Daxili İşlər Nazirliyi İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
Görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mercedes” markalı maşının çıxaraq qəza şəraiti yaratması əks olunub.
Görüntünü təqdim edirik:
2025-ci ildə NATO-Gürcüstan hərbi təlimləri keçiriləcək. Təlimdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Yeri gəlmişkən, Gürcüstandakı İtaliya səfirliyi də təlimlər barədə xəbər verib. Diplomatik missiyanın məlumatına görə, NATO-Gürcüstan təlimləri 28 aprel – 8 may tarixlərində Krtsanisi bazasında keçiriləcək.
Tədbirdə Azərbaycanla yanaşı, Albaniya, Bolqarıstan, Almaniya, Yunanıstan, Fransa, Macarıstan, Polşa, Slovakiya, Türkiyə və ABŞ hərbçilərinin iştirak edəcəyini bildirib.
Ermənistanın təlimlərdə müşahidəçi qismində iştirakı nəzərdə tutulub.
İslam Mahaçevin erməni rəqibi Arman Tsarukyan bu gecə Los-Ancelesdə keçirilməsi nəzərdə tutulan UFC 311 kateqoriyalı döyüşündən öncə zədəsini bəhanə gətirərək oktaqona çıxmaqdan imtina edib.
Arman Tsarukyan döyüşdən çəkildiyi üçün İslam Mahaçev ehtiyat döyüşçü Renato Maoikano ilə qarşılaşacaq.
İslam Mahaçev sosial şəbəkə hesablarında: “Mən qalibəm, rəqibimin kim olması məni maraqlandırmır”, – mesajını verib.
Qeyd edək ki, İslam Mahaçev və Arman Tsarukyan arasında keçirilməli olan döyüş gecənin ən vacib qarşılaşması hesab olunurdu.
Список подлежащих освобождению палестинских заключенных в рамках сделки с Израилем будет опубликован за день до обмена.
Об этом говорится в заявлении радикального движения ХАМАС, размещенном в Telegram-канале.
Согласно тексту, “механизм освобождения заложников зависит от числа заключенных”, которых освободит Израиль. ХАМАС подчеркивает, что “списки будут публиковаться перед каждым днем обмена в рамках согласованного механизма”.
* * * * *
Министерство юстиции Израиля опубликовало новый список палестинских заключенных, которых планируется освободить в ходе первого этапа соглашения о прекращении огня.
Об этом сообщает издание The Times of Israel.
По его данным, в новый список, опубликованный после того, как израильское правительство одобрило соглашение о прекращении огня, вошли имена более 700 палестинских заключенных, в том числе отбывающих наказание за терроризм и убийства. Также в списке фигурируют участники радикальных организаций ХАМАС и “Исламский джихад”, а кроме того, члены палестинской политической организации ФАТХ, играющей главную роль на Западном берегу реки Иордан.
В заявлении министерства указано, что первая часть заключенных, которых планируется освободить в рамках сделки по Газе, получит свободу в воскресенье, 19 января, в 16:00 по местному времени (18:00 по Баку – ред.).
Ранее сообщалось, что власти Израиля планируют на первом этапе сделки по освобождению заложников, удерживаемых радикалами в секторе Газа, отпустить только 95 палестинских заключенных.
İsraillə razılaşma çərçivəsində azad ediləcək fələstinli məhbusların siyahısı mübadiləyə bir gün qalmış dərc ediləcək.
Bu barədə HƏMAS-ın “Telegram” kanalında bəyan edilib.
Bildirilib ki, girovların azad edilməsi mexanizmi İsrailin azad edəcəyi məhbusların sayından asılıdır.
“Siyahılar razılaşdırılmış mexanizm çərçivəsində hər mübadilə günündən əvvəl dərc ediləcək”, – deyə bəyanatda qeyd olunub.
* * * * *
İsrail Ədliyyə Nazirliyi atəşkəs sazişinin birinci mərhələsində azad edilməsi planlaşdırılan fələstinli məhbusların yeni siyahısını dərc edib.
Bu barədə “The Times of Israel” nəşri məlumat verib.
Bildirilir ki, İsrail hökumətinin atəşkəs sazişini təsdiqləməsindən sonra dərc edilən yeni siyahıya terrorizm və qətldə təqsirli bilinən 700-dən çox fələstinli məhbusun adı daxil edilib. Siyahıda HƏMAS və “İslami Cihad” radikal təşkilatlarının üzvləri, həmçinin İordan çayının Qərb sahilində əsas rol oynayan Fələstinin FƏTH siyasi təşkilatının üzvləri də yer alıblar.
Nazirliyin bəyanatında qeyd olunur ki, Qəzza sazişi çərçivəsində azad edilməsi planlaşdırılan məhbusların birinci qrupu bazar günü, yanvarın 19-da yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) azadlığa buraxılacaq.
Əvvəllər məlumat verilmişdi ki, İsrail hakimiyyəti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi üzrə sazişin birinci mərhələsində yalnız 95 fələstinli məhbusu azad etməyi planlaşdırır.
Qeyd edək ki, dünən gecə İsrail hökuməti Qəzza zolağında Fələstin HƏMAS qrupu ilə atəşkəs sazişini təsdiqləyib. Qərar səs çoxluğu ilə qəbul edilib: 24 səsə qarşı səkkiz səs.
Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan saziş pozulduğu təqdirdə döyüş əməliyyatlarına qayıtmaq hüququ ilə bağlı zəmanətlər alıb. Onun sözlərinə görə, Tramp vəzifəyə başladıqdan sonra İsrailə əvvəllər dayandırılmış bəzi silahların tədarükünün davam etdirilməsinə qərar verib.
Atəşkəs yanvarın 19-dan qüvvəyə minəcək, proses qrupun ələ keçirdiyi İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsini nəzərdə tutur.
42 gün davam edəcək birinci mərhələdə girovların azad edilməsi planlaşdırılıb. İsrail ordusu sıx məskunlaşmış ərazilərdən çıxarılacaq və fələstinlilər öz evlərinə qayıda biləcəklər. İsrail Silahlı Qüvvələri Qəzza zolağı ilə Misir arasındakı sərhəd boyunca və Fələstin eksklavı ilə İsrail arasındakı bufer zonasında mövcudluğunu qoruyub-saxlayacaq.
Hazırda ölkəmizə Ukraynadan da ət idxal edilir və satışı həyata keçirilir.
Sosial şəbəkə üzərindən bu ətlərin satışını həyata keçirənlərin məlumatlarına görə, quzu ətinin bir kiloqramı 12 manat 50 qəpik, mal ətinin bir kiloqramı isə 8 manat 50 qəpikdən başlayan qiymətlərlə satılır.
Qeyd edək ki, hazırda ölkəmizdə yerli quzu ətinin qiyməti 20-22 manat, mal ətinin isə 15-16 manatdan başlayır.
Məlumdur ki, Ukrayna hazırda müharibə şəraitindədir.
Bəs daşınma, gömrük və sair xərclər fonunda Ukraynadan gətirilən ət yerli ətin qiymətindən necə ucuz olur?
Daha ətraflı ARB TV-nin süjetində:
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Ağdam, Samux, Şəmkir, Tovuz, Ağstafa, Neftçala, Qobustan, Şəki, Oğuz, İsmayıllı, Lerik, Yarımlı, Lənkəran, Astara, Masallı, Salyan, Hacıqabul, Yevlax, Mingəçevir, Tərtər, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
В Иране скончался гражданин Азербайджана, находившийся в коме 10 дней.
Как сообщает Median.Az со ссылкой на Nuhçıxan, инцидент произошел 10 дней назад недалеко от иранского города Джульфа.
В момент, когда водитель фуры, житель города Бабек Нахчыванской Автономной Республики Наваи Ясин оглу Насиров (1986 г.р.), открывал дверь машины, его сбил другой автомобиль. Пострадавший был госпитализирован в больницу в Тебризе.
Получивший тяжелые травмы Н.Насиров скончался в больнице.
Ожидается, что сегодня его тело будет доставлено в Нахчыван.
İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb.
Median.Az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə 10 gün öncə İranın Culfa şəhərinə yaxın ərazidə baş verib.
Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəvai Yasin oğlu Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən başqa avtomobil onu vurub. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb.
Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib.
Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.
İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki uşaq həyatını itirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yol Polisi (DYP) avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib:
“Onlardan ikisi həyatını itirib, digər azyaşlılar və sürücü isə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır”.