Month: December 2024

  • Gəncədə 18 yaşlı oğlan bıçaqlandı

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

    2006-ci il təvəllüdlü R.Huseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

    Vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Yeni il tətilini xaricdə, yoxsa bölgələrdə keçirmək sərfəlidir? – VİDEO

    Yeni il bayramını xaricdə qeyd etmək istəyən yerli turistlər, əsasən Türkiyə, Rusiya, Gürcüstan və Dubaya səfər edirlər.

    Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər bildirirlər ki, qeyri-iş günləri ilə əlaqədər bu istiqamətə səfər edəcək turistlərə əsasən 3 gecə, 4 günlük turpaketlər təqdim edilir. İki nəfərlik qiymətlər isə hər istiqamət üçün fərqlidir.

    Yeni illə əlaqəli olaraq yerli hotellər də turistlər üçün şənlik proqramı təklif edir. Burada istirahət xaricdən heç də ucuz başa gəlmir.

    Ekspertlər, həmçinin qeyd edirlər ki, turpaketlərin qiymətlərində bayram günü yaxınlaşdıqca bahalaşma müşahidə ediləcək.

    Ətraflı süjetdə:

  • Rusiyada qızla görüşə gedən məktəbliyə 27 güllə vuruldu

    Sankt-Peterburq polisi Yablonovski bağında həmyaşıdlarına atəş açmaqda şübhəli bilinən məktəbliləri saxlayıb.

    Bu barədə gazeta.ru məlumat yayıb.

    Hadisədən əvvəl 16 yaşlı məktəbli internetdə öz həmyaşıdı olan qızla tanış olub. Onunla görüşə gələn oğlan bir qrup məktəbli ilə qarşılaşıb. Onlar özlərini qızın qardaşları kimi təqdim ediblər.

    Daha sonra yeniyetmələr gənci diz çökdürüb, kamera qarşısında üzr istəməyə məcbur ediblər. Bundan sonra pnevmatik tapançadan onun ayaq və omba nahiyəsinə 27 dəfə atəş açıblar.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri saxlayıblar. Faktla bağlı quldurluq və xuliqanlıq maddələri ilə cinayət işi başlanıb.

  • Умер звезда фильмов Жака Одиара и Стивена Спилберга

    Ушел из жизни французско-датский актер, режиссер и писатель Нильс Ареструп. Он скончался в своем доме под Парижем в возрасте 75 лет.

    Об этом сообщил журнал Frontières со ссылкой на пост супруги покойного артиста.

    “Мне очень больно сообщить о смерти моего мужа, выдающегося актера Нильса Ареструпа, в конце мужественной борьбы с болезнью. Он ушел из жизни, окруженный любовью своих близких”, – говорится в сообщении.

    Ареструп родился в 1949 году в восточном пригороде Парижа – Монтрее. Он начал свою карьеру в Брюсселе в 1960-х годах. В 2006 году актер получил первую из трех “Сезаров” (César, национальная кинопремия Франции) за лучшую мужскую роль второго плана – Роберта Сера – в фильме “Мое сердце биться перестало” режиссера Жака Одиара. В 2010 году он получил вторую награду за роль Цезаря Лучиани в фильме “Пророк”, а в 2014 году – за роль Клода Мопы в “Набережной Орсе” Бертрана Тавернье.

    Он также запомнился ролью в картине Стивена Спилберга “Боевой конь”. Кроме того, у артиста была яркая карьера в театре: в частности, он получил премию Мольера за лучшую мужскую роль в постановке пьесы Джона Логана “Красный” о художнике Ротко (2019).

  • Stiven Spilberqin filminin aktyoru vəfat edib

    Fransızəsilli danimarkalı aktyor, rejissor və yazıçı Nils Arestrup 75 yaşında Paris yaxınlığındakı evində vəfat edib.

    Bu barədə “Frontières” jurnalı mərhum sənətçinin həyat yoldaşının paylaşımına istinadən məlumat yayıb.

    2006-cı ildə aktyor rejissor Jak Odiarın çəkdiyi “Ürəyimin döyüntüsü dayandı” filmində “Ən yaxşı köməkçi aktyor” nominasiyasında Fransa milli film mükafatını alıb. 2010-cu ildə “Peyğəmbər” filmindəki, 2014-cü ildə isə”Orse bulvarı” filmindəki rollarına görə eyni mükafata layiq görülüb.

    O, Stiven Spilberqin “Müharibə atı” (2011) filmindəki rolu ilə də yadda qalıb.

  • Salah Avropanın ən çox maaş alan futbolçusu ola bilər

    “Paris Sen-Jermen” rəhbərliyi bu yay “Real”a yollanan Kilian Mbappenin yerinə komandaya yeni lider axtarır.

    Bu barədə “El Nacional” məlumat yayıb.

    Paris klubuna yaxın mənbələrin məlumatına görə, PSJ-nin prezidenti Naser Əl-Xəlaifi “Liverpul”un lideri Məhəmməd Salahın transferini təmin etməyə çalışır

    “PSJ” cari müqaviləsi 2025-ci il iyunun 30-na kimi davam edən misirliyə ildə təxminən 40 milyon avro ödəməyə hazırdır. Müxtəlif bonusların əlavə oluna biləcəyi bu məbləğ sayəsində Salahın Avropanın ən yüksək maaş alan futbolçusu olacağı gözlənilir.

    Bildirilir ki, PSJ yanvarda Salahın transferi ilə bağlı “Liverpul” ilə danışıqlara hazırlaşır.

    Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

  • Новая угроза в WhatsApp: мошенники рассылают сообщения со взломанных аккаунтов

    В последнее время пользователи мессенджера WhatsApp столкнулись с новым видом мошенничества. Киберпреступники научились взламывать аккаунты и рассылать сообщения на номера из списка контактов жертвы.

    Об этом говорится в сюжете хezerxeber.az.

    Эксперты предупреждают: не стоит открывать ссылки неизвестного происхождения, даже если сообщение поступило от знакомого человека. Перейдя по ней, пользователь рискует предоставить злоумышленникам доступ к своему аккаунту WhatsApp.

    Эксперт по кибербезопасности Азер Алили советует активировать двухфакторную аутентификацию в настройках мессенджера. Эта простая мера значительно усилит защиту аккаунта от несанкционированного доступа.

    Подробнее – в видео:

  • DİQQƏT: “WhatsApp”da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər – VİDEO

    Vətəndaşların “WhatsApp” hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir.

    Xezerxeber.az xəbər verir ki, son vaxtlar “WhatsApp” yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.

    Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.

    Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar “WhatsApp” hesabınızı ələ keçirə bilərlər.

    Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda “WhatsApp” və bənzəri messencer tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.

    Ətraflı süjetdə:

  • СМИ: ВВС Израиля развернули над Сирией летевший из Ирана самолет

    Истребители ВВС Израиля заставили следовавший из Ирана самолет изменить курс в небе над Сирией.

    С таким утверждением выступило издание The Times of Israel.

    По информации его источников, инцидент произошел в сирийском небе в ночь на 1 декабря. Согласно изложенной версии, у израильской стороны возникли подозрения, что на борту летящего из Ирана лайнера было оружие, предназначенное для формирований ливанской шиитской организации “Хезболла”.

    Отмечается, что израильские истребители в связи с этим приблизились к иранскому воздушному судну, летевшему над Сирией, и приказали ему развернуться. Экипаж самолета вскоре выполнил это указание.

    Согласно данным, это не первый случай, когда израильские военные заставляют иранские самолеты разворачиваться, подозревая наличие на их борту военных грузов для “Хезболлы”. Утверждается, что подобные инциденты в последние месяцы происходили как в небе над Сирией, так и в воздушном пространстве соседнего Ирака.

    Армия обороны Израиля эти утверждения не комментирует.

  • İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib

    İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya səmasında İrandan gələn təyyarəni istiqamətini dəyişməyə məcbur edib.

    Bu barədə “The Times of Israel” məlumat yayıb.

    Qeyd olunur ki, insident dekabrın 1-nə keçən gecə Suriya səmasında baş verib. İddiaya görə, İsrail tərəfi İrandan uçan təyyarənin göyərtəsində Livanın “Hizbullah” təşkilatının birləşmələri üçün nəzərdə tutulmuş silahların olmasından şübhələnib.

    Məlumata görə, bununla bağlı İsrail qırıcıları təyyarəyə yaxınlaşaraq ona dönmə əmri verib. Təyyarənin heyəti qısa zamanda bu göstərişə əməl edib.

    Bildirilir ki, bundan əvvəl də İsrail hərbçiləri göyərtəsində “Hizbullah” üçün hərbi yüklərin olmasından şübhələnərək İran təyyarələrini geri dönməyə vadar edib. Son aylarda həm Suriya səmasında, həm də İraqın hava məkanında oxşar hadisələrin baş verdiyi iddia edilir.

    İsrail ordusu bu iddiaları şərh etməyib.