Month: December 2024

  • Эрдоган: Наш регион и мир в целом переживают трудные времена

    Наш регион и мир в целом действительно переживают в последнее время тяжелые дни.

    Как сообщает report, об этом написал президент Турции Реджеп Тайип Эрдоган на своей странице в соцсети X.

    По его словам, пандемия коронавируса привела к новым проблемам во всех сферах – от экономики до торговли, от безопасности до социальной жизни.
    Эрдоган напомнил, что война между Россией и Украиной в феврале 2025 года вступит в четвертый год.

    “С начала атак Израиля на Газу прошло 440 дней. Конечно, все войны и кризисы влияют и на нашу страну. Но Турция заслужила уважение как остров стабильности во всем этом хаосе, играя роль ключевой страны региона”, – заявил турецкий лидер.
    Эрдоган заявил, что, несмотря на некоторые трудности, страну ждут как никогда спокойные, процветающие и прекрасные дни: “Если мы, как народ, проявим еще немного терпения, то, даст Бог, мы приблизимся к нашим целям во всех сферах”.

  • Ərdoğan: Dünya və region çətin günlərdən keçir

    Dünya və region çətin günlərdən keçir.

    Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.

    Onun sözlərinə görə, koronovirus pandemiyası iqtisadiyyatdan ticarətə, təhlükəsizlikdən sosial həyata qədər hər sahədə yeni problemlərə yol açıb.

    Ərdoğan xatırladıb ki, Rusiya ilə Ukrayna arasındakı müharibə 2025-ci ilin fevralında dördüncü ilinə qədəm qoyacaq: “İsrailin Qəzzaya hücumlarından isə 440 gün keçir. Əlbəttə, bütün müharibələr, böhranlar ölkəmizə də təsir edir. Amma Türkiyə bütün bu xaosun işində sabitlik adası kimi rəğbət qazanır, bölgənin açar ölkəsi rolunu oynayır”.

    Türkiyə lideri söyləyib ki, bəzi çətinliklər olsa da, ölkəni gözəl günlər gözləyir: “Xalq olaraq bir az da səbr etsək, inşallah, bütün sahələrdə hədəflərimizə çox yaxınlaşacağıq. “Türkiyə əsri”nin parlaq günlərini birlikdə görəcəyik”.

  • Azərbaycanda qış turizm mövsümünə start verilib

    Azərbaycanda qış turizm mövsümünə rəsmən start verilib.
     
    Bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
     
    Qeyd edib ki, ölkənin qış turizm imkanlarının genişləndirilməsi, beynəlxalq turistlərin cəlb olunması və daxili turizmin inkişafı məqsədilə yeni layihələr həyata keçirilir.
     
    O, Azərbaycanın təbiət turizmi, mədəniyyət, macəra, sağlamlıq və qış turizmi istiqamətlərində xüsusi təşviqat işlərinin aparıldığını vurğulayıb.

  • Nazir işdən çıxarılan rəisə yeni vəzifə verdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib.
     
    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
     
    Əmrə əsasən, general-mayor A.Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib.
     
    Qeyd edək ki, 59 yaşlı A.Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.

  • Güclü külək Mingəçevirdə fəsadlara yol açdı

    Mingəçevirdə güclü külək bir sıra fəsadlara yol açıb.
     
    Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyasından Sfera.az-a verilən nməlumata görə, güclü külək nəticəsində şəhər ərazisində 120 ədəd ağac qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
     
    Bundan başqa, 15 yaşayış binasının dam örtüyünü (977 kv.m) uçurub, 9 ədəd fərdi evin dam örtüyünə ziyan vurub, 3 ədəd fərdi evin həyətində daş barını aşırıb.

    Qopan dam örtüyünün şiferləri 3 ədəd nəqliyyat vasitəsinin üzərinə düşərək abtomobili zədəlyib, 1 səhiyyə, 1 mədəniyyət, 3 təhsil müəssisəsinin binasının dam örtüyünə, 1 yanacaqdoldurma məntəqəsinə ziyan vurub, 9 yerdə telefon və internet xətləri qırılıb, 8 ərazidə üzərinə ağac aşması nəticəsində qaz xətti əyilib, 6 ədəd beton elektrik dirəyi və 4 ədəd işıqlanma dirəyi zədələnib, bir neçə yerdə işıq xətləri qırılıb. 
     
    Şəhərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Hazırda bərpa işləri davam etdirilir.

  • Zurabişvili Gürcüstandakı prezident seçkilərinin nəticələri ilə bağlı ilk açıqlamasını verib

    Dekabrın 14-də Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili ölkədə keçirilən prezident seçkilərindən danışaraq, heç kimin heç kimi seçmədiyini deyib.

    APA xəbər verir ki, Zurabişvilinin sözlərini Mtavari telekanalı yayıb.

    “Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib”, – deyə prezident bildirib. O, vətəndaşları və ölkənin gələcəyini sona qədər müdafiə edəcəyini deyib.

    Qeyd edək ki, Gürcüstanın “Gürcü arzusu” partiyasından prezidentliyə namizəd Mixail Kavelaşvili prezident seçkilərində tələb olunan 200 səsi toplayıb.

    Bundan əvvəl də Zurabişvili səlahiyyət müddətinin başa çatdığı 29 dekabr tarixindən sonra prezident sarayını tərk etməyəcəyini açıqlamışdı.

  • Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb

    Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti tapılıb.

    Apa-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.

    Ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır.

  • Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

    Sumqayıtda yaşayış binasında yanğın olub.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan üçotaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən binanın altı sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Gələn il bu universitetin filialları yaradılacaq

    “2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması gözlənilir”.

    Median.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

    O bildirib ki, Şuşada turizm, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır:

    Qarabağ universitetinin Bakıda yaradılması məsələsi hələ ki gündəmdə deyil. Hazırda 280 nəfər xaricdə doktorantura təhsili alır. Bu il 20 faiz gəncin xaricdə doktorantura təhsili maliyyələşdiriləcək”.

    Nazir bildirib ki, artıq “Sabah” qrupları köhnə metoddur. O qeyd edib ki, həmin qruplar 2015-ci ildə yaranıb, o qrupları “Yeni Sabah” qrupları ilə fərqli metodla əvəz etmək lazımdır.

  • Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib – VİDEO – FOTO

    Fransanın paytaxtı Parisin ürəyində, Eyfel qülləsinin önündə yerləşən Trokadero – İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” qəbul edib) həsr olunmuş etiraz aksiyası keçirilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, aksiyada “Kolonializmə son, azadlıq”, “Azadlıq üçün mübarizə edək”, “Azad gələcək üçün birlikdə”, “Dekolonizasiya indi başlayır”, “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, “Torpaqlarımızı və tariximizi bizə geri ver!” kimi müxtəlif şüarlar səsləndirilib.

    Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.
    Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.