Month: December 2024

  • Azərbaycanda vaxtı keçmiş kreditlərin artmasına səbəb nədir? – VİDEO

    Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9% artıb.

    Xezerxeber.az xəbər verir ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına əsasən bu göstərici ilin əvvəli ilə müqayisədə 9.6%, ötən ilin eyni dövrünə nisbətən isə 8.9% artıb. Vətəndaşlar isə gecikmiş kreditlərin artmasının səbəbini faizlərin çox olması ilə əlaqələndirirlər.

    İqtisadçılar isə bildirirlər ki, vaxtı keçmiş kreditlərin sayının artmaması üçün bəzi qaydalara dəyişiklik edilməlidir.

    Xalid Kərimlinin sözlərinə görə, Bank Olmayan Kredit Təşkilatlarının yaranması və fəaliyyəti də vaxtı keçmiş kreditlərin artmasına müəyyən dərəcədə təsir edir. Belə ki BOKT-lar, banklara nisbətən daha az tələblə və daha sürətli şəkildə kredit verə bilirlər.

    Borcalanlar ödəmə qabiliyyətlərini düzgün qiymətləndirə bilmədikdə, bu borcların vaxtında ödənilməməsi riskini artırır.

    Ətraflı süjetdə:

  • СМИ: Экс-главу российских миротворцев назначили на новую должность

    Генерал-полковник Рустам Мурадов назначен на должность заместителя главнокомандующего Сухопутными войсками России.

    Об этом сообщил РБК источник, знакомый с кадровыми назначениями.

    Информацию подтвердил источник, близкий к Минобороны РФ. Ранее об этом сообщал телеграм-канал “Спроси у Расула”. Главкомом Сухопутных войск России с 2014 года является генерал Олег Салюков. Официально Минобороны о назначении Мурадова не объявляло.

    Мурадов ранее был командующим группировкой войск “Восток” в зоне боевых действия в Украине, сообщало Минобороны РФ в июле 2022 года. С октября 2022 года руководил объединенным стратегическим командованием войсками Восточного военного округа.

    Мурадов родился в Дагестане в 1973 году, окончил Санкт-Петербургское высшее общевойсковое командное училище, Общевойсковую академию Вооруженных сил и Военную академию Генштаба России.

    Напомним, что с ноября 2020 года по май 2021-го он командовал российским миротворческим контингентом (РМК), временно размещенным в Карабахском регионе Азербайджана после 44-дневной Отечественной войны 2020 года. Процесс вывода РМК с территории нашей страны полностью завершился в июне 2024 года.

    Мурадов имеет звание Героя России, ордена “За заслуги перед Отечеством” IV и III степеней, а также орден Мужества. В конце февраля 2022 года попал под санкции Евросоюза.

  • Rusiya sülhməramlılarının sabiq rəhbəri yeni vəzifəyə təyin edilib

    2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinə rəhbərlik etmiş general-polkovnik Rüstəm Muradov Rusiya Quru Qoşunlarının baş komandanının müavini vəzifəsinə təyin edilib.

    Bu barədə RBC məlumat verib.

    Məlumatı Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib. 2014-cü ildən Rusiya Quru Qoşunlarının baş komandanı general Oleq Salyukovdur. Müdafiə Nazirliyi Muradovun təyinatını rəsmən açıqlamayıb.

    Rusiya MN-in 2022-ci ilin iyulunda verdiyi məlumata görə, Muradov əvvəllər Ukraynadakı döyüş bölgəsində “Vostok” qoşun qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.

  • “Google Play”də 15 viruslu tətbiq tapıldı

    “McAfee” mütəxəssisləri “Google Play”də “SpyLoan” zərərli proqram təminatı ilə yoluxmuş 15 tətbiq aşkar ediblər.

    Median.Az “Bleeping Computer”ə istinadən xəbər verir ki, bu tətbiqlər 8 milyon dəfədən çox yüklənib.

    “SpyLoan” virusu ilə yoluxmuş tətbiqlər Cənubi Amerika, Cənub-Şərqi Asiya və Afrikadakı istifadəçiləri hədəfə alıb. Onlar istifadəçiləri sürətli kreditlər vədləri ilə cəlb edirlər, lakin quraşdırmadan sonra onlar həssas məlumatları, o cümlədən bank rekvizitlərini, SMS-lərə giriş, yer və əlaqə siyahılarını istəyirlər.

    Belə populyar tətbiqlərə “Prestamo Seguro-Rapido” və “Prestamo Rapido-Credit Easy” daxildir, onların hər biri 1 milyon dəfədən çox yüklənib.

    Qeyd edilir ki, indiyədək “Google” mütəxəssisləri “SpyLoan”ın müəyyən olunduğu 15 tətbiqi silib.

  • Kişilərdə artıq çəkinin təhlükəli fəsadı üzə çıxdı

    London İmperial Kollecinin alimlər qrupu müəyyən edib ki, çəki problemi olan kişilər qadınlardan on il əvvəl yaddaşlarını itirməyə başlaya bilərlər.

    Demensiya ən çox 75 yaşdan sonra inkişaf edir, lakin “Journal of Neurology Neurosurgery & Psychiatry” jurnalında dərc edilən yeni araşdırmalar göstərir ki, piylənmə kişilərdə bu prosesi sürətləndirə bilər.

    Alimlər müəyyən ediblər ki, artıqçəkili kişilərdə beyin funksiyasının pisləşməsi artıq 55-74 yaşlarında başlayır, qadınlarda isə oxşar dəyişikliklər yalnız on il sonra, 65-74 yaşlarında baş verir.

    MRT-dən istifadə edərək, alimlər təcrübə iştirakçılarının beyin həcmini və bədəndəki yağın miqdarını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq yağı beyin həcminin azalması ilə əlaqəlidir ki, bu da sinir hüceyrələrinin və onlar arasındakı əlaqənin itirilməsini göstərir. Bu əlaqə xüsusilə kişilərdə özünü büruzə verir.

  • Соратник Наджмеддина Садыкова вновь предстанет перед судом

    Стала известна дата судебного заседания по кассационной жалобе на решение в отношении бывшего старшего офицера Управления внутренней безопасности, образования и научных исследований Министерства обороны Захида Нифталиева и проходящего вместе с ним по уголовному делу заместителя командира взвода N-ской воинской части Эльсевера Нифталиева.

    Как сообщает pravda.az, процесс в Верховном суде назначен на 5 декабря и будет рассматриваться под председательством судьи Ильгара Гылыджова.

    Отметим, Захид Нифталиев был арестован Главным следственным управлением Службы государственной безопасности (СГБ). В ходе следствия Гянджинский апелляционный суд удовлетворил протест прокуратуры в отношении приговора Тертерского военного суда. З.Нифталиев был признан виновным в служебном подлоге и получении крупной взятки и приговорен к 8 годам и 6 месяцам, а оправданный Эльсевер Нифталиев – к 8 годам лишения свободы.

    Кроме того, он обвиняется в присвоении 42 млн манатов. Согласно обвинительному акту, З.Нифталиев с целью получения кредита создал ООО Şahin-CO, представил в ОАО Atabank ложные сведения о производственном и финансовом положении компании. В 2016 году он получил кредит сроком на 12 месяцев на сумму 42 470 885 манатов и, не использовав его по назначению, причинил крупный ущерб финансовой организации. По полученному кредиту путем лжепредпринимательства заработал значительную сумму денег и не исполнил решения суда о выплате кредита находящемуся в процессе ликвидации ОАО Atabank.

    В отношении З.Нифталиева было возбуждено уголовное дело по статье 179.3.2 (присвоение или растрата в крупном размере) Уголовного кодекса, собранные материалы были направлены в Бакинский суд по тяжким преступлениям для рассмотрения.

    Отметим, что старший офицер Захид Нифталиев, имевший прозвище “Шляпа Захид”, считался близким человеком экс-начальника генштаба Наджмеддина Садыкова.

  • Nəcməddin Sadıkovun yaxın adamı bəraət istəyir

    Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev (“Şlyapa Zahid”) və onunla birgə ittiham olunan “N” saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 5-nə təyin edilib.

    Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, “Şlyapa Zahid” kimi tanınan Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilərək azadlığa buraxılıb.

    Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan məhrum edilib.

    İttihamları nə “Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.

    Xatırladaq ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması gedir.

    Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.

  • Президент Азербайджана принял делегацию Республики Гвинея-Бисау

    2 декабря Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию, возглавляемую министром иностранных дел, международного сотрудничества и сообществ Республики Гвинея-Бисау Карлосом Пинто Перейрой. В состав делегации также входит министр окружающей среды Гвинея-Бисау Вириато Кассама.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • TƏBİB о состоянии пострадавшего в тяжелом ДТП в Тертерском районе

    Состояние пострадавшего в дорожно-транспортном происшествии (ДТП), произошедшем 30 ноября на территории поселка Суговушан Тертерского района, оценивается как средней степени тяжести.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “Пострадавший мужчина 1992 года рождения был госпитализирован в отделение скорой и неотложной медпомощи Бардинской районной центральной больницы.

    У него были диагностированы “множественные переломы ребер грудной клетки” и “травматический вывих левого акромиально-ключичного сустава”. Пациенту оказана необходимая медпомощь, и он помещен в хирургическое отделение.

    В настоящее время лечение гражданина продолжается в медучреждении. Его состояние оценивается как средней степени тяжести”, – говорится в информации.

    Напомним, в результате данного ДТП погибли четыре человека. Причиной аварии стало опрокидывание автомобиля.