Month: January 2025

  • Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib

    Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.

    Apa xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.

    Putin Trampın və onun komandasına daxil olan şəxslərin bəyanatlarından onların Rusiya ilə birbaşa əlaqələrin bərpa olunması arzusunu gördüklərini deyib.
    “Həmçinin, Trampın üçüncü dünya müharibəsinin başlanmasına imkan verməmək üçün hər şeyi etməyə hazır olması barədə bəyanatını eşitdik. Sözsüz ki, biz bu mövqeni alqışlayırıq”, – deyə o vurğulayıb.

    Putin onu da əlavə edib ki, ABŞ və Rusiya arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınaraq, bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.

    Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın bu gün andiçmə mərasimi keçiriləcək.

  • Kürdəmirdə 66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb

    Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

    Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayev yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək

    ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində Brüsseli İtaliyanın Baş naziri Corciya Meloni deyil, Avropa İttifaqının ABŞ-dəki səfiri təmsil edəcək.
     
    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu bildirib.
     
    “Aİ-nin ABŞ-dəki səfiri andiçmə mərasimində iştirak edəcək”, – deyə o, jurnalistlərin Meloninin andiçmə mərasimində Aİ-ni təmsil edə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.
     
    Trampın andiçmə mərasimi yanvarın 20-də yerli vaxtla günorta saatlarında baş tutacaq. Vaşinqtonda temperaturun mənfi 11 dərəcəyə düşəcəyi proqnozlaşdırıldığından Tramp və yeni vitse-prezident Ceyms Devid Vens andiçmə mərasimini əvvəllər planlaşdırıldığı kimi ABŞ Konqresinin binası qarşısında deyil, son 40 ildə ilk dəfə onun mərkəzi zalında keçirəcək ki, ora 1 000 nəfəri belə yerləşdirmək çətindir. Tədbir öncəsi Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Ağ Evə və Konqresə bitişik olan şəhər mərkəzinin çox hissəsi avtomobillərin hərəkəti üçün bağlıdır. Kapitoli təpəsi mühasirəyə alınıb, bir neçə gündür ora giriş geniş ictimaiyyət üçün yasaqdır.

  • Bakıda gənc ana itkin düşdü

    Bakı şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aya yaxındır ki, itkin düşüb.
     
    Median.Az xəbər verir ki, 2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-ü səhər saatlarında yaşadığı ünvandan ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib.
     
    Faktla bağlı polisə məlumat verilib.

    Qeyd edilir ki, 2 yaşlı körpəyə atası baxır. Qadını tapan şəxsə pul mükafatı veriləcəyi bildirilir.
     
    İtkin düşən şəxsi görənlərdən 070 431 33 39 nömrəsi ilə əlaqə saxlanılmasını vəya 34-cü polis bölməsinə məlumat vermələri xahiş edilir.

  • МИД Азербайджана: Арестованный в Иране Фарид Сафарли возвращен на родину

    18 января 2025 года в соответствии с поручением Президента Азербайджанской Республики (АР), гражданин АР Фарид Габиль оглу Сафарли, задержанный в Исламской Республике Иран в 2023 году, был передан иранской стороной и возвращен в нашу страну в рамках международного правового сотрудничества и взаимных процедур.

    Как передает Median.Az со ссылкой на пресс-службу Министерства иностранных дел Азерабайджана, после прохождения медицинского обследования Ф.Сафарли воссоединился со своей семьей.

    Отмечается, что необходимые меры по защите прав и интересов граждан республики за пределами страны будут продолжены и в дальнейшем.

  • İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli ölkəmizə qaytarılıb – RƏSMİ

    “Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Fərid Qabil oğlu Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb”.

    Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə mətbuat məlumatında deyilir.

    Qeyd olunur ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

    “Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”, – məlumatda deyilir.

  • ВС РФ взяли под контроль Новоегоровку и Шевченко

    Вооруженные силы РФ за прошедшие сутки заняли населенный пункт Новоегоровка в Луганской области.

    Об этом сообщили в Минобороны РФ.

    Кроме того, российские войска взяли под контроль населенный пункт Шевченко в Донецкой области, отметили в военном ведомстве.

  • Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb

    Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

    Qeyd edilir ki, “Qərb” qoşun qruplaşmasının bölmələri Luqansk vilayətində Novoyeqorovka yaşayış məntəqəsini tutublar.

    Bundan başqa, hərbi idarə bildirib ki, Rusiyanın “Mərkəz” qoşun qüvvələri Donetsk vilayətində Şevçenko yaşayış məntəqəsində nəzarəti ələ keçiriblər.

    Xatırladaq ki, bundan əvvəl vilayətin Vozdvijenka kəndi və Pesçanoye yaşayış məntəqəsi nəzarət altına alınmışdı.

  • Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

    Göygöl rayonunda qəbiristanlıqdan 4 ədəd mərmər gülqabı oğurlayan şəxs həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş B.H. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.

    Aparılan araşdırma zamanı B.H.-nın oğurluğu ötən ayın 27-də törətməsi məlum olub.

    B.H. izahatında bildirib ki, Yeni il ərəfəsində içki içib, pulu olmadığı üçün Göygöl rayon qəbiristanlığından oğurluq etmək qərarına gəlib. O, həmin gün içkili halda qəbiristanlıqdan 4 ədəd qara mərmər güldanı qopararaq sellofan paketə qoyub. Həmin güldanları sata bilmədiyi üçün yaşadığı evin həyətində saxlayıb.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs bir ay müddətinə inzibati tənbeh növündə həbs olunub.

  • Tofiq Musayevin çıxış edəcəyi yeni turnir bəlli olub

    Azərbaycanlı döyüşçü Tofiq Musayev “Global Fight League” ilə müqavilə imzalayıb.

    Bu barədə oxu.az-a açıqlama verən Tofiq Musayev bildirib ki, ilk döyüşünə aprel ayında çıxacaq.

    “Yeni liqa ilə müqavilə imzaladım. İlk döyüşüm aprel ayında olacaq. Müqavilə şərtlərini normalda menecerim danışır, amma böyük ehtimalla “Global Fight League” ilə müqavilə birillik müddətə imzalanıb”, – deyə T.Musayev bildirib.