Month: January 2025

  • Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular

    Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı ballistik raketlə İsrailin Təl-Əvivdəki Müdafiə Nazirliyinin binasına hücum edib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.

    “Raket qüvvələri işğal altında olan Yaffa bölgəsində (Təl-Əviv – red.) İsrailin Müdafiə Nazirliyinə məxsus binaya Zülfüqar ballistik raketi ilə zərbələr endirib”, – Səriya bildirib.

    Ordunun Mətbuat Xidməti qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi uğurla dəf edib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

  • Abşeronda qəza – ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı

    Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

    Median.Az  xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

    Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.

    Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.

    Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır. /APA

  • İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

    İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.

    Apa-nın İspaniya mediasına istinadən məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.

    Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.

    Məlumata görə, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Hadisənin səbəbi hazırda məlum deyil.

    İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü” deyib: “Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk”.
    İspaniya xizək

  • Илон Маск призвал мэра Лос-Анджелеса уйти в отставку

    Мэр Лос-Анджелеса Карен Басс ставит политику выше необходимости помочь людям на фоне бушующих в городе пожаров.

    Как передает report, об этом американский миллиардер Илон Маск написал в своем аккаунте в соцсети X.

    Таким образом предприниматель прокомментировал публикацию одного из пользователей о том, что Басс отказалась от возможной помощи в восстановлении связи в городе, поскольку “не была заинтересована в решении проблемы, если это связано с Маском”.
    Позднее бизнесмен написал, что Басс следует уйти в отставку.

    Издание Daily Mail сообщало, что менее чем за неделю до начала пожаров в городе Басс потребовала сократить бюджет пожарных на дополнительные $49 миллионов, что предполагало закрытие 16 пожарных станций.

    Напомним, что 7 января в Лос-Анджелесе начались мощные лесные пожары, первым пострадал прибрежный район Пасифик-Палисейдс, затем возникли еще несколько очагов возгорания. По мнению метеорологов, ситуацию усугубили сухая погода и ураганный ветер, способствовавший распространению огня, тушение также затруднило дефицит воды в пожарных гидрантах. Пожары затронули территорию площадью свыше 16 тыс. га, сгорели тысячи зданий, включая дома многих голливудских знаменитостей. Около 180 тысяч человек были вынуждены покинуть свои дома, 27 погибли, а еще 18 человек по-прежнему числятся пропавшими без вести. По предварительным данным, экономический ущерб оценивается в более чем $250 млрд.

  • İlon Mask Los-Anceles merini istefaya çağırıb

    Los-Anceles meriyası şəhərdə tüğyan edən yanğınlar fonunda insanlara kömək etmək əvəzinə, siyasəti ön plana çıxarıb.

    Report xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Maskın “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
    Maskın fikrincə, şəhər meri Karen Bass şəhərdə kommunikasiyaların bərpasında mümkün köməkdən imtina edib və buna görə də istefa verməlidir.

    “Daily Mail” qəzetinin məlumatına görə, şəhərdəki yanğınlar başlamazdan bir həftə əvvəl, Bass yanğınsöndürənlər üçün büdcəni 49 milyon dollar azaltmaq tələbini irəli sürmüşdü və bu, 16 yanğınsöndürmə stansiyasının bağlanmasını nəzərdə tuturdu.

    Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları başlayıb. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib, minlərlə bina, o cümlədən bir çox Hollivud ulduzlarının evləri yanıb. Təxminən 180 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, 27 nəfər həlak olub, 18 nəfər isə hələ də itkin düşmüş sayılır. İqtisadi zərər 250 milyard dolları keçib.

  • İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb

    Təl-Əvivin Levontin küçəsində bıçaqlı hücum olub.

    Apa xəbər verir ki, bu barədə “Jerusalem Post” İsrail polisinə istinadən məlumat yayıb.

    Hücum nəticəsində bir neçə nəfər yaralanıb.
    Polis hadisəni potensial terror aktı kimi araşdırır.
    “Ynet”in məlumatına görə, şübhəli şəxs İsrailə qanunsuz daxil olmuş 19 yaşlı Tulkarm sakini Salah Yahyadır.

  • 80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb

    Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi.

    Bu fikirləri apa-nın yerli bürosuna Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

    ”Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, “Kapital Bank”ın işçiləridir və dedilər ki, kartımın şifrəsini xakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda “Kapital Bank”a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, xakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar”, – Cəlil Əliyev vurğulayıb.
    O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: “80 509 manatı geri qaytardı. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm”.

    Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.

  • Эрдоган: Мы снова можем начать антитеррористические операции в Сирии

    Турция снова может начать антитеррористические операции в Сирии.

    Как сообщает report со ссылкой на Anadolu, очередное предупреждение террористам сделал президент Турции Реджеп Тайип Эрдоган во время выступления в провинции Мерсин.

    “Если террористы не прислушаются к нашим призывам, мы сами решим этот вопрос в результате наших эффективных операций. Теперь будущее региона будут определять его древние народы”, – сказал он.

    Турецкий лидер заявил, что столетняя игра в регионе нарушена: “В нашем регионе обеспечивается братство и стабильность”.
    По словам Эрдогана, официальная Анкара настаивает на предотвращении новых сценариев в Сирии.

    “В ближайшем будущем мы предпримем шаги для полного прекращения существования террористической организации YPG, которая оккупировала треть Сирии”, – отметил он.

  • Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.

    Report “Anadolu”ya istinadən xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.

    “Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, – o bildirib.

    Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”.
    Prezidentin sözlərinə görə, rəsmi Ankara Suriyada yeni ssenarilərin qarşısını almaqda israrlıdır: “Yaxın gələcəkdə Suriyada üçdəbir hissəsini işğal edən YPG terror təşkilatının mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.

  • Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır

    Azərbaycan bizim üçün vacib tərəfdaş, qonşu ölkədir, bizim aramızda dostluq əlaqələri var.

    Report-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

    “Bu dostluq əlaqələri, xalqlarımız arasındakı münasibətlərə, dostluğa əsaslanır. İki ölkənin ortaq maraqları, əlbəttə, bölgənin rifahına və bölgənin rolunun daha yaxşı təqdim olunmasına yönəlməlidir ki, hər iki ölkə öz maraqlarını beynəlxalq arenada düzgün şəkildə təqdim edə bilsin”, – M.Boçorişvili bildirib.

    O, qeyd edib ki, Azərbaycanda yüksək səviyyədə, vacib görüşlər keçirilib.

    “Bizim üçün önəmli idi ki, seçkilərdən sonra, yeni hökumət şəraitində, Gürcüstanın Baş naziri ilk səfərini qonşu ölkələrə etsin. Tura Azərbaycandan başladıq”, – Gürcüstanın XİN rəhbəri vurğulayıb.