Month: January 2025

  • Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb

    Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb.

    Median.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mitinq iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.

    Davamlı aksiyanın 56-cı günündə nümayişçilərin tələbi dəyişməzdir. Onlar yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
    Məlumat üçün bildirək ki, vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə saldığı bəyanatından sonra başlayıb.

  • Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı

    Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.

    APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

    Bu gün Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.

    Menu

    Xəbər lenti
    Şərhlər
    Axtar
    Profil
    Ölkə 22:18 22.01.2025
    Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
    Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.
    APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
    Bu gün Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.
    Ətraflı
    Ads by  
    1
    Reklamınızı SmartBee ilə effektiv edin.
    Birgə İqtisadi Komissiyasının həmsədrləri — Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.
    İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.
    Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.

  • “Beşiktaş” “Atletik”i darmadağın etdi

    Türkiyənin “Beşiktaş” klubu öz meydanında İspaniya təmsilçisi “Atletik”lə qarşılaşıb.

    Oyun İstanbul təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

    “Beşiktaş” hazırda 9 xalla 18-ci, Bilbao klubu isə 16 xalla 2-ci pillədə qərarlaşıb.

    22 yanvar

    Avropa Liqası
    Liqa mərhələsi, 7-ci tur
    19:30. “Beşiktaş” (Türkiyə) – “Atletik” (Bilbao, İspaniya) – 4:1
    Qollar: Raşika, 17, 60, Silva, 78, Mario, 90+2 – pen. – Qomez, 45

  • İranda dolların məzənnəsi rekord həddə yüksəldi

    İranda dolların məzənnəsi rekord həddə yüksəlib.

    Bu barədə “Azad İran” məlumat yayıb.

    Məlumata görə, son günlər İran milli valyutası dollar qarşısında sürətlə dəyər itirir. Hazırda Tehran birjasında 1 ABŞ dolları 83035 tümənə mübadilə olunur.

  • Число погибших при пожаре на курорте в Турции выросло до 79 человек

    Число погибших при пожаре на горнолыжном курорте Карталкая в Турции возросло до 79 человек.

    Об этом сообщила местная прокуратура.
    “Число погибших при пожаре после проведения ДНК-тестов увеличилось до 79”, – говорится в сообщении надзорного ведомства провинции Болу, где расположен курорт.

    Ранее сообщалось о 76 погибших. Минздрав Турции сообщил, что из 51 пострадавшего при пожаре 39 выписаны из больниц, 12 человек продолжают лечение.

    Напомним, что пожар на курорте Карталкая произошел в ночь на 21 января. Всего на момент возгорания в гостинице находились 238 постояльцев. В Турции 22 января объявлен общенациональный траур.

  • Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb

    Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

    Bu barədə yerli prokurorluq məlumat yayıb.
    “DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, – kurortun yerləşdiyi Bolu vilayətinin prokurorluğundan bildirilib.

    Bundan əvvəl 76 nəfərin öldüyü deyilirdi. Türkiyə Səhiyyə Nazirliyi yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-nun xəstəxanalardan evə buraxıldığını, 12 nəfərin müalicəsinin davam etdiyini açıqlayb.

    Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.

  • Məktəblərdə 5 gün dərs olmayacaq

    Məktəblərdə 5 gün dərs olmayacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

    Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq. Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

    Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.

  • Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib

    Polşanın cənubunda yerləşən Sileziya voyevodalığındakı mədəndə metan qazının partlaması nəticəsində ən azı 16 nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

    Onlardan 14 nəfəri xəstəxanalara yerləşdirilib. Ümumilikdə 16 nəfərə tibbi yardım göstərilib.

    Onlar əsasən yanıq, əl-ayaq və əzik xəsarətləri alıblar.

  • “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”

    Azərbaycanda yeni tikililərdəki mənzillərin təməl mərhələsində (kotlovan) qiymətləri əhəmiyyətli dərəcədə artıb.

    Bunu  “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

    Onun sözlərinə görə, ötən əsrin 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində tikilmiş binalardakı mənzillər qiymət artımından nisbətən az təsirləndiyi halda, 2005-2015-ci illərdə tikilmiş binalarda bahalaşma orta səviyyədə, 2015-2023-cü illərdə inşa olunmuş binalarda isə bahalaşma yüksək səviyyədə olub.

    Vüqar Oruc qeyd edib ki, son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür: “Bəzən bu mərhələdə olan tikililər hətta yeni tikili və təkrar yeni tikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlar daha çox maraq göstərməyə başlayıblar. Bu da ilkin qeydiyyat və hüquqi məsələlərdə yaradılan etimad mühiti ilə bağlıdır”.
    Ekspert əlavə edib ki, əvvəllər mənzillərin qiymətləri əsasən yerləşmə xətti ilə müəyyən edilirdisə, indi MTK brendləri, tikilinin keyfiyyəti və binanın xidmət səviyyəsi əsas seçim meyarlarına çevrilib.
    Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycan alıcılarının daha peşəkar yanaşma sərgiləməsi və şəhərin böyüməsi ilə əlaqədardır.
    “Alıcılar mənzil seçərkən binaların yeniliyi, təhlükəsizlik tədbirləri, nəqliyyat əlçatanlığı, sahə və planlama komfortu, infrastruktur zənginliyi, parklanma imkanı və ətraf şərait kimi amillərə xüsusi önəm verirlər. Bu amillər alıcıların mənzil bazarındakı davranışını formalaşdırır və yeni tikili seqmentində qiymət artımının əsas səbəblərindən biridir,” – deyə sədr əlavə edib.

    //banker.az

  • Qoşa xəttin tələbini pozan “Gelandewagen” sürücüsü SAXLANILDI

    “Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən “Mercedes-Benz Gelandewagen” avtomobilinin sürücüsü saxlanılıb”.

    Median.Az xəbər verir ki, bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

    O qeyd edib ki, “Azneft” dairəsi istiqamətində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla yanaşı, onu çəkib sosial şəbəkə hesabında paylaşan 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtomobili idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

    “Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü (əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etmə) və 327.7-ci (il ərzində 20 və daha artıq bal toplanmaqla sürücülük hüququnun məhdudlaşdırılması) maddələri əsasında protokol tərtib olunub. Nəqliyyat vasitəsi duracağa yerləşdirilib”,- deyə T.Nəsirli bildirib.

    Xatırladaq ki, ötən gün “Mercedes-Benz Gelandewagen” avtomobilinin sürücüsününün “Neftçilər” prospektində qoşa xəttin tələbini pozması və həmin qayda pozuntusunu öz sosial hesabında paylaşması barədə məlumat vermişdik./oxu.az