Month: January 2025

  • Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?

    Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
     
    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

    Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

  • Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi

    Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya qədər endirib.
     
    Median.Az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov X hesabında yazıb.
     
    “Qardaş Türkiyə ilə həmrəylik əlaməti olaraq Bolunun Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında insanların həlak olması ilə əlaqədar elan edilmiş birgünlük milli matəm çərçivəsində bayraqlarımızı yarıya qədər endirdik. Bu faciədə həlak olanların yaxınlarına və bütün türk xalqına bir daha başsağlığı veririk. Allah rəhmət eləsin”, – paylaşımda qeyd olunub.

  • Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat

    Baş Prokurorluq Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev barəsində həbs qərarı çıxarılması ilə bağlı xəbərə münasibət bildirib.
     
    Qurumdan verilən xəbərə görə, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
     
    İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
     
    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub – YENİLƏNİB-2

    Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.

    Bu barədə “Report” Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

    İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

    Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

    ***

    Göyçayda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən tələbələr evə buraxılıblar.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Vurğulanıb ki, yanvarın 21-də saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:

    “Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb”.

    Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə vurğulanıb ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı birgə araşdırmalara başlanılıb.

    ***

    Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.

    Report-un əldə etdiyi məlumata görə, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

    Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

    Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    “Report” xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, təqdimat təmin edilib və Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

    İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

    Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

    Cinayət işi üzrə ötən gün həkim Sənan Mehdiyev saxlanılaraq məsuliyyətə cəlb olunub.

  • Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ

    Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun barəsində olan cinayət işi üzrə məhkəmə yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, sabiq hakim 5 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

    Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.

    İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

    İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Məzahir oğlu Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu

    Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan Dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.

    Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov səkkiz il müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

    Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

    Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

  • Rövşən Əsgərov Rusiyada ekstremistlərin siyahısına

    Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb.

    Bu barədə Rosfinmonitorinq məlumat yayıb.

    Xatırıladaq ki, Rövşən Əsgərov 2023-cüü ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. Onunla bağlı ötən il Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə iş açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir. Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb.

    İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

    Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib. / Modern.az

  • Bu lombardın meneceri həbs edildi – Özünə kreditlər ayırıb

    “GL” Açıq Səhmdar Cəmiyyətinin (ASC) meneceri məhkəmə zalında həbs edilib. Buna səbəb menecerin öz çalışdığı müəssisədə rəsmi sənədləri saxtalaşdırması olub.

    ASC bank olmayan kredit təşkilatıdır. ASC-nin Bakıda və bölgələrdə lombard kreditləri təklif edən bir neçə filialı var.

    ASC-nin Şabran filialının meneceri olmuş Bəhram Orucəliyev ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirərək şəxsi ehtiyaclarına xərcləyib.

    O, tanışlarının guya lombarda qızıl-zinət əşyaları qoyması ilə bağlı rəsmi sənədləri saxtalaşdırıb. Özündə olan qızıl-zinət əşyalarının fotosunu kredit sənədlərinin içərisinə yerləşdirərək baş ofisə göndərib. Sonra da onların adına ayrılan kreditləri şəxsən özü götürüb. Bununla da çalışdığı müəssisəyə 14 min manat maddi ziyan vurub.

    O, bunun səbəbini son zamanlar maddi vəziyyətinin yaxşı olamaması ilə izah edib. Deyib ki, özünə kreditə ev alıb və ödənişini edə bilməyib. Buna görə də borclanıb.

    ASC-nin baş ofisi araşdırma aparan zaman B.Orucəliyevin kreditlərin rəsmiləşdirildiyi tarixdə girov qoyulmuş qızılların çəkisi və növü barədə girova qoyulmuş qızıl aktlarına yalan məlumatlar daxil edilməklə adıçəkilən müştərilərə əsassız lombard krediti verildiyini müəyyən edib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

    B.Orucəliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıq edilib.

    Onun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
    //musavat

  • Минздрав Азербайджана: Мы обеспечены тестами и лекарствами против оспы обезьян

    Вакцины против вируса оспы обезьян обычно изготовляют на основе вакцин против натуральной оспы, поскольку эти два вируса генетически очень похожи.

    Об этом сказал специалист-эксперт Министерства здравоохранения, терапевт Закир Гулиев во время прямого эфира на официальной странице Минздрава в Instagram.

    По его словам, исследования, проведенные международными организациями здравоохранения, показывают, что прививки, разработанные против натуральной оспы, также обеспечивают эффективную защиту от оспы обезьян.

    “Поскольку эти вакцины против оспы нацелены на ортопоксвирусы из того же семейства, они также могут вызывать иммунный ответ против вируса оспы обезьян. Эти вакцины используются для обеспечения защиты на территориях, подверженных риску эпидемий, или среди людей, которые могут подвергнуться воздействию вируса. Вакцины играют важную роль как в предотвращении распространения заболеваний, так и в снижении тяжести течения заболевания в случае заражения”, – добавил Гулиев.

    Специалист-эксперт Минздрава сообщил, что в нашу страну завезены тесты для лабораторного исследования вируса оспы обезьян и необходимые лекарства против этого заболевания.

    “Что касается вакцины против вируса оспы обезьян, то эти препараты производятся и распределяются только в странах, эндемичных по этому вирусу. Следует отметить, что Азербайджан не входит в список эндемичных стран”, – подчеркнул терапевт.

    Закир Гулиев добавил, что западноафриканский штамм вируса обычно проявляется более легкими симптомами: “В зависимости от состояния иммунной системы и возраста пациента в некоторых случаях могут возникнуть осложнения. Симптомы заболевания включают повышенную температуру, головную боль, боли в мышцах, увеличение лимфатических узлов и кожную сыпь. Кроме того, если вирус поражает дыхательные пути, пневмония может вызвать проблемы с дыханием. Ранняя диагностика заболевания и соответствующая медицинская помощь значительно снижают этот риск”.

    Он также подытожил, что важно своевременно начинать противовирусную терапию и поддерживающее лечение у пациентов с ослабленным иммунитетом и пожилых людей с сопутствующими заболеваниями.