Month: December 2024

  • Azərbaycana QIŞ GƏLDİ

    Azərbaycanda qış fəsli başlayıb.

    Median.Az bununla bağlı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına istinadən xəbər verir.

    Məlumatda bildirilir ki, bu il Azərbaycanda qış fəsli 21 dekabr saat 13:20-də başlayır.

    Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur.

    Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir.

    Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

  • 150 тысяч манатов за два дня: как мошенники опустошают банковские карты граждан

    Министерство внутренних дел Азербайджана обратилось к гражданам в связи с участившимися случаями мошенничества с банковскими картами.

    Об этом сообщил начальник пресс-службы МВД Эльшад Гаджиев.

    По его словам, сотрудники банков никогда не запрашивают в SMS от банка код карты, пин-код или другие секретные данные. Такой информацией интересуются только мошенники.

    Гаджиев отметил, что в последнее время широкое распространение получила схема, когда злоумышленники звонят с иностранных номеров, представляются сотрудниками банка и под предлогом “несанкционированного доступа к карте” выманивают у держателей карт конфиденциальные данные. Только за 19-20 декабря таким образом были украдены средства с банковских карт граждан на суммы от 50 до 50 тыс. манатов. Общая сумма превысила 150 тыс. манатов.

    “Некоторые потерпевшие сообщали мошенникам данные и других своих карт, прося “проверить” их. В результате деньги были украдены и с этих карт, – рассказал представитель МВД. – Ни в коем случае нельзя передавать неизвестным лицам конфиденциальную информацию о своей банковской карте, так как цель интересующегося этими данными человека – украсть ваши деньги”.

  • Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?

    Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

    O bildirib ki, bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər:

    “Yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50 000, 13 000, 10 000, 8 650, 8 400, 4 715, 4 700, 7 250, 4 000, 3 900, 3 572, 3 500, 2 360, 2 340, 2 396, 2 397, 2 300, 2 200, 1 960, 1 886, 1 500, 1 480, 1300, 1 150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.

    Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını veriblər ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.

    Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatları qarşı tərəfə – naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır”.

  • 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

    Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəli yanacaqdoldurma məntəqələrinin fəaliyyətini dayandırıb.

    Bununla bağlı FHN məlumat yayıb.

    Məlumata əsasən, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən rayonu, Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

    Belə ki:

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

    – obyektlər avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

    – obyektlərin ərazisi yanar tullantılardan təmizlənməyib;

    – obyektlər “İcbari sığortalar haqqında” Azərbaycan Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.

  • Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

    Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra vəfat edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün dünyasını dəyişib.

    Qeyd edək ki, həyatını itirən yeniyetmə Azərbaycan ordusunun zabiti, “Azərbaycan bayrağı” ordenli polkovnik-leytenant Qoşqar Abışovun qızıdır.

    Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib.

  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

    Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Qeyd edək ki, sözügedən yolda maksimal sürət həddi 110 km/saatdır.

  • Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib

    Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

    Qeyd edilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş – 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.

  • Завтра в Азербайджане ожидаются кратковременные дожди

    21 декабря в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии.

    Ночью и утром местами возможны кратковременные дожди. Будет преобладать юго-восточный ветер.

    Температура воздуха ночью составит 5-8°, днем – 9-11° тепла. Атмосферное давление будет выше нормы – 766 мм ртутного столба, относительная влажность воздуха составит 70-80%.

    В регионах Азербайджана в основном без осадков. Однако в первой половине дня в некоторых восточных районах ожидаются дожди, в горных районах выпадет снег. Не исключается туман. Будет преобладать умеренный западный ветер.

    Температура воздуха ночью составит 2-6°, днем – 10-15° тепла, в горах ночью – 5-10° мороза, днем – от 3° мороза до 2° тепла.

  • Sabah arabir yağış yağacaq – Şənbə gününün HAVASI

    Azərbaycanda dekabrın 21-də hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib

    Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) Günel Vəliyevanın dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib.

    Bu barədə “Report”a AAF-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Rəsulov açıqlama verib.

    O, AMADA-nın bu istiqamətdəki fəaliyyətini dəstəklədiklərini bildirib:

    “Azərbaycan Ağırlıqqaldırma Federasiyası olaraq təmiz idman prinsiplərini tam olaraq dəstəkləyirik. AMADA-nın bu istiqamətdəki fəaliyyətini təqdir edirik. Ölkədə antidopinq agentliyi ilə ən sıx əməkdaşlıq edən federasiyalardan biriyik. Burada da məqsəd qadağan olunmuş maddələrin istifadəsini sıfır həddinə çatdırmaqdır. AMADA tərəfindən yoxlamaların aparılması ümumi işimizin xeyrinədir. Çünki qadağan olunmuş maddə aşkarlanırsa, cəza fərd olaraq həmin idmançıya verilir. Yəni qərar federasiyaya şamil edilmir. İlyarım əvvəl, 2023-cü ilin avqustunda Günel Vəliyevadan test götürülüb və nəticə müsbət çıxıb deyə, 4 il müddətinə cəzalandırılıb. Təcrübədə cəza müddəti bitəndən sonra yarışlarda iştirak edib uğur qazanan xeyli idmançı var. Təbii ki, ən doğru yol bu maddələrdən istifadə etməmək və cəza almamaqdır”.

    Qeyd edək ki, testin nəticələrinə əsasən, G.Vəliyevada qadağan olunmuş “methyltrienolon” aşkarlanıb və idmançı 4 illik diskvalifikasiya olunub. Ağırlıqqaldıranla bağlı sanksiya 2023-cü il sentyabrın 7-də qüvvəyə minib.