Month: January 2025

  • İynə vurduğu xəstə öldü, həkim həbs edildi

    Şəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.

    O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.

    Belə ki, Şəki rayonu, Kiş kəndinin sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. “Kifoskolioz” diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında “Flosteron” və 5 ml-lik “Novokain” dərman qarışığı, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatları vurulub.

    Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. Qadın orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

    Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.

    Məhkəmə 70 yaşlı həkim qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

  • Azərbaycanda 43 nəfər rüşvət alarkən tutulub

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2024-cü ildə 170 cinayət işi başlanılıb.

    Bu barədə idarənin 2024-cü ilin yekunlarına dair keçirilən əməliyyat müşavirəsində bildirilib.

    Qeyd olunub ki, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.

  • Ceyhun Bayramov: “Azərbaycan Gürcüstana 3,6 milyard ABŞ dolları həcmində sərmayə yatırıb”

    Azərbaycan Gürcüstana 3,6 milyard ABŞ dollar həcmində sərmayə yatırıb”.

    Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında deyib.

    Nazir bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il bir milyard dollara çatıb.
    //oxu.az

  • 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

    17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

    Bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

    Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və “dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulur.

  • Sumqayıtda yaşayış binasında yanğın olub

    Sumqayıt şəhərində yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 300 m² olan birmərtəbəli kommunal tipli yaşayış binasında sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

    Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.

    Mənzilin qalan hissəsi və bitişik olan mənzillər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Возле стратегического объекта задержан нелегальный охотник

    В результате проведенных сотрудниками Управления полиции на водном транспорте Министерства внутренних дел (МВД) мероприятий по выявлению нарушений закона в служебной зоне был задержан М.Сулейманов, незаконно охотившийся вблизи одного из стратегических объектов, расположенных на территории Баку.

    У него были обнаружены и изъяты охотничье ружье Hatsan и дикие птицы.

    По данному факту ведется расследование.

  • Strateji obyektin yaxınlığında qanunsuz ov edən şəxs saxlanıldı

    Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində keçirdikləri tədbirlər nəticəsində Bakı şəhəri ərazisində yerləşən strateji obyektlərdən birinin yaxınlığında qanunsuz ov edən M.Süleymanov saxlanılıb.

    Həmin şəxsdən “Hatsan” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl quşları aşkarlanaraq götürülüb.

    Məsələ ilə bağlı araşdırma aparılır.

  • Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verdi

    Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.

    Median.Az “Oxu.az”-a istinadən xəbər verir ki, o, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.

    Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

  • Житель Уджарского района не перенес кончины брата

    В Уджарском районе два брата умерли в один и тот же день.

    Как сообщает АПА, житель села Алпоут Сулиддин Гасанов (1964 г.р.) в связи с болезнью был госпитализирован в Уджарскую центральную районную больницу, где позже скончался.

    Брат покойного, Айдын Гасанов (1958 г.р.), узнав об этом, умер в своем доме.

    Оба брата были похоронены на сельском кладбище.

  • Qardaşının ölüm xəbərini aldığı gün vəfat etdi

    Ucarda iki qardaş eyni gündə vəfat edib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Alpout kənd sakini, 1964-cü il təvəllüdlü Suliddin Cəfər oğlu Həsənov xəstəliyi ilə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

    Mərhumun qardaşı, 1958-ci il təvəllüdlü Aydın Cəfər oğlu Həsənov bunu eşidəndə yaşadığı evdə dünyasını dəyişib.

    Hər iki qardaş kənd qəbiristanlığında dəfn edilib.