Month: December 2024

  • Prezident: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün təhlükə yaradır”

    “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

    Dövlətimizin başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.

    “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”, – deyə Prezident əlavə edib.

  • Президент Азербайджана: Мир кардинально изменился

    Мы с Турцией ежегодно проводим более 10 совместных учений – половина в Азербайджане, половина в Турции, и, по существу, добились высокой степени операбельности военных операций. И конечно же, это важный фактор стабильности на Кавказе.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в интервью генеральному директору Международного информационного агентства “Россия сегодня” Дмитрию Киселеву.

    “Сегодняшний мир и то, как развиваются события, еще раз доказывают то, что мир кардинально изменился, и те реалии, которые были созданы, и те правила игры, которые были определены по итогам Второй мировой войны, сегодня уже не функционируют, и даже глобальные акторы это и не скрывают”, – подчеркнул глава государства.

  • İlham Əliyev: “İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün işləmir”

    “Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində səsləndirib.

    “Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Избиение жены сошло с рук: дело прекращено после примирения сторон

    В Сабунчинском районном суде завершено расследование уголовного дела Гулама Акберова (здесь и далее имена и фамилии условные), обвиняемого в умышленном причинении легкого вреда здоровью.

    Как сообщает pravda.az, приговор был объявлен на последнем заседании.

    Суд постановил прекратить уголовное дело и освободить Г.Акберова от уголовной ответственности.

    Согласно обвинительному заключению, инцидент был зафиксирован 12 ноября 2024 года около 12:00 в Сабунчинском районе Баку. Так, Гулам Акберов поссорился со своей женой, потерпевшей Кямалей Акберовой, в гостиной их дома. Конфликт возник из-за того, что женщина нагрубила ему. После чего он преднамеренно единожды ударил ее кулаком по руке и несколько раз рукой в область челюсти и груди, причинив ей легкие травмы.

    После случившегося Г.Акберов был задержан и привлечен к уголовной ответственности. На подготовительном заседании суда обвиняемый заявил, что помирился с женой, и просил прекратить без оправдательных оснований упрощенное досудебное производство дела, возбужденного по статье 128 (умышленное причинение легкого вреда здоровью) Уголовного кодекса Азербайджанской Республики.

  • Kişi onunla kobud danışan arvadını döydü

    Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qulam Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Qulam Əkbərov cinayət məsuliyyətindən azad olunub.

    İttihama görə, hadisə 12 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Qulam Əkbərov yaşadıqları evin qonaq otağında həyat yoldaşı, zərərçəkmiş Kəmalə Əkbərova (şərti) ilə mübahisə edib. Buna səbəb qadının onunla kobud danışması olub. Sonra o, qəsdən yumruqla bir dəfə zərərçəkmiş şəxsin qol, bir neçə dəfə isə əli ilə çənə və sinə nahiyələrindən vuraraq, ona yüngül zərər yetirib.

    Hadisədən sonra Qulam Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs arvadı ilə barışdığını söyləyərək barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

  • Центробанк Азербайджана принял решение по учетной ставке

    Правление Центрального банка Азербайджана (ЦБА) приняло решение оставить учетную ставку без изменений на уровне 7.25%.

    Как сообщает Median.Az со ссылкой на ЦБА, нижний порог процентного коридора сохранен на отметке 6.25%, а верхний – 8.25%.

    “Это решение было принято с учетом фактической и прогнозируемой инфляции в пределах целевого показателя (4±2%) и анализа макроэкономических тенденций”, – заявили в банке.

    Информация о следующем решении по параметрам процентного коридора будет объявлена общественности в 2025 году.

  • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini AÇIQLADI

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edib.

    Bu barədə AMB məlumat yayıb.

    Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb.

    “Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub”, – deyə AMB bəyan edib.

    Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2025-ci ildə açıqlanacaq.

  • Президент: В силу особенностей внешней политики Азербайджан воспринимается как самостоятельный игрок

    В силу особенностей внешней политики Азербайджан и на Западе, и на Востоке воспринимается как абсолютно самостоятельный игрок.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент АР Ильхам Алиев в интервью генеральному директору Международного информационного агентства “Россия сегодня” Дмитрию Киселеву.

    “И в силу того, что это единственная страна, которая является союзником России и одновременно союзником Турции – члена НАТО. Второй такой страны в мире нет”, – отметил глава государства.

  • Prezident: “Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir”

    “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.

  • Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır

    Xaçmazda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Allahverdi Mustafayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

    Qeyd edək ki rəsmi məlumata görə, 2023-cü il yanvarın 6-da Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttiham aktına əsasən, Allahverdi Mustafayev qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Aynur Əhmədova ilə 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə zərərçəkmiş şəxsi başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib.

    O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadını öldürmək qərarına gəlib. Hadisə günü sərxoş olan Allahverdi evdə azyaşlı övladlarının gözləri qarşısında mətbəx bıçağı ilə Aynurun bədəninə bir neçə zərbə endirərək ona xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Allahverdi Mustafayev məhkəmədə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, sərbəst ifadəsində və sualları cavablandırarkən deyib ki, hər bir ailədə olduğu kimi, həmin günü də onun ailəsində məişət mübahisəsi olub. Hadisə ailə mübahisəsi səbəbindən baş verib. Arvadını öldürmək niyyəti olmayıb, içkili imiş. Olay günü əsəbiləşib və qorxutmaq niyyəti ilə Aynuru bıçaqla vurub.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.