Month: January 2025

  • İtaliya klubu türkiyəli futbolçu üçün “Fənərbağça”ya rəsmi təklif göndərib

    İtaliyanın “Torino” klubu Türkiyə təmsilçisi “Fənərbağça”da çıxış edən Cengiz Ünder üçün təklif göndərib.

    Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

    Tərəflər arasında danışıqların rəsmən başladığı bildirilib.

    Qeyd edək ki, 2023-cü ildən İstanbul təmsilçisinin formasını geyinən Cengiz Ünder 2017-2022-ci illərdə İtaliyada “Roma”nın uğurları üçün çalışıb.
     
    ///report

  • Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı ARAŞDIRMA BAŞLADI – VİDEO

    Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

    Median.Az Lent.az-a istinadən bildirir ki, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

    Sosial şəbəkələrdə “Azər-Türk Med” klinikasında plastik cərrahın əməliyyat zamanı “TikTok” platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

    Görüntülərdən məlum olur ki, bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edirlər. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

    Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

    Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova münasibət bildirib.

    “Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilərsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədənşəkilləndirmə əməliyyatı bugünkü gündə diqqətçəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər”.

    “Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”, – deyə cərrah əlavə edib.

    Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

    Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib:

    “Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

    Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

    Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.

  • Sabah İmişli şəhərinin qaz təchizatında fasilə olacaq

    Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.

    “Report”un Muğan bürosunun məlumatına görə, diametri 159 mm-lik qaz kəmərinin H.Aslanov küçəsindən keçən hissəsindən ayrılan, diametri 57 mm-lik qaz kəməri üzərinə Dş 50 mm-lik siyirtmənin quraşdırılması məqsədilə sabah saat 14:00-dan etibarən işlər yekunlaşana qədər İmişli şəhərinin bir hissəsində (ümumi 1000 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

    Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

  • Moskva hava limanında həyəcan siqnalı

    Moskvaya uçan Rusiya aviaşirkətinin təyyarəsində uçuş zamanı qanadında problem yaranıb.

    Bu barədə Aviaincident Telegram kanalı yazır.

    Bildirilir ki, yanvarın 15-i Sankt-Peterburqdan uçan “Airbus A320” təyyarəsində gözlənilməz nasazlıq yaranıb. Təyyarə marşrut boyunca uçarkən, ekipaj qanadın buzlanma əleyhinə sisteminin nasaz olduğunu bildirib.

    Baş verənlərə baxmayaraq, təyyarə komandiri təyinat aerodromuna getmək qərarına gəlib. Nəticədə təyyarə paytaxtın Şeremetyevo hava limanına eniş edib. Hava limanında həyəcan təbili çalınıb.

  • Məktəblərdə ardıcıl 9 gün dərs olmayacaq

    Xəbər verdiyimiz kimi, 27-31 yanvar tarixlərində orta ümumtəhsil müəssisələrində qış tətili olacaq.
     
    25-26 yanvar və 1-2 fevral tarixləri şənbə və bazar günlərində təsadüf etdiyindən, məktəblilərin qış tətili bu il 9 gün (25 yanvar-2 fevral) davam edəcək.
     
    Fevralın 3-də isə ikinci yarımilin ilk dərs günü olacaq.

  • Vəzifəsindən azad edilən Mariana Vasileva kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

    Median.Az Mariana Vasilevanın dosyesini oxucularına təqdim edir:

    Mariana Toteva Vasileva 1974-cü il iyulun 6-da anadan olub. Müqəddəs Kiril və Mefodiy adına Veliko Tarnovo Universitetini bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib.

    2013-cu ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. 2015-ci ildə Birinci Avropa Oyunlarında əldə etdiyi nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”, 2019-cu ildə isə Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu ilə təltif edilib.

    2001-2003-cü illərdə bədii gimnastika üzrə Türkiyə milli komandasında, 2003-2008-ci illərdə Bolqarıstanın “Levski” (Sofiya) idman klubunda, 2004-2008-ci illərdə isə bədii gimnastika üzrə Bolqarıstan milli komandasında məşqçi olaraq fəaliyyət göstərib.

    2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

  • Gəncədə maşın kişini vurub öldürdü

    Gəncədə avtomobil piyadanı vurub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai prospektində baş verib.

    36 yaşlı Ağasif Mədət oğlu Mehtiyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 45 yaşlı Ruslan Fizuli oğlu Məmmədovu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanaraq, istintaq aparılır.

  • Metroda bunu edənlər 200 AZN CƏRİMƏLƏNƏCƏK

    “Metroda əşyası təsadüfən stansiya yoluna düşənlər, bunu özləri götürməməli, dərhal stansiya işçisinə məlumat veməlidir”.

    Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

    Qurumdan həmçinin qeyd edilib ki, 2024-cü ildə 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb:

    “Qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb: 2 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb”.

    Bundan əlavə Bakı Metropolitenində 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib:

    “Ümumilikdə 374 nəfərə İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.

    İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN, özbaşına dəmir yoluna düşməyə görə isə 50 AZN cərimə tətbiq olunur”.

  • Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi

    2025-ci il yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

    Görüş zamanı Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycanın, Ermənistanın və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycanın və Ermənistanın İranla ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

    Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

    Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

  • Mariana Vasileva vəzifəsindən azad edildi

    Gənclər və idman nazirinin müavinlərindən biri vəzifəsindən azad olunub.

    Median.Az xəbər verir ki, Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib