Month: January 2025

  • Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu

    Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

    Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.

    Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.

    Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Опубликованы кадры ДТП в Имишли, в результате которого погибли двое детей (ВИДЕО)

    Министерство внутренних дел опубликовало видео дорожно-транспортного происшествия в Имишли, в результате которого погибли двое детей, еще несколько человек пострадали.

    На кадрах видно, как автомобиль Mercedes создал аварийную ситуацию, выехав перед движущимся служебным автомобилем.

  • DİN İmişlidəki qəzadan daha bir video yaydı (VİDEO)

    Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən daha bir video yayıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edir.

  • Скончался руководитель Azersun Holding Абдолбари Гозал

    Скончался известный бизнесмен, руководитель Azersun Holding Абдолбари Гозал.

    Об этом сообщает Median.Az со ссылкой на АПА.

    Согласно информации, известный бизнесмен ушел из жизни час назад в Дубае после продолжительной болезни.

  • “Azersun Holdinq”in rəhbəri Abdolbari Gozal VƏFAT ETDİ

    Tanınmış iş adamı, “Azersun Holdinq” şirkətinin rəhbəri Abdolbari Gozal vəfat edib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, tanınmış iş adamı bir saat öncə Dubayda xəstəlikdən dünyasını dəyişib.

  • Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ – FOTO

    Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

    Bu barədə Median.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

    DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.

    Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


  • ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

    ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər.

    “Report”in ABŞ bürosu xəbər verir ki, 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib.

    Konqres üzvü 20 Yanvar gecəsində minlərlə sovet hərbçisinin paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar, qadınlar da daxil olmaqla günahsız insanlara, dinc etirazçılara atəş açdığını, nəticədə 147 nəfərin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını, yüzlərlə etirazçının həbsini, bir neçə nəfərinsə itkin düşdüyünü bildirib.

    Bəyanatda həmçinin, “Human Rights Watch”ın “Azərbaycanda Qara Yanvar” adlı hesabatına istinad edilərək, Bakıya hücum zamanı insan haqlarının ən amansız şəkildə pozulması, tibb işçilərinə, təcili yardım maşınlarına və hətta xəstəxanalara çoxsaylı hücumların olduğu bildirilib. Konqresmen qurbanların ailələrinə başsağlığını ifadə edib.

    Bununla yanaşı, bəyanatda ABŞ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələrin qurulduğu qeyd edilib. Eyni zamanda ABŞ və Azərbaycanın hələ də strateji müttəfiq olduğu, dünyada ortaq maraqları bölüşdükləri vurğulanıb.

    S.Kohen İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycan xalqının müstəqillik yolunda canlarını qurban verən vətəndaşlarını tanımağa və bir çox azərbaycanlıların həyatlarını qurban verdikləri demokratik dəyərlərə sadiq qalmağa dair çağırış edib.

    20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt da bəyanatında dost və tərəfdaş olan Azərbaycan Respublikasında Qara Yanvarın 35-ci ildönümünün anıldığını bildirib. Konqres üzvü həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcını, XX əsrin çox hissəsində davam edən işğalı simvollaşdırdığını, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı ilin 19 yanvarında Azərbaycanın paytaxtı Bakıda SSRİ qoşunları tərəfindən 100-dən çox azərbaycanlı etirazçının öldürülməsi, yüzlərlə insanın yaralanmasını, zorakılıqların baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 18 oktyabr 1991-ci ildə müstəqillik qazanana qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.

    R.Aderholt bəyanatda həmkarlarından, Azərbaycanda Qara Yanvar hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin, ABŞ-nin Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini vurğulayıb.

  • Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı

    Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rəşad İsmayılovun anket məlumatları dəqiqləşdirilib.

    Prokuror işin baxışa verilməsini təklif edib.

    Bu məqamda təqsirləndirilən şəxs bildirib ki, o, ittiham aktını oxumayıb və ona görə də, ona qarşı irəli sürülən ittihamla tanış olmaq istəyir.

    Məhkəmə bu səbəbdən fevralın 3-dək təxirə salınıb.

    Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Türkan qəsəbəsində baş verib.

    Belə ki, Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.

    Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

  • Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir…

    Məlum olduğu kimi, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.

    Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir.

    Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb.

    Modern.az mövzunun aktuallığını nəzərə alaraq meymunçiçəyi ilə bağlı faktları təqdim edir.

    Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq “Monkeypox” virusu adı verilib.

    İlkin simptomlara hərarət, baş ağrısı, şişlik, bel və əzələ ağrıları daxildir.

    Qızdırma azaldıqdan sonra adətən üzdən başlayaraq bədənin digər hissələrinə, daha çox ovuclara və ayaq altlarına yayılan səpgilər əmələ gələ bilər. Həddindən artıq qaşınma və ya ağrılı ola bilən səpgilər dəyişib müxtəlif mərhələlərdən keçə bilir və nəticədə qabıq əmələ gətirir və tökülür. Bəzən səpgilər dəridə izlər buraxa bilər.

    İnfeksiya adətən öz-özünə yox olur və təxminən 14-21 gün çəkir. Ağır hallarda lezyonlar bütün bədənə, xüsusən də ağız, göz və cinsiyyət orqanlarına yayıla bilər. Yoluxmuş şəxslə sıx təmasda olduqdan sonra insandan insana keçir. Buna cinsi əlaqə, dəri təması, yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaq daxildir.

    Virus açıq yaralar, tənəffüs yolları və göz, burun və ya ağız vasitəsilə də ötürülə bilər. Xəstəlik həmçinin virusa yoluxmuş yataq dəstləri, paltar və dəsmal kimi əşyalara toxunmaqla da yayıla bilər. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq başqa bir təhlükədir.

    2022-ci ildə pandemiya zamanı virus daha çox cinsi əlaqə yolu ilə yayılıb. Konqo Demokratik Respublikasında da mövcud epidemiya həm də cinsi əlaqədən qaynaqlanır.

    Əksər hallarda cinsi baxımdan aktiv olan insanlarda və kişilərlə cinsi əlaqədə olan kişilərdə rast gəlinir.

    Çoxlu partnyorları və ya yeni cinsi partnyorları olan insanlar da risk altında ola bilər. Lakin həm də simptomları olan biri ilə yaxın təmasda olan hər kəs, o cümlədən tibb işçiləri və ailə üzvləri virusa yoluxa bilər. Virusa yoluxmuş şəxslərlə yaxın təmasdan qaçmaq və virusun olduğu yerlərdə əllərini tez-tez yumaq tövsiyə olunur. Meymunçiçəyi xəstəliyi olan insanlar bədənlərindəki səpgilər yox olana qədər özlərini təcrid etməlidirlər.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) deyir ki, sağaldıqdan sonra 12 həftə ərzində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Çiçək xəstəliyində istifadə edilən müalicə üsulları da meymunçiçəyi üçün faydalı ola bilər, lakin onların nə dərəcədə effektiv olduğu hələ kifayət qədər məlum deyil. Epidemiya infeksiyaların qarşısını almaqla idarə oluna bilər. Bu peyvənd vasitəsilə edilə bilər.

    Hazırda meymunçiçəyi üçün 3 peyvənd mövcuddur, lakin onlar yalnız risk altında olan və ya yoluxmuş şəxslə yaxın təmasda olanlara vurulur. ÜST geniş yayılmış peyvənd proqramını tövsiyə etmir. Yeni variantlarına qarşı peyvəndlərin nə qədər qorunma təmin etdiyini anlamaq üçün əlavə sınaqlara ehtiyac var.

    ÜST bu yaxınlarda əczaçılıq istehsalçılarından peyvəndlərin hələ təsdiq edilməməsinə baxmayaraq, ehtiyac duyulan ölkələrdə təcili istifadə üçün əlçatan olmasını istəyib.

  • 133 yaşlı tarixi məktəbin son halı – Burada kimlər təhsil alıblar? (VİDEO)

    Azərbaycanın ilk təhsil ocaqlarından olan Əxtər baxımsız vəziyyətdədir. Bu məktəb 1892-ci ildə Ordubad şəhərinin mərkəzində görkəmli maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqi tərəfindən yaradılıb. Məktəbdə dərslər ana dilində aparılırdı.

    Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov və yazıçı Məmməd Səid Ordubadi ibtidai təhsillərini bu məktəbdə alıblar.

    Dosent Nurlana Əliyeva bildirib ki, milli məktəb kimi fəaliyyətə başlayan Əxtər 1896-cı ilə qədər fəaliyyətini davam etdirib:

    “Həmin ildən sonra məktəb Rus-Azərbaycan məktəbinə çevrilib. İki il Məhəmməd Tağı Sidqi məktəbə rəhbərlik edib. Bura xalqın maddi vəsaiti hesabına dolanırdı. Məktəbdə varlı uşaqları üç manat ödəyərdilər, kasıb balaları isə pul ödəməzdilər”.

    Qeyd edək ki, sözügedən bina uzun illər müxtəlif təyinatlar üzrə istifadə edilib. Hazırda isə tikili yararsız vəziyyətdədir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib ki, tarixi binanın yaxın gələcəkdə bərpası nəzərdə tutulur.

    Ətraflı Baku TV-nin süjetində: