Month: January 2025

  • Elektron reseptə tam keçid niyə reallaşmır? – VİDEO

    Elektron resept sisteminə tam keçid prosesi ləng gedir. Həkimlər hələ də kağız reseptdən istifadə edirlər.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ötən ilin yanvar ayının 1-dən etibarən ölkədə reseptlərin elektron qaydada yazılması nəzərdə tutulmuşdu. Bu qərar xəstələrin məlumatlarının mərkəzləşdirilmiş sistemdə toplanmasını, reseptlərin düzgünlüyü və şəffaflığını təmin etməyi hədəfləyirdi. Lakin bir çox tibb müəssisələrində hələ də reseptlərin kağız formada verildiyi müşahidə edilir.

    Əksər apteklərə də ümumiyyətlə elektron qaydada resept təqdim edilməyib. Bəzilərində isə əksinə, belə müraciətlər artıb.

    Səhiyyə Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, tabeliklərində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə “Elektron resept” sistemindən istifadənin vacibliyi və “Elektron resept” sisteminə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Hər bir vətəndaş müalicəni təyin edən həkimdən “Elektron resept” yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə elektron resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidirlər. Elektron reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Həkimlər “Elektron resept” yazmaqdan, apteklər isə dərman vasitələrini bu resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Rəqəmsal Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar xətt” nömrələri ilə əlaqə saxlaya bilərlər.

    Ətraflı süjetdə:

  • Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir – VİDEO

    Son aylarda cəmi bir zənglə insanların kart hesabından pulların oğurlanması halları artmaqdadır. Görünən odur ki, bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanlar bəzən özləri də bilmədən belə dələduzların toruna düşürlər. Maraqlısı odur ki, bu şəxslər əsasən orta yaşlı nəslin nümayəndələrini daha çox tora sala bilirlər.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, müavinət və ya pensiya kartlarında olan son qəpikləri də həmin işbazların tələsi ilə əldən çıxır. Əsasən xaricdə müəyyən ünvanlarda bu üsulla cinayət törədənlər elə pulları da xarici hesablara köçürürlər.

    İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyir ki, belə şəxslərə qarşı qabaqcıl ölkələrdə xüsusi mübarizə üsulları var. Ekspert təklif edir ki, xüsusilə əməkhaqqı, müavinət və pensiya kartlarından xaricə pul köçürmələr dayandırılmalıdır.

    Ekspert deyir ki, zəng edən şəxsin kimliyindən, özünü necə təqdim etməyindən asılı olmayaraq, kart məlumatları sahibinin özündə saxlanmalıdır.

    Rəşad Əliyev bildirir ki, həmçinin banklar müştərilərini tora düşməmək üçün maarifləndirməli və bunun üçün xüsusi proqramlar hazırlamalıdır.

    Ekspertin sözlərinə görə, bu üsullar sosial mühəndislik adlanır. Mobil nömrələrlə zəng edib özlərini bank əməkdaşı kimi təqdim etmək də bu modellərdən biridir. Dələduzlar insanın psixoloji zəifliyini taparaq pul qopartmağa çalışırlar.

    Ətraflı süjetdə:

  • Мехрибан Алиева поделилась публикацией в связи с трагедией 20 Января – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей странице в Instagram публикацией в связи с трагедией 20 Января.

    Median.Az представляет данную публикацию:

  • Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

  • “Черный Январь”: 35 лет со дня трагедии в Баку

    Прошло 35 лет со дня трагических событий, произошедших 20 января в Баку.

    В Азербайджане этот день объявлен Днем всенародной скорби.

    В ночь с 19 на 20 января 1990 года по приказу генерального секретаря ЦК КПСС Михаила Горбачева в Баку и несколько районов Азербайджана были введены воинские подразделения Министерства обороны, Комитета государственной безопасности и Министерства внутренних дел СССР, которые зверски расстреливали мирное население из тяжелой техники и различных видов оружия.

    Захват Баку отрядами спецназа и большим контингентом внутренних войск советской армии сопровождался беспрецедентной жестокостью. До объявления о введении чрезвычайного положения военнослужащие безжалостно убили 82 и смертельно ранили 20 мирных граждан.

    В течение нескольких дней после объявления чрезвычайного положения в Баку был убит 21 человек, еще 8 – в районах и городах, где не было объявлено ЧП, а именно в Нефтчале и Лянкяране.

    В результате тех трагических событий 150 человек стали шехидами, 744 – получили ранения, 841 – был незаконно арестован.

    К январской трагедии 1990 года привела массовая депортация азербайджанцев с их исторических земель в Армении и попытки присоединения Карабаха к Республике Армения с 1987 года.

    Вместо того чтобы предотвратить эскалацию напряженности, советское руководство совершило чудовищное преступление против азербайджанского народа.

    29 марта 1994 года по инициативе общенационального лидера Гейдара Алиева Милли Меджлис Азербайджанской Республики принял специальное постановление в связи с трагедией 20 Января.

    Представители азербайджанского правительства, иностранные дипломаты и рядовые граждане традиционно в этот день посещают Аллею шехидов и чтят память похороненных здесь жертв трагедии “Черного Января”.

    Дипломатические миссии Азербайджана и азербайджанские общины в зарубежных странах также проводят посвященные этому событию мероприятия с целью привлечь внимание мировой общественности к трагической странице истории страны.

    20 января в 12:00 по бакинскому времени на всей территории республики минутой молчания будет почтена память шехидов в сопровождении гудков и сигналов машин, поездов и кораблей. В знак траура также будут приспущены государственные флаги Азербайджана.

  • 20 Yanvar faciəsindən 35 il keçir

    Azərbaycanda 1990-cı il yanvarın 20-də baş verən faciədən 35 il keçir.

    Bununla bağlı Azərbaycanda Ümumxalq Hüzn Günüdür.

    Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.

    Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar.

    Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha səkkiz nəfər qətlə yetirilib. Hadisələr nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

    1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının və Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Sovet rəhbərliyi isə artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

    Qeyd edək ki, 29 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

    Qeyd edək ki, hər il olduğu kimi, bu il də Azərbaycanın dövlət və hökumət dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər. Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

    Həmçinin, yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

    Allah şəhidlərimizə rəhmət eləsin!

  • В Баку 49-летний мужчина умер от радости

    Скоропостижно скончался 49-летний житель Баку Ниджат Аскеров.

    Как сообщает Median.Az со ссылкой на titul.az, мужчина перенес инфаркт.

    По словам родных, мужчина никогда не жаловался на здоровье.

    Как оказалось, за день до своей смерти Аскеров, имевший многолетнюю задолженность перед банком, полностью погасил свой кредит.

    Утверждается, что причиной инфаркта стали радость и волнение, которые он испытал от того, что смог, наконец, погасить крупный долг по кредиту.

  • Bakıda 49 yaşlı kişi sevincdən öldü

    Nicat Əsgərov adlı 49 yaşlı Bakı sakini qəfil vəfat edib.

    Median.Az Titul.az-a istinadən xəbər verir ki, onun vəfat etməsinə səbəb keçirdiyi infarkt olub.

    Yaxınlarının verdiyi məlumata görə, mərhum heç vaxt sağlamlığından şikayət etməyib.

    Məlum olub ki, illərdir banka xeyli borcu olan Nicat Əsgərov ölümündən bir gün qabaq kreditini tamamilə bağlayıb.

    İddia edilir ki, onun infarkt keçirməsinə səbəb külli miqdarda olan kredit borcunu bağlamasından dolayı keçirdiyi sevinc, həyəcan hissi olub.

  • Cənubi Koreya prezidenti həbsdə qaldı

    Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu fitnə-fəsad törətməkdə ittiham edərək haqqında həbs qətimkan tədbiri seçib.
    APA xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

    Məlumata görə yanvarın 15-də yerli vaxtla səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun Sok Yolu həbs edib.

    Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub.

    Məhkəmə işə şənbə günü yerli vaxtla saat 14:00-da başlayıb.

  • Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb

    Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrahimli küçələrinin kəsişməsində baş verib.

    Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Lətif Hüseynov idarə etdiyi avtomobillə kəsişmədə olan taksiyə çırpılıb.

    Daha sonra L. Hüseynova məxsus avtomobil telefon mağazına çırpılıb.

    Mağazada olan iki satıcı sınıq xəsarətləri alıb. Avtomobildə olan sürücü və sərnişin də ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.