Month: January 2025

  • Əmək pensiyasının minimum məbləği fevralın 1-dən nə qədər olacaq?

    Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

    Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

    Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

    Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.

    Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

  • Bakıda ƏMƏLİYYAT: 20 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

    Paytaxtda polis narkotiklərə qarşı əməliyyatlar keçirib, 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Nərimanov, Yasamal və Suraxanı rayonları ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.

    Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən G.Saqiyev, N.Rzayev, Ş.Qasımov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Qurbanov və S.Cəfərov müəyyən olunaraq saxlanılıblar.

    Onlardan ümumilikdə 20 kiloqrama yaxın müxtəlif adda narkotik maddələr və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • В США подали иск из-за новых ограничений на гражданство по праву рождения

    Американские правозащитные организации обратились в суд штата Нью-Гэмпшир с иском против администрации нового президента США Дональда Трампа из-за указа об ограничении предоставления гражданства США по праву рождения.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил Американский союз защиты гражданских свобод (ACLU).

    “Защитники прав иммигрантов сегодня подали иск против администрации Трампа в связи с его исполнительным указом, который призван лишить гражданства США некоторых появившихся на свет в Соединенных Штатах младенцев”, – говорится в заявлении ACLU.

    “Отказ в предоставлении гражданства рожденным в США детям не только противоречит Конституции, это еще и безрассудный и жестокий отказ от американских ценностей. Гражданство по праву рождения – одна из составляющих силы и динамичности Соединенных Штатов, – убежден глава союза Энтони Ромеро. – Мы не оставим без ответа эту атаку на новорожденных и будущие поколения американцев”.

    Новый американский лидер Дональд Трамп ранее подписал исполнительный указ об ограничении предоставления гражданства США по праву рождения. По сведениям агентства Reuters, указ предусматривает подобные ограничения для детей нелегальных мигрантов.

    * * * * *

    Президент США Дональд Трамп подписал указ, который ограничивает получение американского гражданства по праву рождения.

    Как передает Median.Az, об этом сообщил телеканал CNN со ссылкой на информационный бюллетень.

    По его словам, США – единственная страна в мире, где действовали подобные правила.

    Указ запрещает федеральным агентствам выдавать определенные документы, которые обычно предоставляются гражданам США.

    Распоряжение, которое распространяется на детей, родившихся по истечении 30 дней с момента принятия меры, будет применяться в случаях, когда родители находятся в США незаконно, а также в ситуациях, когда мать временно находится в стране, например, по визе, а отец не является американским гражданином.

    Некоторые сторонники жесткой линии в вопросах миграции считают, что дети нелегальных иммигрантов не подпадают под юрисдикцию США и не должны считаться гражданами в соответствии с Конституцией.

  • ABŞ vətəndaşlığının alınması ilə bağlı qaydalar dəyişdirildi

    ABŞ Prezidenti Donald Tramp doğum hüququ əsasında ölkə vətəndaşlığının alınmasını məhdudlaşdıran fərman imzalayıb.

    Bu barədə CNN telekanalı xəbərlər bülleteninə istinadən məlumat verib.

    Məlumata görə, ABŞ dünyada belə qaydaların qüvvədə olduğu yeganə ölkədir.

    Fərman federal qurumlara adətən ABŞ vətəndaşlarına təqdim olunan bəzi sənədləri verməyi qadağan edir.

    Fərman qəbul olunduğu tarixdən 30 gün ərzində doğulan uşaqlara valideynləri ABŞ-də qeyri-qanuni olduğu, eləcə də ananın ölkədə müvəqqəti, məsələn, viza əsasında qaldığı və ya atanın ABŞ vətəndaşı olmadığı hallarda şamil ediləcək.

    Miqrasiya məsələlərində sərt mövqe tutulmasının bəzi tərəfdarları hesab edirlər ki, qeyri-qanuni mühacirlərin övladları ABŞ yurisdiksiyasına tabe deyillər və konstitusiyaya əsasən vətəndaş hesab edilməməlidirlər.

  • Tanınmış plastik cərrahın qətlinin DETALLARI: Əri xadimə ilə xəyanət edib – FOTO

    Plastik cərrah Türkan Gündüz 2023-cü ilin mayın 7-də 1967-ci il təvəllüdlü həyat yoldaşı Muhammet Gündüz tərəfindən qətlə yetirilib.

    Median.Az xəbər verir ki, Teleqraf.com Muhammet Gündüzün cinayət işinin detallarını və ifadəsini əldə edib.

    Əldə etdiyimiz istintaq sənədlərinə görə, Muhammet 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşadığı Türkanın 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycandan kənarda, Türkiyədə yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə bir ər kimi ona hörmət etməməsi qənaətinə gəlib.

    Davamlı mübahisələr ər-arvad kimi onların münasibətlərində soyuqluq yaradıb. 7 may 2023-cü ildə gecəyarısı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində Türkan söhbət əsnasında kobudluqla onunla birlikdə yaşamaqdan imtina etdiyini deyib. Bu səbəbdən Muhammet Gündüz Türkana bıçaqla çoxsaylı zərbələr vurub.

    Ümumilikdə 7 bıçaq xəsarəti alan qadın vəfat edib.


    İstintaq orqanı tərəfindən Muhammet Gündüzün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Məhkəmədə ifadə verən Muhammet ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Türkanla bir-birilərini sevərək ailə qurublar: “Mən Türkanı tanıyanda o, tələbə idi və həmin vaxtlardan onunla münasibətim yaranmağa başladı. Onun təhsilini davam etdirməsinə köməklik etdim. Türkanın ailəsi onunla evlənməyimizə razı deyildilər. Hətta bir gün Türkanın atası ilə dalaşaraq onu evdən qovdum.

    Türkana da atası ilə görüşməməyi tapşırdım, onun dələduz olduğunu bildirdim. Dedim ki, atasının borclu olduğu şəxslər borclarının qaytarılması üçün dəfələrlə qapımıza gəliblər”.


    Muhammet bildirib ki, 2018-ci ildən Türkan işləməyə başlayıb: “Həmin ildən də onun qazancı artmağa başladı. Bundan sonra məni alçaltmağa, adamlar arasında atmacalar atmağa başladı. Ona belə etməməsi barədə dəfələrlə xəbərdarlıqlar etmişdim. Bacısı mənim xadimə ilə Türkana xəyanət etdiyimi bildirdi. Lakin belə bir hal baş verməmişdi. Evə kameraların qoyulmasını mən təşkil etmişdim. Evdə kameraların olduğunu bildiyim halda, Türkana xəyanət etməyimdən söhbət gedə bilməzdi.

    Türkiyənin Konya şəhərindəki evimdə işləyən xadimənin şəxsi nəqliyyat vasitəsi yox idi, o, evə ictimai nəqliyyatda gedib-gəlirdi. Həmin gün ona motosiklet aldığımı bildirdim. O da məni təbrik etdi, əl uzadıb yanağıma toxundu. Bundan başqa aramızda heç nə olmayıb. Türkan özü mənə deməsə də, bundan şübhələndiyini və qısqandığını hiss etmişdim. Məni qısqandığı halda, xadiməni işdən azad edəcəyimi dedim.

    Bir gün Türkanın anası zəng etdi, həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu və qızını yanında görmək istədiyini bildirdi. Mən də təbii ki, etiraz etmədim. Hətta qızımıza da valideyn kimi rəsmi olaraq onunla ölkədən getməsinə icazə verdim. Onları Azərbaycana yola saldım. İki gün sonra Türkanın məndən boşanmaq istəməsi barədə rəsmi bildiriş aldım. Onunla əlaqə saxlayaraq, danışdım, səbəbi soruşdum. Türkan səbəb kimi xadimə ilə olan videogörüntüləri göstərdi. Mən vəziyyəti izah etdiyimi, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı bildirdim. Lakin o mənə inanmadı”.


    Muhammet qeyd edib ki, təqribən 7-10 gün sonra Azərbaycana gəlib: “Həmin vaxt Türkiyənin Antalya şəhərinə tətil üçün bilet də almışdım. Azərbaycana tətil bileti ilə birlikdə gəlməkdə məqsədim Türkanla barışmaq idi. Onu öldürmək üçün gəlməmişdim, onu öldürmək fikrim də olmayıb. Azərbaycana Türkana məlumat vermədən gəlmişdim, gələn kimi ona zəng vurdum. Telefonu açdıqda, Gəncə şəhərində olduğunu bildirdi. Türkan həmin vaxt sərxoş vəziyyətdə idi. Mənə tibb bacısı ilə birlikdə olduğunu dedi. Ondan telefonu tibb bacısına verməyi tələb etdim. Amma bundan imtina etdi.

    Türkan mənə nalayiq ifadələr səsləndirməyə başladı. Yenidən zəng edərək, Gəncə şəhərinə gələcəyimi dedim, orada birlikdə gəzməyi təklif etdim.

    Yola düşdüm, Kürdəmirə çatanda Türkan artıq Bakıda evdə olduğunu bildirdi. Mən də geri qayıtdım, Nərimanov rayonunda yerləşən evə getdim. Türkan evdə idi, amma qapını açmırdı.

    Qapını açdıqda, vəziyyəti izah etdim, ona xəyanət etmədiyimi deyib and içdim. O da mənə inandığını bildirdi. Əvvəlki gün Gəncə şəhərində olub-olmadığını soruşdum. Əgər Gəncə şəhərində olmuşdusa, olduğu klinikanın rəhbəri ilə dəqiqləşdirəcəkdim. Türkan Gəncə şəhərində yox, başqa yerdə olduğunu bildirdi. Daha məsələni uzatmadım. Qızımı da götürərək bir az gəzdim və evə qayıtdım. Bu müddətdə aramızda heç bir problem olmadı”.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Türkan yenidən xadimə ilə söhbət olan videogörüntüləri göstərməyə başlayıb: “Mən də ona aldığım tətil biletləri barədə danışdım, artıq bu videogörüntüləri unutmalı, sadəcə tətil barədə düşünməli olduğunu söylədim, videogörüntüləri sildim. Türkan yenidən mənə qarşı nalayiq ifadələr işlətdi. Bir daha ona xəbərdarlıq etdim.

    Təxminən 1 həftə sonra yenidən aramızda mübahisə yarandı. Türkan nalayiq ifadələr səsləndirdi. Bu dəfə mənim valideynlərimin ünvanına nalayiq ifadələr səsləndirdi və bizi təhqir etdi. Əvvəlcə, qənd qabını onun üzərinə atdım. Daha sonra meyvə soyduğum bıçaqla vurdum.

    Hadisəni törətdiyim vaxt özümdə deyildim. Türkanı bıçaqla vurduqda dərhal qızım otağa daxil oldu. Ona “103” çağrı mərkəzinə və xalasına zəng etməsini bildirdim. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi. Onlar hadisə yerinə gec gəldilər. İki-üç dəfə onlara ünvanı izah etməli oldum.

    Mənim Türkanı öldürmək məqsədim olmayıb. Aramızda əvvəllər də mübahisələr olub. Mübahisələr qısqanclıq zəminində yaranıb. Üzərimdə olan bıçağı 2 il əvvəl almışdım və ondan meyvə soymaq üçün istifadə edirdim. Hadisəni törətdiyim anda huşumu itirdim, nə etdiyimi xatırlamıram. Hadisə baş verən vaxt qızım evdə, otağında idi. Onun qulağında böyük qulaqcıqlar var idi. Hadisə zamanı səs-küy olmadığı üçün o, hadisə yerinə gəlməyib və heç nə eşitməyib”.

    Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilib. Həmin ifadədən məlum olur ki, 6 may 2023-cü ildə bütün günü o, qızı Sibellə birlikdə evdə olub:

    “Saat 10-11 radələrində Türkan işə getdi. Təxminən saat 18 radələrində onu aparan taksi sürücüsü zəng edərək arvadımın telefonda bu gün bəlkə evə getməyəcəyini bildirdiyini dedi.

    Təxminən saat 20 radələrində arvadım evə gəldi, yeməyini yeyib, yorğun olduğuna görə yatmağa getdi. Bir necə saat yatdıqdan sonra oyandı. Qonaq otağında oturduğumuz vaxt Türkana belə hərəkətlərin bizə yaraşmadığını, mütəmadi mübahisə etməyimizin övladlarımıza ziyan vurduğunu, danışığına fikir verməli olduğunu dedim. O da Türkiyədə yaşamaq istəmədiyini, mənim Türkiyədə, özünün isə Azərbaycanda yaşayacağını söylədi. Bununla aramızda mübahisə bir az da gücləndi.

    Masadan şirniyyatı götürərək onun üzərinə atanda Türkan ayağa qalxaraq üstümə gəldi. Mən də yanımda olan dolabçadan alma soymaq üçün istifadə etdiyim bıçağı götürdüm və qorxutmaq məqsədilə üstünə getdim. Təxminən 3-4 dəfə bıçaqla onun qarın və sinə nahiyələrinə zərbə endirəndən sonra Türkan otaqdan çıxmaq üçün qapı tərəfə qaçdı. Səsimizə qızım Sibel öz otağından çıxdı və mənə yaxınlaşaraq “ata, eləmə” söylədi. Qızıma otağına keçməyi tapşırdım.

    Otaqdan çıxan zaman arxadan Türkanın böyrünə daha bir bıçaq zərbəsi endirdim. O, otaqdan çıxaraq yataq otağının qarşısında yerə yıxıldı. Onun qan içində olduğunu gördüm, qızım Sibelə dərhal dedim ki, təcili tibbi yardım çağır. Qızım “103” xidmətinə zəng etdi. Mən özüm ondan telefonu aldım, bu barədə məlumat verdim.

    Daha sonra öz telefonumdan dostum Ekrem Ökteme zəng etdim, evin həyətinə çıxdım. Polis əməkdaşları gələrək məni saxladılar, törətdiyim cinayəti etiraf etdim”.

    Məhkəmədə təqsirləndirilən şəxsin Türkanla birgə nikahından olan övladları da ifadə veriblər. Onlar atalarının xəyanətindən, Konyadakı evdə xadimə ilə uyğunsuz hərəkətlərindən danışıblar. Bildiriblər ki, ataları barışıqdan ötrü dəfələrlə analarını bıçaqla hədələyib.

    Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

  • Sabunçu rayonunda ödəmə terminalından oğurluq edənlər saxlanılıblar

    Sabunçu rayonunda yerləşən marketlərin birində quraşdırılan ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdaşda internet xətlərini kəsərək oğurlayan şəxslər saxlanılıblar

    Ağdaş rayonunda dəyəri 7 min manat olan internet xətləri kəsilərək naməlum şəraitdə oğurlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Teyfur Həsənov, Rəfi Cabbarov və Vahid Kərimov saxlanılıblar. Onlar oğurladıqları naqilləri mis halında əlvan metal qəbulu məntəqələrinə satıblar.

    Araşdırmalarla saxlanılanların rayon ərazisində iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.

    Keçirilən digər tədbir zamanı isə müştəri qismində mağazalara daxil olaraq oradan oğurluq edən, əvvəllər məhkum olunmuş Elvin Zamanlı da saxlanılıb. Onun ətraf rayonlarda da marketlərdən oğurluq etdiyi məlum olub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Продюсер Мири Юсифа прокомментировал информацию о шантаже в отношении певца – ФОТО (ОБНОВЛЕНО)

    Продюсер народного артиста Азербайджана Мири Юсифа, телеведущий Эмин Эфенди прояснил информацию об угрозах в адрес певца.

    Э.Эфенди написал об этом на своей странице в социальной сети.

    “Действительно, 19 января со мной произошел такой неприятный инцидент, и я немедленно обратился в соответствующие органы. Хочу отметить, что никаких финансовых выплат мы не производили. Мы просто предприняли необходимые шаги для решения вопроса в правовом порядке.

    В последнее время подобные киберпреступления стали обычным явлением, и, к сожалению, многие люди могут столкнуться с такой ситуацией. Это требует проведения более серьезной просветительской работы в нашей стране. Прошу публиковать любую информацию, использующую мое имя и имя Мири Юсифа, только после подтверждения с нашей стороны.

    Благодарю правоохранительные органы за оперативную реакцию и надеюсь на скорейшее разрешение вопроса”, – написал он.

    * * * * *

    Продюсер народного артиста Мири Юсифа, телеведущий Эмин Эфенди подвергся шантажу.

    19 января неизвестный отправил ему сообщение по WhatsApp с угрозой опубликовать видео с Мири Юсифом.


    Эфенди пришлось отдать вымогателю требуемые 1 000 манатов.

    По данному факту ведется расследование.
    //oxu.az

  • Miri Yusif videosu ilə şantaj olundu – Prodüserindən AÇIQLAMA – FOTO (YENİLƏNİB)

    Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi sənətçinin hədələnməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

    E.Əfəndi bu barədə sosial şəbəkə hesabında yazıb:

    “Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.

    Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir”.

    * * * * *

    Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi təhdid edilib.

    Yanvarın 19-u naməlum şəxs “WhatsApp” vasitəsilə teleaparıcıya mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib.

    O, bunu etməməsinin müqabilində 1000 manat pul tələb edərək alıb.

    Məsələ ilə bağlı araşdırma aparılır.
    //oxu.az

  • Пятимесячный младенец, от которого отказалась мать, скончался в больнице

    В Баку пятимесячный мальчик скончался от сифилиса.

    Как передает oxu.az, трагический инцидент произошел 18 января в больнице OMD, расположенной по адресу: улица Басти Багировой, 4, в Ясамальском районе столицы.

    Согласно информации, мать малыша Камилла Алекберова (2000 г.р.) отказалась от него.

    По данному факту проводится расследование.