Month: December 2024

  • ABŞ-nin Azərbaycandakı səfiri diplomatik xidmətindən İSTEFA VERDİ

    ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətindən istefa verib.

    Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

    “ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”, – diplomatın bəyanatında qeyd olunub.

    M.Libbi Bakıdakı səlahiyyət müddəti ərzində üzləşdiyi hadisələr barədə də fikirlərini bölüşüb:

    “Səlahiyyət müddətim ərzində ABŞ Səfirlik komandasının və mənim gördüyümüz işlərlə inanılmaz qürur duyuram. Biz ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə, geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq. Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”.

  • Найденная мертвой 23-летняя девушка была сотрудницей известной сети ресторанов – ФОТО

    23-летняя Мехрибан Исмайылова, скончавшаяся от отравления угарным газом в ванной комнате квартиры в городе Сумгайыте, была сотрудницей известной сети общественного питания.

    Девушка работала поваром в ресторане Mado.

    Отметим, что трагедия произошла 30 ноября в жилом массиве, известном как “Бетонзавод”.




  • Hamamda meyiti tapılan 23 yaşlı Mehriban məşhur restoranlar şəbəkəsinin İŞÇİSİ İMİŞ – FOTO

    Sumqayıtda hamam otağında dəm qazından zəhərlənərək ölən 23 yaşlı Mehriban İsmayılova məşhur restoranlar şəbəkəsinin işçisi olub.

    O, “Mado” restoranlar şəbəkəsində aşpaz işləyib.

    Qeyd edək ki, hadisə noyabrın 30-da “Betonzavod” adlanan ərazidə qeydə alınıb.

    Faciəli şəkildə ölən Mehribanın fotolarını təqdim edirik:


  • Скончался известный исполнитель мейханы Хайям Ахмедли

    Скончался известный исполнитель мейханы Хайям Ахмедли, долгое время страдавший от сердечной недостаточности.

    Об этом Median.Az сообщает со ссылкой на bakues.az.

    Отметим, что Хайям Гулиев (Ахмедли) родился в 1980 году в поселке Ахмедли Хатаинского района Баку. Он прославился своей песней Məmləkətim (ее также называют Hələ oğlun salamatdır).

    В 2023 году мейханщик перенес инсульт, после чего у него возникли серьезные проблемы с сердцем, в его организме начала скапливаться жидкость. Несмотря на длительное лечение, находившийся в тяжелом состоянии исполнитель не смог восстановить свое здоровье.

  • Tanınmış meyxanaçı Xəyyam Əhmədli VƏFAT ETDİ

    Uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, evində dünyasını dəyişib.

    Məlumatı onun sənət yoldaşları təsdiq ediblər.

    Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan Ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.

  • Mauro İkardi Argentina klubu ilə danışıqlara başlayıb

    “Qalatasaray”ın futbolçusu Mauro İkardi karyerasını Argentinada davam etdirə bilər.

    Təcrübəli hücumçu “River Pleyt”in diqqət mərkəzindədir. Forvardın keçidə müsbət yanaşdığı bildirilir.

    Cənubi Amerika təmsilçisinin yanvarda rəsmi danışıqlara başlayacağı gözlənilir.

    Qeyd edək ki, Mauro İkardinin İstanbul klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

  • Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR

    Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.

    Sözügedən təsnifatlarla buradan tanış olmaq mümkündür.

  • Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ: Baş nazir qərar imzaladı

    Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Belə ki, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.

    Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.

  • Ceyhun Bayramov İrana getdi

    Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə bu gün İranın Məşhəd şəhərinə işgüzar səfərə yola düşüb.

    Bu barədə XİN-dən bildirilib.

    Səfər çərçivəsində C.Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • TƏBİB Sumqayıt və Novxanıdakı partlayışda xəsarət alanların son vəziyyətini açıqlayıb

    Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.

    Median.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

    Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi), 2007 (kişi) və 2010-cu il (qadın) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar.

    Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

    1975-ci il təvəllüdlü (qadın) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.

    Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

    Novxanı bağları massivindəki partlayışla əlaqədar isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın, 1 kişi) hospitalizasiya olunub.

    1949-cu il təvəllüdlü (kişi) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib. 1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

    Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.