Month: January 2025

  • Rusiyada zavodun işçiləri səhvən milyonçu oldular

    Rusiyanın Çelyabinsk vilayətində adı açıqlanmayan müəssisənin işçiləri mühasibat səhvinə görə milyonçu olublar.

    Bu barədə kp.ru məlumat verib.

    Qeyd olunur ki, işçilərdən biri dekabr ayının maaşı əvəzinə kartında almalı olduğu 50 min rubldan (təxminən 837 manat – red.) 100 dəfə artıq pul alıb və bu, yeganə belə hadisə deyil.

    “Bəzilərinə beş milyon, digərlərinə isə səkkiz milyon rubl pul köçürülüb. İşçilərin sevincinin həddi-hüdudu yox idi”, – deyə jurnalistlər zavoddakı ab-havadan yazıblar.

    Məlumata görə, xüsusilə məsuliyyətli şəxslər dərhal rəhbərləri ilə əlaqə saxlasalar da, hələ də pullarını necə geri qaytaracaqlarını bilmirlər.

  • В Китае кошка лишила хозяйку работы и годовой премии

    В Китае кошка случайно “уволила” свою хозяйку, отправив письмо работодателю, из-за чего женщина потеряла работу и годовую премию.

    Как передает Median.Az, об этом сообщает South China Morning Post.

    Двадцатипятилетняя жительница Чунцина в начале января написала черновик письма об увольнении, но не решилась его отправить, так как ей нужны были деньги для содержания девяти кошек. Однако один из ее питомцев решил за нее: камера видеонаблюдения запечатлела момент, когда кошка запрыгнула на стол и случайно нажала кнопку на ноутбуке, отправив письмо начальнику.

    Женщина попыталась объяснить ситуацию своему руководителю, перекладывая вину на своего кота, но ее игнорировали. В итоге она осталась без работы и без премии, которую многие компании выплачивают перед Праздником весны, который в этом году начнется в ночь на 29 января.
    //oxu.az

  • Pişik sahibini həm işdən, həm də illik mükafatdan məhrum etdi – Çində məzəli hadisə

    Çində pişik təsadüfən müdirə məktub göndərərək öz sahibini “işdən çıxarıb”. Nəticədə, qadın həm işini, həm də illik mükafatını itirib.

    Median.Az-ın “South China Morning Post”a istinadla məlumatına görə, hadisə Çunqin şəhərində yaşanıb.

    Bildirilir ki, şəhərin 25 yaşlı sakini yanvarın əvvəlində işdən çıxmaq barədə məktubun qaralama versiyasını yazıb, lakin doqquz pişiyinin saxlanması üçün pul lazım olduğundan onu göndərməyə cəsarət etməyib.

    Lakin ev heyvanlarından biri onun əvəzinə qərar verib: təhlükəsizlik kamerası pişiyin masaya tullanaraq təsadüfən notbukda düyməni basması və məktubu rəhbərə göndərməsi anını qeydə alıb.

    Qadın vəziyyəti öz rəhbərinə izah etməyə çalışıb və günahı pişiyinin üzərinə atıb, lakin ona qulaq asmayıblar.

    Nəticədə, o, həm işsiz qalıb, həm də bir çox şirkətin bu il yanvarın 29-na keçən gecə başlayacaq Bahar bayramı ərəfəsində ödədiyi mükafatdan məhrum olub.
    //oxu.az

  • В Баку погибла дочь руководителя общественной организации – ФОТО

    Дочь председателя Общественного объединения “Организация охраны исторических и культурных памятников на оккупированных территориях Азербайджана” Фаига Исмайылова, Зохра Исмайылова, погибла в результате наезда автомобиля.

    Как сообщает Median.Аz со ссылкой на telegraf.com, инцидент произошел утром 20 января на участке трассы Мардакян – Загульба, проходящем через территорию поселка Бузовна.

    Согласно информации, 40-летняя З.Исмайылова была сбита автомобилем при попытке перейти дорогу. Несмотря на то, что водитель доставил женщину в Городскую клиническую больницу №3 (Сабунчинская больница), спасти ее жизнь не удалось.

    З.Исмайылова имела высшее образование и работала учительницей в специальной школе-интернате №4. Происшествие случилось, когда она пыталась пройти к автобусной остановке, чтобы отправиться на работу.

    У нее осталось трое детей.

    По данному факту ведется расследование.

  • Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU – FOTO

    Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zuğulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

    Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Ali təhsilli Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.

    Z.İsmayılovanın 3 övladı qalıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Почему льготы на проезд по карте TələbəPlus до сих пор не применяются? – ВИДЕО

    Несколько месяцев назад студентам в Азербайджане были выданы карты TələbəPlus.

    Как сообщает Median.Az со ссылкой на İTV, эти карты выполняют сразу несколько функций. Они обеспечивают доступ в вузы, используются как дебетовые банковские карты, а также служат для получения стипендий. Главное преимущество – предоставление различных льгот и скидок.

    Однако студенты подчеркивают, что хотели бы использовать карты и для получения скидок в общественном транспорте. По их словам, транспортные расходы достаточно высокие.

    Эксперты в сфере образования отмечают, что внедрение транспортных льгот для студентов, распространенных в европейских странах, было бы целесообразным и в Азербайджане.

    Агентство наземного транспорта (AYNA) заявило, что для введения льготных тарифов на проезд для различных категорий населения требуется создание соответствующей инфраструктуры и полный переход на безналичные платежи в общественном транспорте.

    Подробнее – в сюжете:

  • “TələbəPlus” kartından avtobuslarda güzəşt tətbiqi niyə ləngiyir? – VİDEO

    Bir neçə ay əvvəl “TələbəPlus” kartları tələbələrin istifadəsinə verilib.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, bu kartlar universitetə giriş və çıxışı təmin etməklə yanaşı debet bank kartı və tələbələrin təqaüd kartı kimi də yararlıdır. Əsas üstünlüyü imtiyaz və endirimlər təqdim etməsidir. Amma tələbələr bu fürsətin ictimai nəqliyyatda da rol oynamasını istəyirlər.

    Onlar bildiriblər ki, yol xərcləri kifayət qədər çoxdur.

    Təhsil üzrə mütəxəssislər isə düşünürlər ki, bir çox Avropa ölkələrinin təcrübəsində özünü doğruldan “nəqliyyatda tələbələrə güzəştlər”in ölkəmizdə də həyata keçirilməsi yaxşı olardı.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müxtəlif əhali qruplarından olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.

    Ətraflı süjetdə:

  • Армения продолжает загрязнять реку Араз

    Продолжается поступление сточных вод из шахт, выходящих на реку Араз из Армении.

    Об этом сообщает Araz News.

    Согласно данным, загрязнение реки Араз с армянской стороны продолжается и имеет широкомасштабные негативные последствия для окружающей среды и сельского хозяйства региона.

    Экспертные исследования показывают, что в русловых отложениях рек накопились тяжелые металлы, что может привести к загрязнению водных ресурсов и сельскохозяйственных угодий региона.

  • Ermənistan Araz çayını çirkləndirməyə davam edir

    Ermənistandakı mədənlərin tullantı sularının Araz çayına axıdılması davam edir.

    Bu barədə “Araz News” məlumat yayıb.

    Məlumata görə, belə vəziyyət bölgənin ekologiyası və kənd təsərrüfatı üçün böyük həcmdə mənfi nəticələrə səbəb olur.

    Mütəxəssis araşdırmaları göstərir ki, çay yatağının çöküntülərində ağır metallar yığılıb və bu, regionda su ehtiyatları, eləcə də kənd təsərrüfatı torpaqlarını çirkləndirir.

  • Reper Diddi kannibalizmdə ittiham olunur

    Müğənni Sara Rivers reper Diddini (Şon Kombs) adamyeyənlikdə ittiham edib.

    O, bu barədə “Diddy: The Making of a Bad Boy” sənədli filmində danışıb.

    Rivers xatırladıb ki, Kombs MTV-nin “Making the Band” verilişinin çəkiliş meydançasında özündən çıxıb və həmsöhbətinə “Məni çox qəzəbləndirirsən, sənin ətini yemək istəyirəm” demişdi. Müğənninin sözlərinə görə, reper çəkiliş iştirakçılarından birini döyməklə hədələyib.

    Sentyabrın 17-də reper və prodüser Şon Kombs münsiflər heyətinin ona qarşı ittiham irəli sürməsindən sonra həbs edilib. P.Diddi üç ittiham üzrə təqsirli bilinərsə, onu ya ömürlük həbs, ya da minimum 15 il həbs cəzası gözləyir: reketlik, cinsi istismar məqsədilə insan alveri və cinsi istismar məqsədilə insanların daşınması.