Month: January 2025

  • Арестован 17-летний подросток, обвиняемый в аварии, приведшей к гибели двух детей в Имишли – ВИДЕО

    Начато уголовное дело и ведется предварительное следствие по факту дорожно-транспортного происшествия (ДТП) со смертельным исходом с участием Mercedes-Benz и автомобиля Дорожной полиции BMW, произошедшего 18 января в городе Имишли.

    Как передает Median.Az со ссылкой на пресс-службу Генеральной прокуратуры Азербайджана, в ходе предварительного следствия возникли обоснованные подозрения в том, что житель Имишлинского района Бейляр Байрамлы (2008 г.р.) незаконно завладел автомобилем Mercedes Benz 190 с государственным номером 30-BH-904, принадлежащим его родственнику, без цели хищения. Не имея права на управление транспортными средствами, он сел за руль, нарушил правила дорожного движения, что по неосторожности привело к гибели двух человек и причинению тяжкого вреда здоровью еще одного. После аварии Байрамлы оставил автомобиль на месте ДТП и скрылся с места происшествия.

    Б.Байрамлы предъявлено обвинение по статьям 185.1 (неправомерное завладение автомобилем без цели хищения), 263-1.4 (нарушение правил дорожного движения или эксплуатации транспортных средств лицом, не имеющим права управления, повлекшее по неосторожности смерть двух лиц) и 264 (оставление места дорожно-транспортного происшествия) Уголовного кодекса Азербайджанской Республики.

    На основании ходатайства следователя и представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Имишлинского районного суда в его отношении избрана мера пресечения в виде ареста.

    Предварительное следствие продолжается.

  • İmişlidə iki uşağın ölümü ilə nəticələnən qəzaya görə təqsirləndirilən 17 yaşlı oğlan HƏBS EDİLDİ – VİDEO

    Yanvarın 18-də İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və BMW markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes-Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

    Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    İbtidai istintaq davam etdirilir.

  • Трамп подписал указ о выходе США из ВОЗ

    Президент США Дональд Трамп подписал исполнительный указ о выходе США из Всемирной организации здравоохранения (ВОЗ) в первый день пребывания в должности.

    Об этом сообщает CNN.

    Трамп давно критиковал ВОЗ, а его администрация официально вышла из организации в июле 2020 г. во время распространения COVID-19.

    В тексте документа в качестве причин выхода США называются “неправильное управление организацией пандемией COVID-19, возникшей в Ухане (Китай), и другими глобальными кризисами в области здравоохранения, ее неспособность срочно принять необходимые реформы и неспособность продемонстрировать независимость от неуместного политического влияния стран-членов ВОЗ”.

    В указе также говорится, что ВОЗ “продолжает требовать от США несправедливо обременительных выплат”.

  • ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxdı

    ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günündə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb.

    Bu barədə CNN məlumat yayıb.

    Tramp uzun müddətdir ki, ÜST-ni tənqid edirdi, onun administrasiyası isə 2020-ci ilin iyulunda COVID-19-un yayılması zamanı təşkilatdan rəsmi olaraq çıxıb.

    Sənədin mətnində ABŞ-nin qurumdan çıxmasının səbəbləri kimi təşkilatın Çinin Vuhan şəhərində yaranan COVID-19 pandemiyasını və digər qlobal sağlamlıq böhranlarını düzgün idarə etməməsi, lazımi islahatları təcili şəkildə həyata keçirmək iqtidarında olmaması və ÜST-yə üzv ölkələrin yersiz siyasi təsirindən müstəqillik nümayiş etdirməyə qadir olmaması göstərilir. Sərəncamda, həmçinin bildirilir ki, ÜST ABŞ-dən ədalətsiz olaraq ağır ödənişlər tələb etməyə davam edir.

  • В Сумгайыте младенец скончался после грудного вскармливания

    20 января у жительницы города Сумгайыт Севги Гулиевой (2024 г.р.) ухудшилось состояние после грудного вскармливания.

    Как сообщает Oxu.Аz, ребенок скончался по дороге в больницу.

  • Sumqayıtda körpə süd əməndən sonra ölüb

    Yanvarın 20-si Sumqayıt şəhərinin sakini, 2024-cü il təvəllüdlü Sevgi Quliyevanın anası süd verərkən halı pisləşib.

    Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
    //oxu.az

  • Sabahdan Azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq

    Sabahdan Azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

    Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

    Qeyd edilir ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.
    Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.

  • Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Stader ilə görüşüb.

    Nik Stader “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib.

    O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib.

    Dövlət başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub.

  • Türkiyədə partiya sədri saxlanıldı

    Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.

    APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Daha əvvəl onun barəsində Prezident ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün istintaq başladılıb.

    Ü. Ozdağın ifadə verməsi üçün İstanbula gətiriləcəyi bildirilib.

  • Dünyada içməli su mənbələri üçün əsas təhlükələr açıqlandı

    Almaniyanın Maks Plank BiogeoKimya İnstitutunun alimləri güclü quraqlıqların və intensiv yağıntıların yeraltı sularının – milyardlarla insan üçün içməli su mənbələrinin – keyfiyyətinə və sabitliyinə təhlükə yaratdığını müəyyən ediblər. 

    Qaynarinfo xəbər verir ki, bu barədə araşdırma “Nature Communications” (NatComms) elmi jurnalında dərc olunub.

    Yeraltı su mənbələri adətən yağıntılar nəticəsində torpaq vasitəsilə süzülərək dolur. Bu proses zamanı suyun tərkibindəki maddələr torpaqdakı canlı orqanizmlər tərəfindən udularaq sudan təmizlənir. Beləliklə, təbii filtrasiyanın köməyi ilə yüksək keyfiyyətli yeraltı su ehtiyatları formalaşır.

    Lakin güclü yağıntılar zamanı yağış suları tez bir zamanda torpağın dərin qatlarına nüfuz edərək təbii filtrasiya prosesini keçmədən, səthdəki və torpağın üst qatlarındakı həll olunmuş maddələri birbaşa yeraltı sularına daşıya bilir.

    Bu vəziyyət xüsusilə güclü leysan yağışlarından və uzun sürən quraqlıqlardan sonra daha da aktuallaşır. Uzun müddət davam edən quraqlıqlar torpaqda çatların yaranmasına səbəb olur və bu da yağış suyunun torpağın üst qatları tərəfindən udulmasını çətinləşdirir. Belə hallarda su ya birbaşa yeraltı sularına, ya da çaylara, göllərə və okeanlara axır.

    Alimlər Almaniyada 8 il ərzində yeraltı sularını araşdıraraq böyük bir tədqiqat qrupu ilə birgə analiz aparıblar. Araşdırmada həll olunmuş üzvi maddələrin səviyyəsi suyun çirklənməsinin dolayı göstəricisi kimi istifadə edilib və yeraltı sularının sabitliyində əsaslı dəyişikliklərin baş verdiyi müəyyən olunub.

    Araşdırma nəticəsində alimlər yeraltı sularında uzunmüddətli çirklənmə tendensiyalarını aşkar ediblər. Bu, səthdən yeraltı sularına yığılan üzvi maddələrin miqdarının artması və yeraltı su səviyyəsinin azalması ilə müşahidə olunub. Alimlər bu artan çirklənməni ekstremal hava hadisələri ilə birbaşa əlaqələndiriblər.

    Araşdırmanın müəlliflərinin fikrincə, bu yeni analiz metodu yeraltı su mənbələrində keyfiyyət risklərini daha dəqiq müəyyən etməyə kömək edə bilər. Bu, içməli su mənbələrinin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsi üçün mühüm bir addım ola bilər.

    Yeraltı su ehtiyatlarının keyfiyyəti və sabitliyi, iqlim dəyişikliyi və ekstremal hava şəraiti fonunda daha da həssas hala gəlir. Bu isə içməli su təminatının davamlılığını qorumaq üçün qlobal səylərin artırılmasını tələb edir.