Month: January 2025

  • Нияма Салами обвиняют в мошенничестве

    Певца Нияма Салами обвиняют в присвоении товара стоимостью 21 800 манатов мошенническим путем.

    По информации Oxu.Аz, житель города Сумгайыт Э.Аббекиров заявил, что в августе 2023 года арендатор ресторана в поселке Новханы Ниямеддин Сафаров (настоящее имя Нияма Салами – ред.) купил у него уголь на сумму 21 800 манатов и не заплатил за него.

    По данному факту ведется расследование.

  • Niyam Salami dələduzluqda ittiham olunur

    Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.

    Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami – red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Kvaratsxeliya “Napoli” ilə vidalaşıb

    İtaliya A Seriyası təmsilçisi “Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya klubla vidalaşıb.

    “Report” xəbər verir ki, 23 yaşlı oyunçu sosial şəbəkə hesabında “Təşəkkürlər “Napoli” sözlərini yazıb.
    Onun yaxın zamanda Fransanın PSJ kollektivi ilə müqavilə bağlaması gözlənilir.
    Qeyd edək ki, 2022-ci ildən “Napoli”də çıxış edən X. Kvaratsxeliya bir dəfə İtaliya çempionu olub.

  • Vətəndaş qəbulunda olarkən işdən azad olunduğu xəbəri VERİLDİ

    Xəbər verdiyimiz kimi, gənclər və idman nazirinin müavini Mariana Vasileva tutduğu vəzifədən azad olunub. 

    Median.Az “Unikal”-a istinadən M. Vasilevanın işdən azad olunması ilə bağlı bəzi məqamları əldə edib. Belə ki, o, bu gün gənclər və idman naziri Fərid Qayıbovla birgə Şamaxı və Qobustan rayon sakinləri ilə görüşdə iştirak edib. Vətəndaşlarla görüşdə olan zaman M. Vasilevaya zəng gəlib və ölkə başçısı tərəfindən işdən azad olunduğu bildirilib.

    Bu xəbəri məyusluqla qarşılayan xanım Vasileva Bakıya geri dönməli olub. 

    Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu.

  • Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait açıqlanıb

    Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırılmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

    “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma başa çatıb.

    “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanan müqaviləyə əsasən, Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırılmasına 37 milyon 230 min manat sərf olunacaq.

    Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.

  • Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsal edəcək zavod tikiləcək

    Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsini reallaşdıracaq.

    Konsorsium İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 2024-cü il fevralın 8-də elan edilmiş müsabiqənin qalibi olub.

    Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihədir.

    Müsabiqədə 2-ci yeri İsrailin “IDE Water Assets Ltd” şirkəti, 3-cü yeri isə Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkəti tutub.
    Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.
    Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.
    Müsabiqədə “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətidir.
    Qeyd edək ki, Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş “ACWA Power” şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə – Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.
    “ACWA Power”-ın portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Bu layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir və şirkət 69 QVt enerji istehsalı və gündəlik 8 milyon m³ suyun duzsuzlaşdırılması gücünə malikdir.
    Genişmiqyaslı layihələrdə 50 ildən çox təcrübəyə malik olan Türkiyənin tanınmış şirkəti olan “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” sənaye, infrastruktur, investisiya, enerji istehsalı və paylanması, turizm və s. sahələrdə fəaliyyət göstərir və 20 mindən çox işçisi var.

    //report

  • Şəmkirdə oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

    Şəmkirdə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakinlərinə məxsus, dəyəri 2 000 manatdan çox olan 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 37 yaşlı E.Tağıyev, 58 yaşlı D.Məmmədov, 39 yaşlı Z.Abdullayev və 36 yaşlı T.Məmmədov saxlanılıb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Sumqayıtda ağır qəza, 2 nəfər öldü, 3-ü yaralandı

    Sumqayıtda 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

    Hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.

    Belə ki, “Hyundai” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub.

    Nəticədə 2 nəfər hadisə yerində ölüb.

    Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

    Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazisində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bu barədə “Azərişıq”dan məlumat verilib.

    Bildirilib ki, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Binəqədi kənd və yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Müdafiə Nazirliyinin sabiq maliyyə xidmət rəisi 10 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

    Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub.

    Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi.

    Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

    Qeyd edək ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.

    Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.