Month: January 2025

  • Qoşa xəttin tələbini pozan “Gelandewagen” sürücüsü SAXLANILDI

    “Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən “Mercedes-Benz Gelandewagen” avtomobilinin sürücüsü saxlanılıb”.

    Median.Az xəbər verir ki, bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

    O qeyd edib ki, “Azneft” dairəsi istiqamətində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla yanaşı, onu çəkib sosial şəbəkə hesabında paylaşan 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtomobili idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

    “Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü (əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etmə) və 327.7-ci (il ərzində 20 və daha artıq bal toplanmaqla sürücülük hüququnun məhdudlaşdırılması) maddələri əsasında protokol tərtib olunub. Nəqliyyat vasitəsi duracağa yerləşdirilib”,- deyə T.Nəsirli bildirib.

    Xatırladaq ki, ötən gün “Mercedes-Benz Gelandewagen” avtomobilinin sürücüsününün “Neftçilər” prospektində qoşa xəttin tələbini pozması və həmin qayda pozuntusunu öz sosial hesabında paylaşması barədə məlumat vermişdik./oxu.az

  • В Турции по делу о пожаре в отеле задержали двух чиновников

    Заместитель мэра турецкой провинции Болу, вблизи которого расположен горнолыжный курорт Карталкая, и замглавы местной пожарной службы задержаны после пожара в отеле, который унес 76 жизней.

    Как передает report, об этом сообщил телеканал TRT Haber.

    Согласно информации, задержание произведено в рамках расследования дела о пожаре. Ранее были задержаны девять человек, в том числе хозяин отеля Gran Kartal.

    Напомним, что пожар на курорте произошел в ночь на 21 января. Всего на момент возгорания в гостинице находились 238 постояльцев. В Турции 22 января объявлен общенациональный траур.

  • Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb

    Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən hotel yanğınına görə saxlanılıb.

    Report xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

    Məlumata görə, saxlanılma yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Daha əvvəl “Gran Kartal” hotelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.

    Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.

  • Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu

    Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.
     
    Bu barədə Median.Az Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
     
    Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

    İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.
     
    Belə ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

  • Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək

    70 saylı Neftçala seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ilk dəfə 926 nəfər səs verəcək.

    Bu barədə report-un Aran bürosuna Dairə Seçki Komissiyasının sədri Ülvi Məmmədzadə məlumat verib.
    O bildirib ki, həmin gün 18 yaşı tamam olan 2 seçici də ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

    Qeyd edək ki, 70 saylı Neftçala DSK-nın əhatə etdiyi ərazidə 48 seçki məntəqəsi yaradılıb, 51 min 478 seçicinin seçkilərdə iştirakı gözlənilir.

    Dairədə 7 bələdiyyə uğrunda qeydiyyata alınmış 169 namizəd mübarizə aparacaq.

  • Bakı-Qazax yolunda qəza – Türkiyə vətəndaşı xəsarət aldı – FOTOlar

    Bakı-Qazax yolunda yol nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

    Qəza zamanı Türkiyə vətəndaşının idarə etdiyi TIR markalı avtomobil “Shacman” markalı maşınla toqquşub. Qəzada TIR-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma başlanılıb./”qafqazinfo”

  • Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

    Şamaxı Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Emin Hüseynin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.

    Apa xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 5-nə təyin edilib.

    İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə baxılacaq.

    Məlumata görə, Hüseyn Emin Ramiz oğlu 2022-ci ildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib. Sonradan vəzifəsindən azad olunub.

    Onunla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Zərərçəkmiş qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tanınıb.

  • Məktəblərdə 5 gün dərs olmayacaq

    Məktəblərdə 5 gün dərs olmayacaq.

    Bu barədə apa-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
    Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq. Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

    Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.

  • Wi-Fi-ı söndürmədən yatmayın – Diqqət

    Texnologiyanın ayrılmaz hissəsi olan Wi-Fi, gün ərzində həyatımızı asanlaşdırsa da, gecələr onu söndürmədən yatmaq sağlamlıq və təhlükəsizlik baxımından bəzi risklər yarada bilər.

    Median.Az həmin riskləri təqdim edir:

    Elektromaqnit dalğalar və sağlamlıq
    Wi-Fi routerləri elektromaqnit şüalar yayır. Bəzi araşdırmalar uzun müddət bu dalğalara məruz qalmağın yuxu keyfiyyətinə və sinir sisteminə təsir edə biləcəyini bildirir. Xüsusilə, Wi-Fi routeri yataq otağınıza yaxındırsa, onu gecə söndürmək daha yaxşıdır.

    Enerji sərfiyyatı və cihazların istismarı
    Wi-Fi-nı fasiləsiz işlətmək enerji sərfini artırır və routerin davamlı istifadəsi cihazın daha tez sıradan çıxmasına səbəb ola bilər. Gecə saatlarında Wi-Fi-nı söndürmək həm enerjiyə qənaət edər, həm də routerin ömrünü uzadar.

    Kiber təhlükəsizlik riskləri
    Router açıq qaldıqda, xüsusilə zəif parol və ya təhlükəsizlik sistemi olan şəbəkələrdə haker hücumları üçün fürsət yarana bilər. İnternetə bağlı cihazlarınızın təhlükəsizliyini artırmaq üçün Wi-Fi-nı ehtiyac olmadığı zaman söndürmək tövsiyə olunur.

    Wi-Fi-nı Gecə Söndürmək Üçün Nələr Edilə Bilər?
    Routerin taymer funksiyasını aktiv edin – Bəzi yeni modellərdə müəyyən saatlarda avtomatik bağlanma seçimi var.

    Adi elektrik açarı ilə söndürün – Routeri bir açara qoşaraq gecə yatmazdan əvvəl söndürə bilərsiniz.
    Alternativ olaraq kabel internet istifadə edin – Xüsusilə gecə saatlarında yalnız ehtiyac olduğu zaman interneti açmaq daha təhlükəsiz ola bilər.
    Wi-Fi şəbəkənizi gecə söndürməklə həm sağlamlığınızı qoruya, həm də enerji qənaəti və təhlükəsizlik baxımından daha yaxşı nəticələr əldə edə bilərsiniz.

  • Prezident Davosda daha bir görüş keçirdi

    Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiyaın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
     
    Median.Az xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
     
    Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulayıb.
     
    Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd ediblər.
     
    Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olunub.
     
    Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.
     
    Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın rolu qeyd olunub.
     
    Xorvatiya Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.