Month: December 2024

  • Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb

    Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində 1994-cü il təvəllüdlü Roman Rüstəm oğlu Əliyarov yaşadığı evin hamamında çimərkən orada olan su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda qızılcaya yoluxma halı kəskin azalıb – RƏSMİ

    Hazırda Azərbaycanda qızılcaya yoluxma halı kəskin azalıb.

    Bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

    O xatırladıb ki, say artımı ilə əlaqəli pasiyentlər Məhəmmədidə yerləşən modul tipli xəstəxanada müalicə olunurdu: “Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur”.

  • Закир Гасанов назначил нового командующего Военно-морскими силами – ФОТО

    Назначен новый командующий в Военно-морские силы (ВМС) Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на bakupost.az, согласно соответствующему приказу министра обороны генерал-полковника Закира Гасанова, на эту должность назначен капитан 1-го ранга Шахин Мамедов.

    Напомним, что до Ш.Мамедова ВМС командовал вице-адмирал Субхан Бекиров.

    Следует отметить, что Шахин Мамедов и ранее руководил Военно-морскими силами. Так, 31 марта 2014 года приказом министра обороны ему было поручено исполнение обязанностей командующего ВМС Азербайджана. Ш.Мамедов исполнял эти обязанности до 29 марта 2016 года.

  • Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN ETDİ – FOTO

    Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.

    Xatırladaq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi.

    Onu da qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

  • Суд смягчил приговор Авазу Зейналлы

    Сегодня в Верховном суде под председательством судьи Тейюба Мухтарова состоялось заседание по кассационной жалобе на приговор в отношении находящегося под стражей руководителя интернет-телевидения Xural Аваза Зейналлы и обвиняемого вместе с ним Эльнура Шукюрова.

    Как сообщает АПА, по решению суда, кассационная жалоба была частично удовлетворена.

    Срок заключения Аваза Зейналлы сокращен на 2 месяца, а Эльнура Шукюрова – на 1 год.

    Напомним, ранее Бакинский суд по тяжким преступлениям приговорил Зейналлы к 9 годам, а Шукюрова – к 4 годам лишения свободы. Бакинский апелляционный суд оставил это решение в силе.

    Отметим, Авазу Зейналлы предъявлены обвинения по статьям 178.2.1 (мошенничество, группой лиц по предварительному сговору), 311.3.2 (получение взятки, неоднократно), 311.3.3 (получение взятки, в крупном размере), 311.3.4 (получение взятки, с применением угроз), 32.4,312.2 (подстрекательство к даче взятки должностному лицу за совершение им заведомо незаконных действий/бездействия неоднократно), 312-1.1 (требование либо получение материальных и иных благ, льгот или привилегий, либо принятие предложения или заверения об этом лицом для себя либо третьих лиц, прямо или косвенно, лично или через посредника, в целях оказания незаконного воздействия на решение должностного лица с использованием своей реальной или предполагаемой возможности воздействия) Уголовного кодекса Азербайджана, а Эльнуру Шукюрову – 178.2.1, 32.4,312.2 и 312-1.1.

  • Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib

    “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birgə ittiham olunan Elnur Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub.

    Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürov həbs müddəti isə 1 il azaldılıb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

    Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

  • Жестокое убийство в Баку: мужчина забил камнем свою гражданскую жену – ФОТО (ОБНОВЛЕНО)

    Стали известны некоторые подробности в связи с убийством 33-летней женщины, которую вчера вечером забили камнем до смерти в Баку.

    Как сообщает Qafqazinfo, 29-летний Игид Раджабзаде, задержанный по подозрению в совершении преступления, и убитая Эльнара Ибрагимова состояли в гражданском браке.

    Как стало известно, пара, оба уроженцы Лянкяранского района, снимала квартиру в столице и жила вместе, хотя их брак не был официально зарегистрирован. Эльнара работала официанткой в одном из кафе.

    По предварительным данным, роковой конфликт между Раджабзаде и Ибрагимовой произошел на почве ревности. Трагический инцидент случился в поселке Маштага. Во время ссоры на улице Игид схватил камень и нанес своей сожительнице удары по голове.

    От полученных тяжелых травм Эльнара скончалась.

    По данному факту продолжается расследование.

    * * * *

    17 декабря около 17:00 в надзорный орган поступила информация о смерти Эльнары Ибрагимовой (1991 г.р.) на территории Сабунчинского района.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Генеральной прокуратуры.

    В ходе следствия возникли обоснованные подозрения в умышленном убийстве Э.Ибрагимовой, совершенным в поселке Забрат ее знакомым Игидом Раджабзаде (1995 г.р.) на почве возникшего между ними конфликта, до смерти забившего ее камнем по голове.

    По данному факту в прокуратуре Сабунчинского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса Азербайджанской Республики, И.Раджабзаде задержан в качестве подозреваемого.

    Предварительное расследование продолжается.

  • Bakıda dəhşətli cinayət: Qeyri-rəsmi nikahda yaşadığı qadının başına daşla vurub öldürdü – FOTO (YENİLƏNİB)

    Dünən axşam Bakıda 33 yaşlı qadının başına daşla vurulub öldürülməsi hadisəsinin bəzi detalları məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayətdə şübhəli bilinərək tutulan 29 yaşlı İgid Rəcəbzadə ilə qətlə yetirilən Elnarə İbrahimova qeyri-rəsmi nikahda yaşayırmış.

    Lənkəran rayon sakini olan cütlük paytaxtda ev kirayələyərək birgə qalıb.

    Həmçinin E.İbrahimovanın kafedə ofisiant kimi işlədiyi bildirilir.

    İlkin məlumata görə, İ.Rəcəbzadə Maştağa qəsəbəsində küçədə Elnarə ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, yerdən daş götürərək qadının başına vurub.

    Ağır xəsarətlər alan Elnarə İbrahimova həyatını itirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Dekabrın 17-si saat 17 radələrində Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

  • Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb

    Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, rayon ərazisində hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Sənədlərin yoxlanılması zamanı sürücü 42 yaşlı Fuad Məmmədovun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib.

    Tibbi müayinənin nəticəsində F.Məmmədovun narkotik vasitədən istifadə etməsi təsdiqini tapıb.

    Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

  • 67 школьников из Баку стали победителями олимпиады

    По результатам финального этапа республиканских предметных олимпиад 67 школьников из столицы стали победителями.

    Об этом сообщили в Управлении образования города Баку.

    Так, среди учащихся общеобразовательных учреждений 10 учеников завоевали золотые, 16 – серебряные и 41 – бронзовые медали.