Month: January 2025

  • На Кубе 20 января объявили днем траура

    Власти Кубы объявили понедельник, 20 января, днем траура в память о солдатах, погибших при взрыве боеприпасов в военном округе Ольгин.

    Об этом заявил в соцсети X президент Мигель Диас-Канель Бермудес.

    Несчастный случай на производстве военной техники произошел утром 7 января. По предварительным данным, причиной детонации боеприпасов послужило короткое замыкание.

    “Мы объявили официальный день траура с 6 утра до полуночи 20 января в память о храбрых бойцах, погибших на строительной площадке, где хранились военные материалы военного округа Ольгин”, – написал Бермудес.

  • Yanvarın 20-si Kubada matəm günü elan edildi

    Kubanın hakimiyyət orqanları Olqin hərbi dairəsində döyüş sursatı anbarının partlaması nəticəsində həlak olan hərbçilərin xatirəsinə yanvarın 20-ni matəm günü elan edib.

    Bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes “X” sosial şəbəkəsində məlumat verib.

    Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında hərbi texnika istehsalı müəssisəsində qəza baş verib. İlkin məlumatlara görə, sursatların partlamasına qısaqapanma səbəb olub. Hadisə nəticəsində 13 hərbçi həlak olub.

    “Olqin hərbi dairəsində hərbi materialların saxlandığı tikinti meydanında həlak olan igid əsgərlərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecəyarısına qədər rəsmi matəm günü elan etmişik”, – deyə Bermudes paylaşımda bildirib.

  • Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu

    Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi “Redinq Rokets” basketbol klubu FA ölkə kubokunun qalibi olub.

    “Redinq Rokets” finalda “Hemel Storm” klubuna qalib gəlib (108:83).

    Bu, Nuruzadənin komandası üçün 2013/14 mövsümündən sonra ilk tituldur.

    “Bu, çox gözəl hissdir, biz uzun müddətdir ki, bunun üçün çalışırıq. “Readinq Rockets” çox uğurlu klubdur və bəzən finallarda məğlub olsaq da, bu dəfə yaxşı çıxış etdik”, – deyə S.Nuruzadə bildirib.

    Qeyd edək ki, millinin sabiq çalışdırıcısının komandası ötən mövsüm İngiltərə Basketbol Liqasının (EBL) finalında “Hemel Storm”a uduzmuşdu.

  • Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir

    2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metro stansiyası tikiləcək, bununla da 4 kəsişmə stansiyası olacaq.

    Bunu bu gün 20 Yanvar metrostansiyasında jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

    O qeyd edib ki, bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir.

    “Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və “dar boğaz”ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb”, – deyə o bildirib.

    V.Alanov həmçinin əlavə edib ki, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir.

    “Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, Memar Əcəmi stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin kəsişməsi, digəri isə 28 May stansiyasında Qırmızı xətt ilə Yaşıl xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq. Bunlar metronun Nizami stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin, Sahil metrosunda Qırmızı xətt ilə Bənövşəyi xəttin, Xətai metrosunda Yaşıl xətt ilə Bənövşəyi xəttin və nəhayət, Həzi Aslanov stansiyasında Yaşıl xətlə Qırmızı xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərə daha çevik marşrutlarla hərəkət etməyə və sıxlığın azalmasına ciddi təsir göstərəcək”, – deyə o qeyd edib.

  • В Ханкенди и Ходжалы почтили память жертв 20 Января

    В городе Ханкенди и Ходжалинском районе почтили память шехидов 20 Января.

    В 12:00 память шехидов была почтена минутой молчания.

    Водители транспортных средств подали звуковые сигналы в память о жертвах кровавых январских событий.

  • Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

    20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib.

    Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqə ərzində dayandırılıb.

    Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.

  • Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib

    Özbəkistanın paytaxtı Daşkənddən Rusiyanın Kazan şəhərinə uçan “Red Wings” aviaşirkətinə məxsus sərnişin təyyarəsi PUA hücumları ilə əlaqədar aeroporta eniş edə bilməyib.

    Bu barədə Rusiyanın “Mediazona” portalı məlumat yayıb.

    Nəticədə təyyarə Samara şəhərinin aeroportuna eniş etmək məcburiyyətində qalıb.

    Qeyd edək ki, Tatarıstanın paytaxtı yanvarın 20-də səhər saatlarında kütləvi dron hücumuna məruz qalıb. Bununla əlaqədar Kazan hava limanı fəaliyyətini dayandırıb.

  • В Грузии “свиной грипп” унес жизни нескольких человек

    За последние две недели в Грузии от осложнений, вызванных вирусом “свиного гриппа” H1N1, скончались несколько человек, сообщает Median.Az со ссылкой на телеканал “Рустави 2”. Все они не были вакцинированы против сезонных вирусов гриппа и имели сопутствующие заболевания.

    Вирус H1N1, известный как “свиной грипп”, является подтипом вируса гриппа А и вызывает наиболее масштабные эпидемии. Тяжелая форма болезни характеризуется быстро прогрессирующей первичной вирусной пневмонией, которая, в отличие от бактериальной, не поддается лечению антибиотиками. “Это вирус, который может одновременно повредить несколько органов”, – предупреждает генеральный директор Первой университетской клиники Леван Ратиани.

    В Грузии ежедневно растет число заражений вирусом гриппа А, что привело к увеличению обращений в клиники. Больных госпитализируют в основном с высокой температурой, не поддающейся медикаментозному лечению. Врачи призывают пациентов не заниматься самолечением и как можно скорее обращаться за медицинской помощью, так как лечение “свиного гриппа” противовирусными препаратами эффективно только в первые 72 часа болезни.

    Особенно частыми стали случаи осложнений от вируса гриппа у детей. В группу риска входят дети до 2 лет и люди с хроническими заболеваниями. Подтвержденные случаи “свиного гриппа” составляют 52% пациентов детских отделений больниц, у большинства из них развилась пневмония.

    Лучшим способом профилактики осложнений от “свиного гриппа” и других сезонных вирусов врачи по-прежнему называют вакцинацию. Кроме того, с распространением вируса в Грузии вновь стали актуальны маски – главный атрибут пандемии COVID-19. Медики рекомендуют носить маски в местах скопления людей, соблюдать правила гигиены и избегать контактов при появлении симптомов.

    По прогнозам врачей, пик распространения вируса H1N1 в Грузии придется на конец января. Как отметил медицинский директор детской центральной больницы имени Иашвили Иване Чхаидзе, грипп – опасный вирус, ежегодно уносящий от 400 до 650 тысяч жизней во всем мире.

  • Gürcüstanda son bir neçə gündə “Donuz qripi”ndən ölüm halları qeydə alınıb

    Gürcüstanda son iki həftədə “Donuz qripi”ndən bir neçə nəfər ölüb.

    Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, xəstələrin ölüm səbəbi H1N1 virusunun meydana gətirdiyi fəsadlar olub.

    Bildirilir ki, ölən xəstələrin heç biri mövsümi viruslara qarşı peyvənd olunmayıblar.

    Məlumat üçün əlavə edək ki, “Donuz qripi” tənəffüs yollarının xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, virus “Donuz qripi” adlansa da, əslində müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. “Donuz qripi” virusuna adətən fermer təsərrüfatı ilə məşğul olan insanlar yoluxur. Virusun donuzdan-donuza və donuzdan-insana yoluxmasına daha çox rast gəlinir. Yoluxmuş insanın nəfəs alması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmaya səbəb olur.

  • Иран и Азербайджан подпишут новое соглашение

    22 и 23 января в Тегеране состоится 16-е заседание Комиссии по экономическому сотрудничеству между Ираном и Азербайджаном.

    Об этом сообщает Telegram-канал “Свободный Иран” со ссылкой на агентство Mehr.

    Министр дорог и градостроительства Ирана Фарзане Садек и вице-премьер Азербайджана Шахин Мустафаев проведут официальную встречу в Тегеране в качестве глав экономической комиссии. Ожидается, что стороны обсудят широкий круг экономических вопросов, включая транспорт, банковское дело, инвестиции, энергетику, сельское хозяйство, культуру и коммуникации.

    Кроме того, 23 января после подведения итогов всех обсуждаемых вопросов между министром дорог Ирана и вице-премьером Азербайджана будет подписан меморандум о взаимопонимании по сотрудничеству.