Month: January 2025

  • Metroda səs-küy salan şəxs həbs edildi

    Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, metronun “İnşaatçılar” stansiyasında vaqonda olarkən qışqıraraq insanları narahat edən şəxs saxlanılıb.

    Vaqondan düşürülən şəxs ərazi üzrə polis şöbəsinə aparılıb. Onun Tərtərin Kəbirli kənd sakini, Bakının Xəzər rayonunda yaşayan 1985-ci il təvəllüdlü T.Yusifov (şərti) olması müəyyən edilib.

    Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxs Yasamal Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə T.Yusifova 30 sutka inzibati həbs cəzası verilib.

  • В Ясамальском районе предотвращена продажа непригодного к потреблению мяса

    На основании обращения граждан, проживающих на улице Мухаммеда Хиябани в Ясамальском районе Баку, в связи с антисанитарией, возникшей на данной территории из-за сливания крови забитых животных, инспекторы Агентства продовольственной безопасности Азербайджана совместно с сотрудниками Исполнительной власти (ИВ) района и полиции незамедлительно провели рейд по указанному адресу.

    Выяснилось, что во дворе частного дома, принадлежащего физическому лицу Ровшану Вели оглу Джумшудову, содержался крупнорогатый скот, производился убой животных без соблюдения норм и правил в целях незаконной реализации мяса в условиях, не соответствующих ветеринарно-санитарным и санитарно-гигиеническим требованиям.

    В результате принятых совместных мер незаконная деятельность была пресечена. Кроме того, представители органов ИВ демонтировали незаконно установленное, не соответствующие требованиям безопасности пищевой продукции оборудование для убоя животных.

    Также в ходе рейда было обнаружено 100 кг не прошедшего ветеринарную экспертизу, не пригодного к потреблению мяса неизвестного происхождения, предотвращена его реализация. Взятые образцы были отправлены для исследования в соответствующую лабораторию.

    В соответствии с законодательством были приняты административные меры.

    Расследование по данному факту продолжается.

    Отметим, что некоторое время назад жители улицы М.Хиябани Ясамальского района обратились в соответствующие структуры по поводу сливания на улицу крови забитых животных.

  • Yasamalda istehlaka yararsız ətin satışının QARŞISI ALINDI

    Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qanunsuz olaraq kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı ərazidə yaşayan sakinlərin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Yasamal Rayon İcra hakimiyyəti və Polis orqanlarının əməkdaşları ilə birlikdə dərhal həmin ünvanda reyd keçiriliblər.

    Qeyd olunan ünvanında fiziki şəxs Rövşən Vəli oğlu Cümşüdova məxsus fərdi yaşayış evinin həyətində iribuynuzlu heyvanların saxlanıldığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə qanunsuz ət satışı məqsədi ilə heç bir norma və qayda gözlənilmədən heyvanların kəsildiyi aşkar edilib.

    Birgə tədbirlər nəticəsində qanunsuz fəaliyyətin qarşısı alınıb. O cümlədən qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

    Həmçinin reyd zamanı baytarlıq ekspertizasından keçməmiş mənşəyi məlum olmayan 100 kiloqram istehlaka yararsız ət aşkarlanıb və satışının qarşısı alınıb. Müayinələrinin aparılması üçün nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim edilib.

    Qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yaşayan sakinlər qəssabxanada kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı müvafiq qurumlara müraciət etmişdilər.

  • В Шекинском районе повесился 30-летний мужчина

    В Шекинском районе произошло самоубийство.

    Житель села Чайгарагоюнлу Сархан Байрамов (1995 г.р.) повесился на расположенной в селе Баш-Гёйнюк ферме, где проживал.

    По данному факту ведется расследование.

  • Şəkidə fermada ölüm: Gənc özünü asdı

    Şəkidə intihar hadisəsi baş verib.

    Şəki rayonu Çayqaraqoyunlu kənd sakini – 1995-ci il təvəllüdlü Sərxan Oruc oğlu Bayramov intihar edib.

    Məlumata görə, o, rayonun Baş Göynük kəndi ərazisində yaşadığı fermada özünü asıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər həbs edildi

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb. Həmin şəxsdən isə satış məqsədilə əldə etdiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

  • Gənc oğlan anasıyla yaşayan qızı şantaj etdi, minlərlə manat pulunu aldı

    Bakıda 2003-cü il təvəllüdlü Cəlilabad rayon sakini İntiqam sosial şəbəkədə tanış olduğu Ləmanı (adlar şərti verilib – red.) şantaj edib, həmçinin dələduzluq edib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, İntiqam sosial şəbəkədə yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü Ləmanla tanış olub. Ona sevdiyini deyib, atasının ticarətlə məşğul olan iş adamı kimi təqdim edib. Tezliklə qaytaracağına dair yalan vəd verərək 20 aprel 2023-cü ildə Xətai rayonunda Ləmandan anasına məxsus 1 000 manat pulu alıb və şəxsi ehtiyaclarına sərf edib.

    Bundan sonra yenidən Ləmanı aldadaraq aprelin 23-də onun anasına məxsus 3 000 ABŞ dolları, 1 500 manat, ümumilikdə 81 523 manat məbləğində qızıl ziynət əşyalarını ələ keçirib.

    İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ləmanla sosial şəbəkə vasitəsi ilə tanış olub, təşəbbüskar da Ləmanın özü olub: “Bir müddət yazışdıqdan sonra görüşdük. Görüş zamanı Ləman artıq 18 yaşının olduğunu dedi. Biz bir-birimizi sevdik.

    Ləman mənim iş qurmaq üçün pula ehtiyacım olduğunu bildi. Özü mənə evdən 1 000 manat pul gətirərək iş qurmaq üçün verdi. Münasibətlərimiz davam etdi, daha yaxın olduq.

    Ləman bildirdi ki, gələcəkdə ailə quracağımızı nəzərə alaraq nənəsindən ona miras qalmış qızılları mənə vermək istəyir. Mən də buna etiraz etmədim. O, özü məni yaşadığı evin qarşısına dəvət edərək torbanın içində olan, dediyinə görə, nənəsindən qalmış qızıl-zinət əşyalarını mənə verdi. Bu əşyaları evimə apardıqda anam bunu bildi. Məndən qızılları kimdən və haradan aldığımı soruşdu. Mən də anamı Ləmanla telefonla danışdırdım. Ləman anama təsdiq etdi ki, həmin qızılları o, özü mənə verib.

    Mən Ləmana qarşı dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayəti törətməmişəm. Onun evindən heç nə oğurlamamışam. Ləman qızılları və pulu özü könüllü mənə verib. Səbəbi isə aramızda olan sevgi münasibətləri olub.

    Qızılları lombarda və kredit evinə qaytarmaq şərti ilə verərək pul almışam. Pulun bir hissəsini qurduğum işə, yəni 8-ci kilometr bazarında ayaqqabı satışı üçün sərf etmişəm”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, anası Lətifə ilə eyni ünvanda yaşayır, valideynləri boşanıb, qardaşı və bacısı yoxdur:

    “Anam hadisədən qabaq mənə istifadə etmək üçün “Samsung” markalı telefonu vermişdi. Sonra əsəbiləşərək telefonu aldı və sadə telefon verdi. Onunla heç bir sosial şəbəkəyə girmək mümkün deyildi. “İnstagram” sosial şəbəkəsində səhifəm vardı. Səhifəni “Samsung” telefonum olanda işlədirdim.

    O zaman, hadisədən təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində “İntiqam._.666” adlı istifadəçi ilə tanış oldum. Onunla mesajlaşmağa başladıq. İntiqam mənə “İntiqam._.666” və “Əhmədli” adlı profillərdən yazırdı. Bir-birimizlə hal əhval tuturduq. İntiqamla bir ay müddətində mesajlaşmışıq”.

    Zərərçəkmiş qeyd edib ki, aprelin 17-də İntiqamın təklifi ilə təhsil aldığı liseyin qarşısında görüşüblər: “On dəqiqə liseyin ətrafında gəzişdik. Bir-birimizlə daha yaxından tanış olduq. Ona valideynlərim və özüm haqqında məlumat verdim. İntiqam da özü haqqında danışdı”.

    Ləmanın sözlərinə görə, İntiqamla aprelin 20-də növbəti dəfə yaşadığı evin binasının qarşısında görüşüb: “Bu zaman İntiqam bildirdi ki, 8-ci kilometr bazarında ayaqqabı mağazası açır, ona qaytarmaq şərti ilə 1 000 manat pul lazımdır. Mən heç nə demədim. İntiqam yalvararaq 1 000 manat pul tapmağımı xahiş etdi. Ona rəhmim gəldi və qaytaracağını fikirləşərək evdə olan seyfdən 1 000 manat pul götürdüm, yaşadığım binanın yaxınlığında görüşərək pulu ona verdim. İntiqam da tezliklə pulu qaytaracağına söz verdi”.

    Ləman qeyd edib ki, aprelin 23-də İntiqamla yaşadığı binanın içərisində görüşüb: “Bildirdi ki, yenə ona 1 000 manat pul lazımdır. Ona artıq pul olmadığını dedim. Bundan sonra İntiqam 1 000 manat pulu vermədiyim halda aramızda olan bütün münasibətlərini anama deyəcəyini, guya özünün mənim əlimdən tutduğunu, kənardan dostunun telefonla çəkdiyi şəkli də anama verəcəyi ilə hədələdi.

    İntiqama pulu anamdan xəbərsiz verdiyimi bildirdim, xahiş etdim ki, heç kimə deməsin. O, daha da aqressivləşdi. Bildirdi ki, anama mənimlə olan münasibəti də deyəcək, yazdığım mesajları da göstərəcək. Səsimi qeyd etdiyini söylədi, əlimdən tutan zaman çəkilən fotoşəklimi anama göstərəcəyi ilə hədələdi. Bunları internet sosial şəbəkəsində yayaraq rüsvay edəcəyi ilə şantaj etdi.

    Bunları etməməsi üçün İntiqam məndən pul və qızıl-zinət əşyaları tələb etdi. Ondan qorxaraq razılaşdım və bildirdim ki, nə istəyirsən, edəcəyəm. Qorxdum ki, İntiqam anama və təhsil aldığım liseyə mənim haqqımda danışar. O cümlədən, sosial şəbəkədə mesajlarımı və səslərimi yayar, sinif yoldaşlarım və müəllimlərim bunları görə bilər.

    Bundan sonra İntiqama küçədə gözləməyi tapşırıb evə getdim. Siyirmədən seyfin açarını götürdüm, seyfi açaraq oradan anama məxsus sellofanda olan təxminən çəkisi 1 kiloqrama yaxın müxtəlif qızıl-zinət əşyalarını, 3 000 ABŞ dollarını, 1 500 manat pulu, daha sonra 15 000 ABŞ dollarını götürdüm. 15 000 dolları evdə olan divanın altında gizlətdim ki, İntiqam yenidən pul tələb etdikdə danışmaması üçün ona verərəm”.

    Ləman qeyd edib ki, götürdüyü qızılları, 1 500 manat və 3 000 ABŞ dollarını İntiqama verib: “Xahiş etdim ki, bir daha məni narahat etməsin. O da söz verdi ki, daha məni narahat etməyəcək, mesajlarımı və səslərimi telefondan siləcək.

    Lakin İntiqam məndən əl çəkməyərək mütəmadi zəng etdi. Ondan xahiş edərək bildirdim ki, anam seyfi açıb baxdıqda pulların və qızılların yerində olmadığını biləcək, məni cəzalandıracaq.

    İntiqam məni öyrətdi ki, qapını açıq qoyum, anama zəng edərək guya kimlərinsə evə girib, pulları və qızılları oğurladığını xəbər verim. Onun dediyi kimi etdim. Mayın 17-də anam işdə olduğu vaxt ona zəng edərək evin qapısının açıq olduğunu, seyfin içərisinin boşaldığını dedim.

    Anam heç bir yerə əlini vurmamağımı, həyətə düşməyimi və binanın mühafizəçisinin yanında gözləməyimi tapşırdı. 15 000 ABŞ dollarını divanın altında çıxardım və üzərimə qoyaraq mühafizəçinin yanına getdim, orada gözlədim. Bir neçə dəqiqə sonra həyətə polis əməkdaşları gəldi, məni sorğu-sual etdilər. Sonda mən oğurluq olmadığını, pul və qızılları İntiqama verdiyimi etiraf etdim.

    Qeyd etmək istəyirəm ki, İntiqamın valideynləri mən liseydən çıxanda qarşımı kəsdilər, İntiqamdan şikayət etməməyimi tələb etdilər”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 5 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlandı (RƏSMİ)

    22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

    Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında deyilir.

    Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

    Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

    Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.

    Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

    Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.

  • Водители микроавтобусов известной компании жалуются на невыплату заработной платы – ВИДЕО

    Группа водителей микроавтобусов, работающих по контракту с компанией Caspian Engineering Solutions, уже два месяца не получает положенную им заработную плату.

    Об этом сообщает Median.Az со ссылкой на Xəzər Xəbər.

    Водители утверждают, что работодатель не выплачивает оговоренную в контракте сумму и продолжает накапливать долги. По их словам, они ежедневно доставляют рабочих компании на предприятия и развозят их по домам вечером, но вот уже второй месяц вынуждены заправлять автобусы за свой счет, не получая никаких выплат.

    В ответ на жалобы руководитель департамента компании Рауф Гусейнов заявил, что водители не являются штатными сотрудниками фирмы. Он пояснил, что компания заключила с ними договор на оказание транспортных услуг.

    Подробнее – в видеоматериале:

  • Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir – VİDEO

    Bir qrup sürücü müqavilə bağladıqları şirkətdən iki aydır maaş almadıqlarını iddia edir. Onların sözlərinə görə, müqavilədə qeyd olunan xidmət haqqı onlara ödənilmir, məsul şirkət isə gün-gündən borcunu artırır.

    Median.Az-ın “Xəzər Xəbər”ə istinadla məlumatına görə, söhbət yüksək maaş qarşılığında “Caspian Engineering Solutions” MMC şirkəti ilə müqavilə bağlayaraq fəhlələri səhər işə, axşam isə evlərinə daşıyan mikroavtobus sürücülərindən gedir.

    Sürücülər bildirirlər ki, iki aydır öz hesablarına benzin alırlar, amma maaşdan hələ də xəbər yoxdur.

    Məsələ ilə bağlı şirkətin departament rəhbəri Rauf Hüseynov qeyd edib ki, şikayət edən sürücülər onların işçiləri deyil, onlarla müqavilə bağlayıb xidmət alırlar.

    Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik: