Month: December 2024

  • Bu metro stansiyanın tikintisi dayandırılıb – Pula görə…

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb.

    Bunu tns.az-a müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb: “Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərnər üzlük – qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var”.

    Qurum sözçüsü qeyd edib ki, stansiyanı “8 Noyabr”a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub: “Qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir. Stansiyada digər işlərin də hazırlığı görülüb. Məsələn, eskalatorlar və havalandırma ventilyatorları da gətirilib”.

  • Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi

    Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qızıldaş Mədəniyyət Mərkəzinin direktor əvəzi Süleymanlı Leyla Zabit qızı barəsində cərimə protokolu tərtib edilib.

    Leyla Süleymanlıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

    192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Leyla Süleymanlının isə dövlət qurumunun qərarı ilə razılaşmayaraq, cəriməni ödəməkdən boyun qaçırdığı iddia edilir. O, 2020-ci ildən Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru vəzifəsində çalışır. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən sözügedən şəxsin nümunəvi işçi olması önə çəkilərək, 2024-cü ilin fevral ayından etibarən bir müddət Qızıldaş Mədəniyyət Mərkəzinin direktor vəzifəsini də icra etmək müvəqqəti olaraq Leyla Süleymanlıya tapşırılıb. Leyla Süleymanlı mərkəzdə rəsm müəllimi olaraq çalışmış Əzimov Müslüm Hacıbaba oğlunun şikayəti əsasında cərimələnib. O, Leyla Süleymanlını son əmək haqqını bilərəkdən gecikdirməkdə ittiham edilib.

    Lakin Leyla Süleymanlı əmək haqqlarının verilməsi vaxtının onun səlahiyyətində olmadığını deyərək, gecikməyə görə cərimənin şəxsən ona yazılmasına etiraz edib. Yəni, gecikməyə görə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və idarə rəisi İbrahim Əliyev məsuliyyət daşıyır.

    Məsələ ilə bağlı Qaynarinfo-nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində işçinin əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub. Müraciət araşdırılıb və vətəndaşa son haqq-hesabın gecikdirilərək ödənildiyi məlum olub.

    Nəticədə Mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunub. İnzibati cərimə tənbeh növü tətbiq edilib və tətbiq edilmiş inzibati cərimə tam şəkildə ödənilib.

    Qeyd edək ki, Leyla Süleymanlı hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Əli Əmirov adına Mədəniyyət Sarayının direktorudur.

  • Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib

    Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • İlham Əliyev ölkəmizin Çex Respublikasındakı səfirini geri çağırdı – YENİ TƏYİNAT

    Prezident İlham Əliyev Adış Sakit oğlu Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • Azərbaycanın Qətərdəki səfiri geri çağırıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Mahir Məmməd oğlu Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • 20 декабря будет самая длинная ночь в году

    В ночь с 20 на 21 декабря Земля вступает в зимний сезон. И эта ночь будет самой длинной в 2024 году.

    В народе ее также называют “Чилля Ахшамы” или “Ночь Ялда”.

    После самой длинной ночи в году начинается зима.

    Ученые отмечают, что поскольку 21 декабря является днем зимнего солнцестояния, продолжительность ночи будет максимальной, а дня – минимальной. В Северном полушарии будет наблюдаться самый короткий день (9 часов 17 минут 22 секунды) и самая длинная ночь (14 часов 42 минуты 38 секунд). После этого дни начнут постепенно удлиняться.

  • Dekabrın 21-i 2024-cü ilin ən uzun gecəsi olacaq

    Dekabrın 20-dən 21-nə keçən gecə yer kürəsi qış fəslinə qədəm qoyur.

    Buna el arasında “Çillə Axşamı”, “Yelda gecəsi” də deyirlər.

    İlin ən uzun gecəsindən sonra qış başlayır.

    Bu gün Şimal yarımkürəsində ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) müşahidə olunacaq.

    Alimlər bildiriblər ki, 21 dekabr qış gündönümü olduğu üçün bu gün gecənin müddəti maksimum, gündüz isə minimum olacaq. Sonra isə günlər uzanmağa başlayacaq.
    //oxu.az

  • Возобновлен учебный процесс в школе, где 71 человек отравился дымом

    В средней школе №1 села Ашагы Гушчу Товузского района возобновлен учебный процесс.

    Об этом сообщили в Газах-Товузском региональном управлении образования.

    Отмечается, что вчера были проверены печи, проблема устранена и обеспечено отопление.

    “Исполняющий обязанности начальника Газах-Товузского регионального управления образования, заместитель начальника Анар Меджидов посетил учебное заведение и поинтересовался посещаемостью и учебным процессом. В настоящее время в школе также находятся сотрудники образовательного сектора. Ситуация находится под контролем”, – говорится в заялении.

    Напомним, что 19 декабря в результате задымления из-за засорения печи в двух классах указанной школы отравился 71 человек.

  • 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olundu

    Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.

    Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

    Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub:

    “Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub, davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır”.

    Xatırladaq ki, dekabrın 19-da sözügedən məktəbin 2 sinfində sobanın tıxanması səbəbindən tüstülənmə nəticəsində 71 nəfər zəhərlənib.

  • İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib

    Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

    President.az xəbər verir ki, dəyişikliyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

    Belə ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

    Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

    Bundan başqa, daha bir dəyişikliklə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.