Month: January 2025

  • Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı

    Almaniya Ukraynaya yerli istehsalı olan ilk qabaqcıl haubitsalarını təhvil verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

    Nazir yeni uzaqdan idarə olunan RCH 155 tipli haubitsaların hansı məqsədlərlə istifadə olunacağını belə şərh edib:

    “Rusiya və Ukraynaya müharibəsinin dördüncü ili başa çatmaq üzrədir və bu gün biz çox güclü mövqedəyik. Mesajımız ondan ibarətdir ki, Ukrayna bizə arxalana bilər, Avropa öz öhdəliklərini yerinə yetirməyə hazırdır”.

    Almaniyalı nazir əlavə edib ki, 420-dən çox ukraynalı əsgər son vaxtlar Almaniyada təlim keçib.

  • Çində 5 bal gücündə zəlzələ baş verdi

    Çinin Tibet Muxtar Bölgəsində dünən axşam saatlarında 5,0 bal gücündə zəlzələ baş verib.
     
    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkə Mərkəzindən (CENC) açıqlama verilib.
     
    Verilən açıqlamada, zəlzələnin dünən yerli vaxtla saat 21:58-də Tibet Muxtar Bölgəsindəki Şiqatse şəhərinin Dinqri bölgəsində baş verdiyi bildirilib.
     
    Zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
     
    Zəlzələ nəticəsində tələfat yoxdur.
    //azxeber.com

  • Президент Ильхам Алиев принял участие в церемонии открытия Недели устойчивого развития Абу-Даби

    14 января в столице Объединенных Арабских Эмиратов состоялась церемония официального открытия Недели устойчивого развития Абу-Даби и вручения Премии Заида в области устойчивого развития.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии принял участие Президент Азербайджанской Республики Ильхам Алиев.

    * * * * *

    14 января в столице Объединенных Арабских Эмиратов проходит церемония официального открытия Недели устойчивого развития Абу-Даби.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии принимает участие Президент Азербайджанской Республики Ильхам Алиев.

  • İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib (Yenilənib)

    Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.

    Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.

    Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib.

    Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.

    * * * * *

    ​Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
    * * * * *
    Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.
    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

  • CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır

    Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisinin hələ də buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır.

    Bu barədə “Report”a “Caspian Marine Services B.V.” şirkətindən məlumat verilib.

    Qeyd edilib ki, Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi hələ tamamlanmayıb: “Gəmilərin hələ də buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır. Hazırda Eritreyada bununla bağlı araşdırma aparılır. Bunun üçün müəyyən vaxt tələb olunur”.

    Bildirilib ki, Azərbaycan gəmilərindəki heyət üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır: “Onların hər birinin vəziyyəti yaxşıdır. Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar”.

    Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

    Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

  • Bakı-Qazax yolunda 6 maşın toqquşdu

    Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, rayon ərazisində 6 avtomobil toqquşub.

  • Bakıda bu ərazilərdə mənzillər bahalaşdı

    Metro stansiyaların inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək metro stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir.

    Median.Az xəbər verir ki, bu faktı Trend-ə mənzil alqı-satqısı ilə məşğul olan Orxan Rüstəmov da təsdiqləyib.

    O qeyd edib ki, artıq həmin ərazilərdə mənzillərini satışa çıxaran bəzi sakinlər hər kvadratmetrinə görə qiyməti 50 manat bahalaşdırıb:

    “Yeni metro xətləri, ərazinin nəqliyyat infrastrukturunu gücləndirir və şəhər içində daha asan və sürətli hərəkət etməyə imkan verir. Bu, ərazinin daha cəlbedici olmasına səbəb olur. Yeni ticarət obyektləri, ofislər və yaşayış binaları tikilə bilər ki, bu da ərazinin iqtisadi dəyərini artırır”.

    Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, metro stansiyalar inşa edilən zaman kəsiyində mənzillərin qiymətində artım baş verəcək ki, bu da hər il qeydə alınır. Lakin bu metro stansiyaların tikintisi ilə bağlı deyil. Bunun bir çox səbəbləri var.

    “Nəzərə almalıyıq ki, ictimai nəqliyyatla təmin olunan ərazilər də daşınmaz əmlak qiymətlərinə təsir göstərir. Bu, əmlakın qiymətləndirilməsinin formalaşmasında vacib elementlərdən biridir. Lakin qeyd etdiyimiz ərazilərdə qiymət necə dəyişəcək onu zaman göstərəcək”, – o əlavə edib.

    Öz növbəsində, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, metro stansiyaların inşası uzun çəkən prosesdir.

    “Hələlik həmin ərazilərdə mənzillərin qiymətinin bahalaşması barədə danışmaq tezdir. Adətən metro stansiyanın açılışından iki il əvvəldən həmin ərazilərə maraq artır”, – deyə o bildirib.

    Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyini açıqlayıb.

  • Husilər Təl-Əvivdəki vacib obyektə ballistik raketlə zərbə endiriblər

    Üsyançı “Ənsar Allah” hərəkatından olan Yəmən husiləri İsrailin paytaxtı Təl-Əviv şəhərindəki vacib obyektə hipersəs ballistik raketlə zərbə endiriblər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Yəmən husilərinin sözçüsü bildirib.

    Qeyd olunub ki, Yaffa bölgəsindəki mühüm hədəf “Fələstin-2” hipersəs ballistik raketi ilə vurulub.

  • Dini icma üzvünə qarşı terror aktı planlaşdırmış şəxslər həbs olunub

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Göycə oğlu Aslanov və Azərbaycan vətəndaşı Ceyhun Şahin oğlu İsmayılov saxlanılıblar.

    “Report”un məlumatına görə, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək 200 min ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər.

    Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2 min ABŞ dolları məbləğində avans təqdim edilib.

    Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.

    Faktla əlaqədar DTX-də Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

  • Endirilən sürət həddi bərpa edildi

    Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.