Month: January 2025

  • 2024-cü ildə Azərbaycanda 31 mindən çox şəxsə əmək pensiyası təyin olunub

    Ötən ilin yanvar-dekabr ayları ərzində 31 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, həmin şəxslərin 72,6%-ni kişilər, 27,4%-ni isə qadınlar təşkil edib.

  • AZAL: Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib

    Heydər Əliyev Beynəlxalq Aeroportundakı qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.

    Median.Az bu barədə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən xəbər verir.

    Məlumata görə, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

    Bakı aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən paytaxta yola düşəcək.

    Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.

  • Meşədə meyiti tapılan tibb bacısı intihar edibmiş

    Xəbər verdiyimiz kimi, dünən Qusarda meşə sahəsindən 3 gün əvvəl itkin düşmüş Nigar Şabanovanın meyiti tapılıb.

    1987-ci il təvəllüdlü N.Şabanovanın özünü ağacdan asaraq intihar etdiyi məlum olub.

    Onun son vaxtlar depressiv vəziyyətdə olduğu bildirilib.

    Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Nigar Şabanova xəstəxananın Stomatologiya şöbəsində həkimlik edən Elşən Şabanovun həyat yoldaşıdır. O, ərinin yanında çalışırmış

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı

    “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova yazdığı iddia edilən məktub siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir”.

    Median.Az xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi teleqram kanalında məlumat yayılıb.
     
    “İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu dezinformasiya emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulan primitiv saxtakarlığın nümunəsidir.

    Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”, – məlumatda deyilir.

  • Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb

    İran əsilli Almaniya vətəndaşı Nahid Təqəvi İslam Respublikasında həbsdən azad olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Nahid Təqəvinin qızı Məryəm Klaren instaqram səhifəsində paylaşıb.

    Məryəm Klaren yazıb: “Anam, nəhayət evə gəldi”.

    Məlumata görə, Almaniya vətəndaşı olan 69 yaşlı Nahid Təqəvi 2019-cu ilin oktyabrında Tehrandakı evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ümumilikdə min saatlıq istintaq zamanı ona 80 sual verilib, təzyiqlər edilib.

    O, İran İnqilab Keşikçiləri Korpusunun təcridxanasında 200 gün təkadamlıq kamerada saxlanılıb. Hakim İman Əfşarinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Nahid Təqəvini “qanunsuz qruplaşmanın idarə olunmasında iştirak” və “rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edib. O artıq cəzasının yarısını çəkib.

  • Bu ərazilərdə işıq olmayacaq

    Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirilib ki, qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq.
     
    Bu səbəblə saat 10:00-dan 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.

  • Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

    Cəbrayıl Rayon İcra Hakimiyyətindən “Report”un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən daha 20 ailə – 91 sakin olmaqla Cəbrayıl şəhərinə köçürülüb.

    Bununla yanaşı, Bakı şəhərindən 11 ailə – 40 nəfər, Şirvan şəhərindən 2 ailə – 5 nəfər, Zaqatala rayonundan 1 ailə – 8 nəfər, Cəlilabad rayonundan 1 ailə – 6 nəfər, Şabran rayonundan 1 ailə – 5 nəfər, Mingəçevir şəhərindən 1 ailə – 4 nəfər, Hacıqabul rayonundan 1 ailə – 4 nəfər, Sumqayıt şəhərindən 1 ailə – 2 nəfər olmaqla 39 ailə – 165 nəfərin Cəbrayıl şəhərinə yola salınıb.

    Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 326 ailə – 1 334 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

  • Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb

    Kaliforniyada yanğınlarla əlaqədar polis təxliyənin həyata keçirildiyi ərazilərdə ən azı 68 nəfəri saxlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “ABC News” telekanalı polisin məlumatına istinadən xəbər verib.

    Onlardan 29 nəfəri Los-Anceles dairəsində, 39 nəfəri isə Santa-Monikada saxlanılıb. Həmin şəxslərdən 10-u oğurluqda şübhəli bilinir.

    Daha əvvəl verilən məlumata görə, talançılıq hallarının artması fonunda polis əməkdaşları yanğından zərər çəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

  • Дания подтвердила готовность к диалогу с Трампом по арктическим территориям

    Правительство Дании подтвердило готовность к диалогу с новой администрацией США по арктическим территориям.

    Об этом заявил министр иностранных дел Дании Ларс Лёкке Расмуссен на пресс-конференции в Иерусалиме.

    “У американцев есть определенная обеспокоенность по поводу ситуации с безопасностью в Арктике, которую разделяет и датская сторона”, – приводит слова главы МИД королевства агентство Reuters. “Поэтому [Дания] в тесном взаимодействии с Гренландией готова продолжить переговоры с избранным президентом США Дональдом Трампом с целью обеспечения законных интересов американской стороны”, – сказал министр.

    7 января Трамп заявил, что Гренландия должна войти в состав США для защиты от китайской и российской угроз. Еще в 2019 году во время своего первого президентского срока он говорил, что США могли бы купить Гренландию, которая является территорией в составе Дании и имеет права широкой автономии.

  • Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi

    Danimarka hökuməti Arktik ərazilər üzrə ABŞ-nin yeni administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib.

    Median.Az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, bunu Danimarka Xarici İşlər naziri Lars Lökke Rasmussen Yerusəlimdə keçirilən mətbuat konfransında bildirib.

    “Amerikalıların Arktikadakı təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var və Danimarka tərəfi də bu narahatlığı bölüşür. Buna görə də (Danimarka) Qrenlandiya ilə sıx əməkdaşlıq şəraitində Vaşinqton tərəfinin qanuni maraqlarının təmin edilməsi məqsədilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”, – deyə krallığın XİN başçısı bəyan edib.

    Xatırladaq ki, yanvarın 7-də Tramp bəyan edib ki, Çin və Rusiya təhdidlərindən qorunmaq üçün Qrenlandiya ABŞ-nin tərkibinə daxil olmalıdır. Hələ 2019-cu ildə ilk prezidentlik müddətində o, ABŞ-nin Danimarkanın tərkibində və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala biləcəyini söyləmişdi.