Month: January 2025

  • İqtisadi fəal əhalinin sayı açıqlandı

    2025-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5312,1 min nəfər olub, onlardan 5029,8 min nəfərini məşğul əhali təşkil edib.
     
    Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1775,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,4 min nəfər, qeyri-dövlət sektorunda isə 890,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1743,7 min nəfər çalışıb.
     
    Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

  • Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat

    Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) yeni baş katibi seçilib.

    Median.Az xəbər verir ki, bu barədə qərar federasiyanın 2024-cü ilin yekunlarına həsr olunmuş tədbirində açıqlanıb.

    Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, ARAF-ın yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, E.Seyidov ARAF-ın yeni baş katibi seçilib.

  • Bakıda evdən meyit tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Median.Az xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində baş verib.

    75 yaşlı Əliyeva Sevdaxanım Hüseyn qızının meyiti qəsəbə ərazisində yaşadığı mənzildə tapılıb. Evdə tək yaşayan mərhum qadının uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.//lent.az

  • Президент Ирана обсудил с Путиным ситуацию на Южном Кавказе bu

    Президент Ирана Масуд Пезешкиан заявил, что обсудил с президентом России Владимиром Путиным ситуацию на Южном Кавказе и в Афганистане.

    Как передает report со ссылкой на российские СМИ, об этом Пезешкиан заявил на пресс-конференции по итогам российско-иранских переговоров.

    “Мы обсудили вопросы, направления сотрудничества на Южном Кавказе, в Сирии, на Ближнем Востоке, в Афганистане”, – сказал он.

  • İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

    İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

    Report Rusiya mətbuatına istinadən xəbər verir ki, Pezeşkian bunu Rusiya-İran danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

    “Biz Cənubi Qafqaz, Suriya, Yaxın Şərq və Əfqanıstanda əməkdaşlıq məsələlərini və istiqamətlərini müzakirə etdik”, – o bildirib.

  • İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib

    İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    Report-un məlumatına görə, məktubda deyilir:
    “Zati-aliləri cənab İlham Əliyev.

    Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
    “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq.

    Bu faciəvi hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allahdan mərhumlara rəhmət, ailələrinə səbir diləyirəm”.

  • Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərova ağır itki üz verib.
     
    Median.Az xəbər verir ki, C.Əsgərovun həyat yoldaşı, “Gazelli Group”un təsisçisi və prezidenti Zərifə Həmzəyeva vəfat edib.
     
    Qeyd edək ki, Zərifə Həmzəyeva “Premium Bank” ASC-nin əsas səhmdarı idi.

  • Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Son vaxtlarda kiberdələduzluq hallarının sayında artım müşahidə olunur. Belə ki, kiberdələduzlar vətəndaşlara onların ailə üzvlərinin nömrələri ilə eyni olan nömrələrdən zənglər edərək həmin şəxsin səsi ilə hər hansı baş vermiş hadisə ilə bağlı yalan məlumatlar verir və zərərin aradan qaldırılması ilə bağlı müvafiq bank hesabına pul vəsaitinin göndərilməsini istəyirlər”.

    Bu açıqlamanı Elektron Təhlükəsizlik Xidməti  bildirib.

    “Qeyd edək ki, telefon zəngləri və SMS mesajlarının zəng edən tərəfin nömrəsini və ya kimliyini saxta şəkildə göstərmək üçün istifadə olunan nömrəni saxtalaşdırmaq üsulu “spoofing” adlanır. Kiberdələduzun müəyyən etdiyi nömrə istənilən telefon nömrəsi ola bilər. Məsələn, hər hansı bir bank və yaxud istifadəçinin öz şəxsi nömrəsi kimi zəng zamanı telefonda əks oluna bilər.

    Elektron Təhlükəsizlik Xidməti (ETX) bu cür kiberhücumun qurbanına çevrilməmək üçün vətəndaşlara naməlum şəxslərdən gələn zənglərə qarşı diqqətli olmağı, fərdi məlumat və bank kartı məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir”, – deyə məlumatda bildirilib.
    Sonda qeyd edilib ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən kiberdələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə kibertəhlükəsizliyin təmin edilməsidir.

  • Bakıda kişi küçədə öldü

    Bakı sakini küçədə ölüb.

    Median.Az xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində baş verib.

    55 yaşlı Eldar Əli oğlu Qurbanov küçədə qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

    Araşdırma aparılır.

  • Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir

    Gürcüstan Baş nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və münasibətlərin əhəmiyyətini bir daha
    sübut edir.

    Bunu apa-ya açıqlamasında gürcüstanlı siyasi ekspert Zaal Andjaparidze deyib.

    “Gürcüstan Baş nazirinin ilk rəsmi səfərini Azərbaycan Respublikasına etməsi iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və yaxşı qonşuluq münasibətlərinin əhəmmiyyətini göstərir. Düşünürəm ki, bu proses müxtəlif istiqamətlərdə səfərlərlə davam etdiriləcək. Azərbaycan Gürcüstanın əsas investorlarından biridir. Düşünürəm ki, qarşılıqlı investisyaların genişləndirilməsi ilə bağlı önəmli qərarlar qəbul ediləcək çünki bu, hər iki tərəfin maraq dairəsindədir”.

    Gürcü ekspert Gürcüstanın Cənubi Qafqazın hər üç ölkəsinin iştirak etdiyi birgə əməkdaşlıq formatı yaratmaqda maraqlı olduğunu, bu təşəbbüsün regionda sülh və sabitliyin inkişafına xidmət etdiyini deyib.
    “Gürcüstan baş naziri İrakli Kobaxidzenin irəli sürdüyü üçtərəfli əməkdaşlıq formatı regionumuzda sülhün və sabitliyin əldə olunması, qorunması və saxlanılması istiqamətində çox vacib təşəbbüsdür. Bu təklif keçmişdə də fərqli məzmun və formalarda irəli sürülmüşdü, ancaq yerli vəya xarici faktorlar bunun baş tutmasına mane oldular. Azərbaycan və Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətə baxarsaq bu irəli sürülən bu təklifin həyata keçirilməsi o qədər də asan olmayacaq. Bir məsələyə toxunmaq istərdim, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov daxili məsələlərə və suverenliyə müdaxilənin yol verilməz olduğunu qeyd etdi. Gürcüstan hökumətinin də yanaşması məhz bu cürdür. Düşünürəm ki, ikitərəfli əməkdaşlıq Azərbaycan və Gürcüstanın kənar müdaxilələrdən qorunması baxımından böyük önəm daşıyır”.

    Zaal Andjaparidze Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının alternativi olmadığını vurğulayıb.

    “Düşünürəm ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığının alternativi mövcud deyil. Bu formatın məqsədi regionumuzda sülh və sabitliyin bərqərar edilməsidir. Bu region daim müharibələrin astanasında balanslaşdırıla bilməz. Bunun üçün siyasi iradə və regionda yeni müharibələrin başlaması səylərinin qarşısını alan platformalar lazımdır. Bu gün biz açıq-aydın görürük ki, müəyyən qüvvələr regionda yeni münaqişə yaratmağa çalışırlar. Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədilə hər bir addımı atmağa hazırdır. Ancaq bu yanaşma kiçik ölkələri və regionları qurban seçir, mümkün nəticələr onları maraqlandırmır”, – ekspert deyib.