Month: December 2024

  • Bir neçə vəzifəli şəxs həbs olundu: 24 milyon manatdan çox vəsait ölkəyə qaytarılmayıb

    Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Belə ki, Bakı şəhəri, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə “T-Ekport” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3.2 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5.4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Yaşar Oktay oğlu Əhmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qaradağ rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə “Mövlud98”, “Elektrodom”, “Sultan-1996”, “Seymuroğlu” məhdud məsuliyyətli cəmiyyətləri tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 5.1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rahil Vahid oğlu Bürcalızadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Xaçmaz Rayon Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

    Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Nağıyev Əziz Balaca oğlu tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əziz Nağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə “Ümüd 059” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 4.3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 7.3 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynli Musa Yunis oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Aysan AS” MMC tərəfindən Azərbaycandan İran İslam Respublikasına konsiqnasiya yolu ilə ixrac edilmiş “yaş biyan kökü” yükündən əldə olunan ümumilikdə 865 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1.4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İİR vətəndaşı Ashktorab Javad Habib iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.

    Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Alke İnşaat Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən konsiqnasiya yolu ilə Gürcüstana ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 393 min ABŞ dolları məbləğində (müvafiq dövrün məzənnəsi ilə 668 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Türkiyə Respublikasının vətəndaşı Oğuz Erkan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.

    Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə “Avalon S” MMC tərəfindən konsiqnasiya yolu ilə Türkiyəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 379 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 644 min manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rzayev Arif Fəxrəddin oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

    Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

  • В Баку автомобиль насмерть сбил пешехода

    В Баку автомобиль насмерть сбил пешехода.

    Как передает Median.Az со ссылкой на Report, ДТП зафиксировано на улице Шарифзаде Ясамальского района.

    Автомобиль Chevrolet Cobalt, за рулем которого находился Эхтирам Пашаев, сбил пешехода Нуреддина Фараджова. От полученных травм пешеход скончался на месте.

    По данному факту возбуждено уголовное дело.

  • Bakıda avtomobil piyadanı vuraraq öldürdü

    Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.

    Ehtiram Paşayev idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobillə piyada Nurəddin Fərəcovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Как долго в Баку продлится нестабильная погода?

    В настоящее время в Баку и на Абшеронском полуострове наблюдается дождливая погода.

    Об этом сообщила директор Бюро прогнозов Национальной службы гидрометеорологии Азербайджана Гюльшад Мамедова.

    По ее словам, дождливая погода сохранится до утра 4 декабря, а в некоторых частях полуострова ожидаются ливни.

  • Bakıda yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

    “Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur”.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat yayıb.

    Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi və yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.

  • В Товузском районе украли гаджеты на 6 300 манатов

    Из одного из магазинов на территории Товузского района похитили четыре мобильных телефона общей стоимостью 6 300 манатов.

    Как передает Median.Az со ссылкой на Report, сотрудники районного отделения полиции задержали по подозрению в краже местного жителя А.Мамедли.

    По данному факту ведется расследование.

  • Tovuzda 6300 manatlıq mobil telefonlar oğurlanıb

    Tovuzda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    “Report” xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki mobil telefon mağazaların birindən ümumi dəyəri 6300 manat olan 4 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən rayon sakini A. Məmmədli saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Шекинском районе 59-летний мужчина покончил с собой

    В селе Баш Лайысгы Шекинского района 59-летний мужчина покончил с собой.

    Местный житель Низами Умаров (1965 г.р.) повесился в недостроенном помещении во дворе своего дома.

    По данному факту ведется расследование.

  • Şəkidə 59 yaşlı kişi intihar edib

    Şəkidə 59 yaşlı kişi intihar edib.

    Hadisə Şəki rayonu Baş Layısqı kəndində qeydə alınıb.

    1965-ci il təvəllüdlü Nizami Umarov yarımtikilidə özünü asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте мужчина нанес ножевое ранение супруге: она обратилась в полицию спустя 50 дней (ОБНОВЛЕНО)

    Поножовщина в Сумгайыте произошла в октябре.

    Об этом в ответ на запрос oxu.az сообщил сотрудник пресс-службы Министерства внутренних дел лейтенант полиции Эльбрус Ибрагимов.

    “30 ноября в 1-е отделение полиции Сумгайытского городского управления полиции обратилась З.Мамедли (2002 г.р.), сообщив, что 11 октября текущего года подверглась физическому насилию со стороны супруга в своей квартире. Он нанес ей ранение режущим предметом в область руки.

    По данному факту проводится расследование”, – говорится в информации.

    * * * * *

    В 9-м микрорайоне города Сумгайыт произошла поножовщина.

    Как передает Median.Az со ссылкой на АПА, Вугар Мамедли (1993 г.р.) нанес ножевые ранения своей супруге Зекийе Мамедли (2002 г.р.) на почве семейного конфликта.

    Пострадавшая была госпитализирована.

    По данному факту ведется расследование.