Month: January 2025

  • Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib

    Mingəçevir şəhərində iki məktəb direktoru vəzifəsindən azad edilib.

    “Report”un Qərb bürosunun məlumatına görə, şəhərdəki 3 nömrəli məktəbin direktoru Gültəkin Quliyeva və digər 9 nömrəli məktəbin direktoru Fərqanə Niyazova tutduqları vəzifədən çıxarılıb.

    Qeyd edək ki, G.Quluyeva çalışmanın yaş həddinə görə, F.Niyazova isə onunla bağlanmş müqaviləsinin başa çatması səbəbdən işdən azad olunub.

  • Араик Арутюнян: Я сожалею и прошу прощения за заявление о ракетном обстреле Гянджи

    “Президент нагорно-карабахской республики” Араик Арутюнян выступил с заявлением на суде над лицами, обвиняемыми в совершении многочисленных преступлений в результате военной агрессии Армении.

    Как передает Median.Az со ссылкой на Report, он заявил, что сожалеет о заявлении по поводу ракетного обстрела Гянджи, которое было озвучено им во время 44-дневной войны.

    “Азербайджанский народ считает, что этот приказ (нанести удар по Гяндже – ред.) отдал я. Это решение было принято не мной. Да, у меня было заявление по этому поводу. Сейчас я сожалею об этом заявлении и приношу извинения. У меня не было такого права, таких полномочий и даже возможности высказывать мнение. Почему я сделал это заявление тогда, я объяснил в своих показаниях во время следствия”, – добавил Араик Арутюнян.

    Отметим, что 17 января начался открытый судебный процесс по уголовному делу, связанному с преступлениями против мира и человечности, военными преступлениями, совершенными армянским государством и его вооруженными силами против Азербайджана и азербайджанского народа, в том числе незаконными вооруженными формированиями, созданными Арменией на оккупированных территориях Азербайджана, в частности, в так называемой “нагорно-карабахской республике”.

    Напомним, на основании собранных достоверных доказательств по 2 548 эпизодам преступлений, совершенных вооруженными силами Республики Армения и незаконными вооруженными формированиями, 15 человек – Аркадий Аршавири (Аршавирович) Гукасян, Араик Владимири (Владимирович) Арутюнян, Бако Сааки Саакян, Давид Рубени Ишханян, Давид Клими (Климович) Бабаян, Лева Генрихи Мнацаканян, Давид Азати Манукян, Гарик Григори Мартиросян, Меликсет Владимири Пашаян, Давид Нельсони Аллахвердян, Гурген Гомероси Степанян, Левон Ромики Балаян, Мадат Аракели Бабаян, Василий Ивани Бегларян и Эрик Роберти Газарян были привлечены в качестве обвиняемых по статьям 100 (планирование, подготовка, развязывание и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное перемещение населения), 109 (преследование), 110 (насильственное исчезновение людей), 112 (незаконное лишение свободы вопреки нормам международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженного конфликта), 118 (мародерство), 120 (умышленное убийство), 192 (незаконное предпринимательство), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества/организации), 228 (незаконное приобретение, передача, продажа, хранение, перевозка или ношение оружия, его комплектующих частей, боеприпасов, взрывчатых веществ и устройств), 270-1 (действия, создающие угрозу авиационной безопасности), 277 (посягательство на жизнь государственного или общественного деятеля), 278 (насильственный захват власти и насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований и групп) и другим статьям Уголовного кодекса Азербайджанской Республики за периоды их участия в преступном сообществе.

  • Araik Harutyunyan məhkəmədə üzr istədi

    “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Harutyunyan Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsində bəyanatla çıxış edib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, o, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı bəyanatının olduğunu və buna görə təəssüfləndiyini bildirib.

    “Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfimdən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”, – Araik Harutyunyan əlavə edib.

    Qeyd edək ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi keçirilib.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Cahangir Əsgərovun xanımı vəfat etdi

    “Azərbaycan Hava Yolları” QSC-nin sabiq prezidenti Cahangir Əsgərova ağır itki üz verib.

    C.Əsgərovun həyat yoldaşı, “Gazelli Group”un təsisçisi və prezidenti Zərifə Həmzəyeva vəfat edib.

    Qeyd edək ki, Z. Həmzəyeva “Premium Bank” ASC-nin əsas səhmdarı idi.

  • Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib

    Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyana cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin inzibati binasında keçirilən məhkəmənin hazırlıq iclasında R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi vəsatət verib.

    Vəsatət cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.

    Dövlət ittihamını müdafiə edən prokuror cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.

    İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

    Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.

    Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

  • Vardanyan, Arayik… – Məhkəmədən FOTOLAR

    Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.

    Bu proses, ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət edəcək.

    Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin edilib.

    Əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilməklə, təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib.

    Sonra iş üzrə təqsirləndirilən şəxslərin müdafiəçiləri elan olunub. Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

    Bildirilib ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

    Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub.

    Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib.

    Sonra məhkəmədə fasilə elan olunub.

    Fasilədən sonra A.Harutyunyan məhkəməyə müraciət edərək çıxış etmək istədiyini deyib. Hakim ona söz verib.

    A.Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir: “Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

    Daha sonda məhkəmə prosesi yanvarın 21-dək təxirə salınıb.

    Qeyd edək ki, zərərçəkmiş şəxslərin, onların nümayəndələrinin və hüquqi varislərinin iştirak etdikləri məhkəmə iclas zalında 350-dən çox şəxs olub.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

    ***

    Daha sonra Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

    Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.

    Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

    Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.

    R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi iki vəsatət verib.

    Onlardan biri R.Vardanyan barəsində cinayət işinin Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması, digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.

    Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.

    Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət təmin olunmayıb.

    İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

    Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.

    Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.















  • Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ

    Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

    Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

    Proses 23 yanvar tarixinədək təxirə salınıb.

    Qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

    Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

  • KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb

    Vəzifəli şəxsin evindən külli miqdarda oğurluqda təqsirləndirilən Məmmədova Ruhiyyə İdris qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

    Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Ruhiyyə Məmmədovanın anket məlumatları dəqiqləşdirilib.

    Məlum olub ki, R. Məmmədova əvvəllərdə oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. 3 övladı var, evdar xanımdır.

    Cinayət işində zərərçəkən qismində tanınan Əmir Şirinbəyli hazırlıq iclasında iştirak etməyib.

    Anket məlumatlarına görə, Ə. Şirinbəyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini vəzifəsində çalışır.

    Hakim Telman Hüseynov anket məlumatlarını dəqiqləşdirdikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı tərəflərin fikirlərini öyrənib.

    Dövlət ittihamçısı Valeh Ələkbərov işin məhkəmə baxışına verilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı təklif irəli sürüb.

    Hakim korpusu müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edib.

    İttiham aktına görə, Ruhiyyə Məmmədova Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.

    Qeyd edək ki, təqsirləndirilən şəxs Ruhiyyə Məmmədova baş vermiş cinayət əməlində özünü təqsirli bilib.

    Məhkəmə prosesi 31 yanvar tarixinə kimi təxirə salınıb.

  • Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib

    Mingəçevir şəhərində iki məktəb direktoru vəzifəsindən azad edilib.

    Report-un Qərb bürosunun məlumatına görə, şəhərdəki 3 nömrəli məktəbin direktoru Gültəkin Quliyeva və digər 9 nömrəli məktəbin direktoru Fərqanə Niyazova tutduqları vəzifədən çıxarılıb.

    Qeyd edək ki, G.Quluyeva çalışmanın yaş həddinə görə, F.Niyazova isə onunla bağlanmş müqaviləsinin başa çatması səbəbdən işdən azad olunub.

  • Coşqun və Rafael bu dəfə AĞLATDILAR – VİDEO

    Əməkdar artistlər Coşqun Rəhimovla həmkarı Rafael İskəndərovun konsertlərinin birindən görüntüsü gündəm olub.

    Median.Az xəbər verir ki, tamaşıçılara üz tutan Rəhimov insanların gözlərini doldurub.

    Valideyn itkisindən danışan aktyorlar göz yaşı ilə bu sözlərlə onları qınayanlara cavab verib:

    “Anamın heç qırxı çıxmayıb, mən isə səhnədə insanları güldürməyə çalışıram. Bəzi nadanlar yazırlar, başa düşmürlər ki, bu, bizim işimizdir. Bununla ailə saxlayırıq. Təsəvvür edin ki, çörəkçi 40 gün çörək bişirmir, həkim xəstəsinə baxmır”.