi

    Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

    Sərəncama əsasən, Nihad Rəsul oğlu Məhəmmədzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

  • Azərbaycanda 3 milyon dəyərində xüsusi bunker tikiləcək

    Azərbaycanda şüa avadanlığı kompleksinin yerləşdirilməsi üçün bir mərtəbəli xüsusi bunker və köməkçi otaqlar tikiləcək.

    Xezerxeber.az bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

    Məlumata görə, tikili 420 kvadrat santimetr həcmində olacaq.

    Artıq bununla bağlı Milli Onkologiya Mərkəzi hazırlıqlara başlayıb.

    Mərkəz sözügedən işlərin icrasının 3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

  • Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

    Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb.

    Bu barədə  Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
    Qeyd edilir ki, həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub.

    Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

    Qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.

  • Bu səbəbdən kompensasiya ödəniləcək

    İsmayıllı rayonunun Basqal kəndi ərazisində yol tikintisi zamanı torpaq sürüşməsi baş verib.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli tikiliyə ciddi ziyan dəyib.

    Kənd sakini Mais Əhmədovaya aid tikili 2 yerə bölünüb. Obyekt fəaliyyət göstərmədiyindən, xoşbəxtlikdən heç kəs xəsarət almayıb.

    Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfov bildirib ki, artıq obyekt sahibi ilə razılıq əldə olunub.

    O, qeyd edib ki, söküntü üçün nəzərdə tutulan obyektə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiya ödənilməsi təmin olunacaq.

  • “COP29 xüsusi hərəkət zolaqları” qüvvədən düşən yollar açıqlanıb – Siyahı

    İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş “COP29 xüsusi hərəkət zolaqları” tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinir. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunur və sürücülər bu zolaqlara daxil ola bilərlər.

    AYNA  “COP29 xüsusi hərəkət zolaqları” qüvvədən düşən yolları açıqlayıb.

    Bildirilib ki, Zuğulba şosesi, Gülarə Qədirbəyova küçəsi, Hava limanı şosesi, Heydər Əliyev prospekti, Niyazi küçəsi, Bülbül prospekti, İstiqlaliyyət, Mehdi Hüseyn, Koroğlu Rəhimov küçələri, Salyan şossesi, Zığ şossesi, Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməyədək, Böyükşor yol qovşağının üzəri, Y.Səfərov küçəsi ilə 28 May – Ü.Hacıbəyli küçəsinin kəsişməsinədək, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi ilə Dairəvi yol-Parlament prospekti, Həsən Əliyev küçəsilə Ataturk prospekti – Əhməd Rəcəbli küçələrinin kəsişməsi, Mirzaağa Əliyev küçəsi ilə A.Şaiq küçəsi- Azərbaycan prospektinin kəsişməsi, Mikayıl Üseynov küçəsi Azneftdən Bayraq meydanı istiqamətində, Bünyad Sərdarov küçəsi, H. Seyyidbəyli-İstiqlaliyyət küçələri ilə kəsişməyədək, Həsən Seyidbəyli və N. Nərimanov prospekti-B. Sərdərov küçəsi ilə kəsişməyədək, Şeyx Şamil küçəsi Mehdi Hüseyn – İstiqlaliyyat küçəsi ilə kəsişməyədək, Xocalı prospekti Yusif Safarov küçəsi – İzzət Orucov küçəsi ilə kəsişməyədək olan hissələrdə 5.9 yol nişanlarının çıxarılıb və zolaqlar qüvvədən düşüb.

    Hazırda yalnız 5.9 yol nişanlarının mövcud olduğu zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

    Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.