Month: January 2025

  • “Toplum TV” işi üzrə saxlanılan Fərid İsmayılov həbs olunub – YENİLƏNİB

    Toplum TV” işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılovla bağlı qərar verilib.

    Apa xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

    Təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.

    Məhkəmənin qərarı ilə Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
    ***

    “Toplum TV” işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılov saxlanılıb.

    Apa xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

    Fərid İsmayılovla birgə otaq yoldaşı olan Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.
    Hazırda Fərid İsmayılovla bağlı təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılır.

    Qeyd edək ki, ötən ilin mart ayının 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb.

    Paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
    Xətai Rayon Məhkəməsində “Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

    “Toplum” TV işi üzrə istintaq yekunlaşıb. İş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar irəli sürülüb.

  • Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri yanvarın 17-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

  • Küləyin sürəti güclənib – FAKTİKİ HAVA

    Yanvarın 17-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, yanvarın 17-si saat 17:00-a olan məlumatına əsasən hazırda bəzi yerlərdə qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuzda 20 m/s, Naftalan, Ceyrançöl, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.

    Şəki, Şamaxı, Qobustanda yağış, Şahdağda isə qar yağır.

    Naxçıvan, Şərur, Şahbuz, Culfa, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Zərdabda duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran və dağlıq rayonlarda 5 , Naxçıvan MR-da 3 dərəcəyədək istidir.

  • Состоялась встреча Ильхама Алиева с Ираклием Кобахидзе в расширенном составе

    17 января в ходе обеда состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с премьер-министром Грузии Ираклием Кобахидзе в расширенном составе.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

    Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Türkiyə Liqasında çıxış edən Azərbaycan millisinin hücumçusunun transfer dəyərində eniş yaşanıb

    Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyə birinci liqasının ən bahalı iki futbolçusundan biridir.

    Liqanın oyunçu transfer qiymətlərinin yanvar ayı yenilənməsindən sonra “Ankaragücü”nün hücumçusu 100.000 avro dəyər itirib. Hücumçu hazırda 1, 6 milyon avro (təxminən 2,8 milyon manat) dəyərində qiymətləndirilir.

    Bu göstərici ilə o, klubunun ən bahalı oyunçusudur və “Fatih Karagümrük”ün forvardı Uesli Moraes ilə liderliyi bölüşür.

  • İrakli Kobaxidze: “Azərbaycan bizim üçün təkcə dəyərli dost yox, etibarlı tərəfdaş, qardaş ölkədir”

    “Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

    “Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”, – deyə baş nazir vurğulayıb.

  • Президент: Сотрудничество между Азербайджаном и Грузией в энергетической сфере имеет особое значение

    Сотрудничество двух стран в энергетической сфере имеет особое значение как для наших стран, так и для более широкой географии.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в заявлении для прессы после встречи с премьер-министром Грузии Ираклием Кобахидзе один на один.

    “Сегодня совместно реализуемые нами нефтегазовые проекты составляют основу энергетической безопасности многих стран. Достаточно сказать, что в настоящее время Азербайджан экспортирует свой природный газ в 11 стран транзитом через Грузию, и экспорт с каждым годом увеличивается”, – отметил глава государства.

  • Prezident: “Energetika sahəsində əməkdaşlığımız daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır”

    “Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bildirib.

    Dövlətimizin başçısı qeyd edib: “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır”.

  • Ильхам Алиев: Политические отношения между Азербайджаном и Грузией могут стать примером для соседей

    Наши народы веками жили в условиях дружбы, добрососедства и братства. Эти традиции живут и сегодня.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в заявлении для прессы после встречи с премьер-министром Грузии Ираклием Кобахидзе один на один.

    “Сегодня грузино-азербайджанские отношения успешно развиваются по всем направлениям. Считаю, что наши политические отношения могут стать примером для всех соседей”, – отметил глава государства, подчеркнув, что есть хорошие результаты и в экономической сфере.