Month: Yanvar 2025

  • Lənkəranda iki saat işıq olmayacaq

    Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq. 

    Bu barədə  “Azərişıq”dan bildirilib.

    Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Lənkəranda iki saat işıq olmayacaq

    Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq. 

    Bu barədə  “Azərişıq”dan bildirilib.

    Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub

    Yasamal rayonu, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb.

    Apa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

  • ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır

    ABŞ Prezidenti Donald Tramp martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır.

    Apa “reuters”ə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bu iki ölkədən idxala 25% rüsum tətbiq etməyi planlaşdırır.

    Agentliyin xəbərinə görə, adının çəkilməsini istəməyən hökumət rəsmiləri bu dəyişikliyin maliyyə bazarlarını sarsıdacağından və ABŞ-nin ən yaxşı iki ticarət tərəfdaşı ilə münasibətlərini gərginləşdirəcəyindən narahatdırlar.

  • Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı – VİDEO

    “Gənc müğənni Ayla Şiriyevanın beli qırılıb”.
     
    Median.Az

     bildirir ki, bu barədə aparıcı Elgiz Əkbər verilişində danışıb.
     
    O bildirib ki, Aylanın vəziyyəti kritikdir:
     
    “Ayla Şahdağdan qayıdarkən ağır qəzaya düşüb. Onun beli qırılıb. Evin tək övladıdır. Hazırda çox ağır vəziyyətdə reanimasiyadadır”.
     
    Ətraflı süjetdə:

  • Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı – FOTO

    Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.
     
    Median.Az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
     
    “Bizi nə qar, nə şiddətli soyuq, nə də çətin relyef dayandıra bilər. Qar, soyuq və çətinliklər qarşısında birləşən güc hər zaman hədəfə çatar. Dost və müttəfiqlərlə qışın sərtliyinə baxmayaraq, hədəfləri vurmağa davam edirik. Yanvarın 20-də Qarsda başlayan, dost və müttəfiq ölkələrin də iştirak etdiyi “Qış təlimi-2025” uğurla davam edir”, – paylaşımda bildirilib.

    Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.

  • Şahmat üzrə Azərbaycan çempionatı başladı

    Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
     
    Median.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.
     
    İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
     
    Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: “Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da gəliblər. Bu da sevindirici haldır. Bu, kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yarışın ədalətli keçməsini istəyirik. Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik. Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram”.

  • Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb

    Ağsu Rayon Məhkəməsində məsləhətçi işləyən Ayxan Cəfərov işdən çıxarılıb. 

    Qaynarinfo-ya daxil olan məlumata görə, onun barəsindəki şikayətlərdən sonra işdən çıxarılması qərara alınıb. 
    Ayxan Cəfərovun Ağsu Rayon Məhkəməsinin sədri Babək Qasımovun qohumu olduğu iddia edilir. 
    Məlumatla bağlı Ağsu Rayon Məhkəməsi əlaqə saxlamağa cəhd etsək də, nəticəsi olmadı. İsrarlı zənglərimizə baxmayaraq məhkəmənin telefonları “susdu”.
    Ətraflı
    Ads by  
    0
    Reklamınızı SmartBee ilə effektiv edin.
    Xatərladaq ki, bir müddət əvvəl Laçın rayon sakini Tohid Ağamalıyev və Goranboy rayon sakini Sürəyya Qurbanova Babək Qasımovla Ayxan Cəfərov barəsində Məhkəmə-Hüquq Şurasına şikayət etmişdi. Onların şikayətləri mediada dərc edilmişdi. 
    Vətəndaşlar bildirirdi ki, Babək Qasımov Ayxan Cəfərov vasitəsilə dələduzları himayə edir: “Ağsu Rayon Məhkəməsi bizə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin lehinə qərar çıxarıb. Ayxan adlı qohumunu da hakim otağının girişində əyləşdirib. Bu adam dələduzluq edən şəxsin qohumları ilə əlbir olub bizim haqqımızı tapdalayır”.
    Ağsu Rayon Məhkəməsi isə bu iddiaların əsassız olmasə barədə açıqlama vermişdi: “Qeyd edilən məsələlər tamamilə həqiqətə uyğun deyil, hər hansı sübuta söykənmir. Bununla yanaşı, əgər qarşı tərəf iddia etdiyi məsələlərdə haqlı olduğunu hesab edirsə, aidiyyatı orqanlara müraciət edə bilər. Eyni zamanda, şikayətçi iş üzrə hakimin konkret məhkəmə işi ilə bağlı qəbul etdiyi qərarı yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququna malikdir”.

  • Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

    Bakının Nizami rayonu, Babək prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
    Məlumata görə, “Baku Medical Plaza”nın yaxınlığında yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

  • Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida – Alimlər AÇIQLADI

    Yumurta istehlakının faydaları saysız-hesabsızdır. Elmi araşdırma yumurta istehlakının Alzheimer xəstəliyinin qarşısını aldığını ortaya qoyub – yumurtanın tərkibindəki xolin maddəsi yaddaşı gücləndirir və Alzheimer xəstəliyi riskini azaldır.
     
    Median.Az xəbər verir ki, son illərdə aparılan elmi araşdırmalar yumurta istehlakının təkcə bədən sağlamlığında deyil, həm də psixi funksiyaların qorunmasında mühüm rol oynaya biləcəyini ortaya qoyub. Nevrologiya Mütəxəssisi Prof. Dr. Lütfü Hanoğlu, Alzheimer xəstəliyi ilə yumurta istehlakı arasındakı əlaqəni qiymətləndirib.
    Yumurta istehlakının beyin sağlamlığına təsiri ilə bağlı elmi araşdırmalardan nümunələr verən Prof. Dr. Hanoğlu “Son araşdırmalar yumurta istehlakının Alzheimer xəstəliyinin başlanğıcını gecikdirə biləcəyini dəstəkləyir. Xüsusilə yumurtanın tərkibindəki kolin maddəsi yaddaş və idrak funksiyalarını dəstəkləyən əhəmiyyətli bir komponent olaraq diqqət çəkir” sözlərini deyib .

    Bəs kolin nədir?

    Kolin yumurta sarısı, paxlalılar, brokoli, lobya, süd və balıq kimi bəzi qidalarda olan suda həll olunan birləşmədir və qaraciyərdə sintez olunur. Kolin orqanizmdə hüceyrə membranlarının əsas struktur komponentləri olan bəzi fosfolipidlərin sintezində istifadə olunur. Prof. Dr. Hanoğlu “Orqanizmdə xolin çatışmazlığı olduğu zaman başda beyin və sinir funksiyaları olmaqla bir çox hüceyrə və orqan düzgün işləməyə bilər. Qida əlavəsi olaraq qəbul edilə bilən kolin daha çox yumurta, qoz-fındıq, lobyada olur.