Month: December 2024

  • Магнитная буря обрушится на Землю

    Во вторник, 17 декабря, на Землю обрушится магнитная буря класса G1 (слабая).

    Такие данные привела Лаборатория солнечной астрономии и гелиофизического приборостроения Российской академии наук.

    По данным ученых, магнитосфера начнет резко меняться к 14:00 по бакинскому времени. Пик магнитной бури будет именно в это время, а угасать буря начнет к 19:00 по Баку.

  • Sabah Yer kürəsini maqnit qasırğası vuracaq

    Dekabrın 17-də Yer kürəsini G1 sinfinə aid maqnit qasırğası vuracaq.

    Median.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası və Heliofiziki Alətlər Laboratoriyasından (Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu) məlumat verilib.

    Alimlərin məlumatına görə, maqnitosfer Bakı vaxtı ilə saat 14:00-da kəskin şəkildə dəyişməyə başlayacaq. Maqnit qasırğası məhz bu zaman pik nöqtəsinə çatacaq, Bakı vaxtı ilə saat 19:00-da isə qasırğa sakitləşməyə başlayacaq.

    Qeyd edək ki, maqnit qasırğası hipertoniya xəstələri, eləcə də insult və ya infarkt keçirənlər üçün xüsusilə çətin olur. Belə ki, maqnit fırtınaları aritmiya və ürək ağrılarına səbəb ola bilər.

  • Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib

    Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, dekabrın 15-dən 16-na keçən gecə Şəki şəhəri sakinləri – 1979-cu il təvəllüdlü Rasimə Rasim qızı Abdullayeva, 1995-ci il təvəllüdlü Murad Əmiraslan oğlu Abdullayev və 2022-ci il təvəllüdlü Fatimə Murad qızı Abdullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olublar.

    Onların dəm qazından zahərləndiyi məlum olub.

    Hər üç şəxs tibbi yardımdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda xəstəxananın lifti qırıldı – Xəsarət alan var

    Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.

    Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев поздравил короля Бахрейна

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо королю Бахрейна Шейху Хамаду ибн Исе Аль Халифе.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ с национальным праздником Королевства Бахрейн.

    Верю, что мы и впредь будем продолжать усилия по расширению азербайджано-бахрейнских связей, развитию традиционных отношений дружбы и сотрудничества между нашими странами.

    В этот праздничный день передаю Вам свои наилучшие пожелания, желаю дружественному народу Бахрейна благополучия и процветания”.

  • Prezident İlham Əliyev Bəhreyn kralını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • “Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ölüb

    İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.

    Apa xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.

    Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.

    “La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə üzvləri ilə birgə ekskursiyada olub və o 150 metr hündürlükdən yıxılıb. Şirkət mətbuata açıqlamasında ölümü təsdiqləyib.

    Qeyd edək ki, “Mango” mağazalar şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən qurulub.

    Forbes jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi. “Mango”nun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.

  • HTŞ lideri prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb

    Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürməyi istisna etməyib.

    Apa xəbər verir ki, bunu əl-Colani “Al Araby” telekanalına müsahibəsi zamanı deyib.

    “Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Ərəb Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, – deyə o bildirib.

  • Эрдоган: Наш регион и мир в целом переживают трудные времена

    Наш регион и мир в целом действительно переживают в последнее время тяжелые дни.

    Как сообщает report, об этом написал президент Турции Реджеп Тайип Эрдоган на своей странице в соцсети X.

    По его словам, пандемия коронавируса привела к новым проблемам во всех сферах – от экономики до торговли, от безопасности до социальной жизни.
    Эрдоган напомнил, что война между Россией и Украиной в феврале 2025 года вступит в четвертый год.

    “С начала атак Израиля на Газу прошло 440 дней. Конечно, все войны и кризисы влияют и на нашу страну. Но Турция заслужила уважение как остров стабильности во всем этом хаосе, играя роль ключевой страны региона”, – заявил турецкий лидер.
    Эрдоган заявил, что, несмотря на некоторые трудности, страну ждут как никогда спокойные, процветающие и прекрасные дни: “Если мы, как народ, проявим еще немного терпения, то, даст Бог, мы приблизимся к нашим целям во всех сферах”.

  • Ərdoğan: Dünya və region çətin günlərdən keçir

    Dünya və region çətin günlərdən keçir.

    Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.

    Onun sözlərinə görə, koronovirus pandemiyası iqtisadiyyatdan ticarətə, təhlükəsizlikdən sosial həyata qədər hər sahədə yeni problemlərə yol açıb.

    Ərdoğan xatırladıb ki, Rusiya ilə Ukrayna arasındakı müharibə 2025-ci ilin fevralında dördüncü ilinə qədəm qoyacaq: “İsrailin Qəzzaya hücumlarından isə 440 gün keçir. Əlbəttə, bütün müharibələr, böhranlar ölkəmizə də təsir edir. Amma Türkiyə bütün bu xaosun işində sabitlik adası kimi rəğbət qazanır, bölgənin açar ölkəsi rolunu oynayır”.

    Türkiyə lideri söyləyib ki, bəzi çətinliklər olsa da, ölkəni gözəl günlər gözləyir: “Xalq olaraq bir az da səbr etsək, inşallah, bütün sahələrdə hədəflərimizə çox yaxınlaşacağıq. “Türkiyə əsri”nin parlaq günlərini birlikdə görəcəyik”.