Month: December 2024

  • ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə sanksiyaların ləğvini müzakirə edib

    ABŞ diplomatlarından ibarət nümayəndə heyəti Suriyanın yeni administrasiyası ilə danışıqlar aparmaq məqsədilə Dəməşqə gedib.

    Bu barədə “Al-Watan” məlumat yayıb.

    Qeyd olunur ki, heyət Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.

  • İlham Əliyevin yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov Prezident İlham Əliyevin Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.

    Median.Az Vüsal Aslanovun dosyesini təqdim edir:

    V.Aslanov 1981-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetində (BDU) “Hüquq” ixtisası üzrə təhsil alıb, mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi əldə edib. 2020-ci ildə “Maastricht School of Management”i bitirib.

    2004-2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb.

    2015-2016-cı illərdə isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib.

    2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

  • Заур Гусейнов освобожден от должности председателя ЗАО “Бакинский метрополитен”

    Заур Мир Тофиг оглы Гусейнов освобожден от должности председателя Закрытого акционерного общества “Бакинский метрополитен”.

    Как сообщает President.az, соответствующее распоряжение подписал Президент Ильхам Алиев.

    Другим распоряжением главы государства на эту должность назначен Вюсал Юсиф оглы Асланов.

  • İlham Əliyev Zaur Hüseynovu vəzifəsindən AZAD ETDİ – Yeni TƏYİNAT

    Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.

  • Slovakiya Ukraynanı münaqişə ilə hədələyib

    Əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, iki ölkə arasında münaqişəli vəziyyət yarana bilər.

    Median.Az “report”a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bu gün “Facebook” səhifəsində yazıb.

    “Əgər Zelenski bizim qazımızı buraxmasa, ciddi münaqişə başlaya bilər”, – o qeyd edib.

    Slovakiya Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin davam etdirilməsinə dəstək üçün özünün və qonşu ölkələrin qaz sənayesi şirkətlərini – Avstriya, Macarıstan və İtaliyadan olan təchizatçılar, istehlakçılar, qaz kəmərlərinin operatorlarını birləşdirib.

    Slovakiya Rusiya qazını Ukrayna vasitəsilə alır. “Qazprom”un “Naftogaz Ukraine” ilə uzunmüddətli tranzit müqaviləsi bu il başa çatır və Ukrayna tərəfi dəfələrlə onu uzatmaq niyyətində olmadığını bəyan edib.

  • Bakıda uşaq bağçasında qidalanma prosesində nöqsanlar aşkarlanıb, müdir işdən çıxarılıb

    Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkarlanıb.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində adıçəkilən uşaq bağçasında aşkarlanan nöqsanlar nəticəsində Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bağça müdiri işdən azad edilib”.

  • Məşhur pilot “Formula 1” komandası ilə müqavilə bağlayıb

    Əlcəzairəsilli fransalı pilot İsaak Hacar 2025 mövsümü üçün “Reysinq Bulls”la müqavilə imzalayıb.

    Bu barədə komandanın mətbuat xidməti məlumat verib.

    İsaak bu yaxınlarda “Red Bull”a keçən Liam Lousonun yerini tutacaq.

    Qeyd edək ki, İ.Hacar “Formula 2″də “Kampos” komandasının sürücüsü olub.

  • Dəm qazından ölən qadın Milli Qəhrəmanın bacısı imiş

    Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, dəm qazından boğularaq ölən qadınlar əmi qızları olublar. Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Xumar Səlimov ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazın boğularaq ölüblər.

    52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.

    Faktla bağlı Goranboy rayon prokrorluğunda araşdırma aparılır.

  • Netanyahu BCM-nin həbs orderinə görə Polşaya səfər etməyəcək

    İsrailin Baş naziri Benyamin Netanyahu Auşvits əsir düşərgəsinin azad edilməsinin 80-ci ildönümü mərasimində iştirak etməyəcək.

    Bu barədə “Israel Hayom” məlumat yayıb.

    Bildirilib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Netanyahunun həbsinə order verdiyi üçün Baş nazir Polşaya getməyəcək.

  • “Bahalaşma Novruz bayramına kimi davam edəcək” – Ekspert

    “2025-ci ildə Azərbaycan iqtisadiyyatında əsas makro gözləntilər neftin qiyməti ilə bağlı olacaq”. 

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

    O, bildirib ki, neftin qiyməti ucuzlaşarsa, Azərbaycan iqtisadiyyatında müəyyən dalğalara səbəb ola bilər. 

    “Ən çox bahalaşma hansı sahələrdə gözlənilir” sualına Natiq Cəfərli belə cavab verib:

    “Qiymətlər mövsümü xarakter daşıyır, qış aylarında daha çox bahalaşma olur. Loqistik xərclərin artmasından asılı olur, çünkü Azərbaycan idxaldan asılı bir ölkədir”. 

    Natiq Cəfəli vurğulayıb ki, Azərbaycan 75%-ə yaxın ərzaq ehtiyaclarımnı xaricdən təmin edir:

    “Bahalaşma bir çox faktorlardan asılı olacaq. Amma indi başlanan bahalaşma dalğası Novruz bayramına kimi davam edəcək”.