Month: January 2025

  • В Тбилиси в жилом доме произошел взрыв, есть погибший и раненые

    В поселке Ортачала грузинской столицы Тбилиси произошел взрыв в жилом доме.

    Как сообщает Median.Az со ссылкой на Report, в результате происшествия один человек погиб, еще четверо получили травмы различной степени тяжести, они были госпитализированы.

    По предварительным данным, причиной взрыва стала утечка газа. В результате обрушилась часть фасада и стен здания.

    Часть жителей дома переселяют во временное жилье. Точные причины взрыва устанавливаются.

  • Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var

    Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən yaşayış binalarının birində partlayış baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ortaçala qəsəbəsində qeydə alınıb.

    İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə binanın fasadı və divarlarının bir hissəsi çöküb. Fövqəladə Halların İdarəolunması Xidmətinin yaydığı məlumata əsasən, hadisə nəticəsində bir nəfər həyatını itirib, dörd sakin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Yaralananlardan birinin vəziyyəti ağırdır.

    Bina sakinlərinin bir hissəsi müvəqqəti yaşayış yerlərinə köçürülür. Partlayışın dəqiq səbəbləri araşdırılır.

  • Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?

    Metro stansiyalarının inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir.

    Bu faktı Trend-ə mənzil alqı-satqısı ilə məşğul olan Orxan Rüstəmov da təsdiqləyib.

    O qeyd edib ki, artıq həmin ərazilərdə mənzillərini satışa çıxaran bəzi sakinlər hər kvadratmetrə görə qiyməti 50 manat bahalaşdırıb:

    “Yeni metro xətləri, ərazinin nəqliyyat infrastrukturunu gücləndirir və şəhər içində daha asan və sürətli hərəkət etməyə imkan verir. Bu, ərazinin daha cəlbedici olmasına səbəb olur. Yeni ticarət obyektləri, ofislər və yaşayış binaları tikilə bilər ki, bu da ərazinin iqtisadi dəyərini artırır”.

    Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, metro stansiyaları inşa edilən zaman kəsiyində mənzillərin qiymətində artım baş verəcək ki, bu da hər il qeydə alınır. Lakin bu metro stansiyalarının tikintisi ilə bağlı deyil. Bunun bir çox səbəbləri var.

    “Nəzərə almalıyıq ki, ictimai nəqliyyatla təmin olunan ərazilər də daşınmaz əmlak qiymətlərinə təsir göstərir. Bu, əmlakın qiymətləndirilməsinin formalaşmasında vacib elementlərdən biridir. Lakin qeyd etdiyimiz ərazilərdə qiymət necə dəyişəcək, onu zaman göstərəcək”, – o əlavə edib.

    Öz növbəsində, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, metro stansiyalarının inşası uzun çəkən prosesdir.

    “Hələlik həmin ərazilərdə mənzillərin qiymətinin bahalaşması barədə danışmaq tezdir. Adətən metro stansiyasının açılışından iki il əvvəldən həmin ərazilərə maraq artır”, – deyə o bildirib.

    Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyini açıqlayıb.

  • Китайская авиакомпания отменяет рейсы из Москвы в Пекин

    Авиакомпания China Southern отменила рейсы из Москвы в Пекин с 20 января до конца марта 2025 года, ситуация может затронуть 15 000-17 000 человек.

    Об этом сообщила Ассоциация туроператоров России (АТОР).

    Как следует из информации на сайте компании, с 20 января по 30 марта, до конца зимнего расписания и на период китайского Нового года, в расписании нет прямых рейсов между столицами РФ и КНР. Для покупки доступны билеты с пересадкой в Гаунчжоу и прямые рейсы в Шэньчжень. Также есть рейсы из Владивостока в Яньцзи.

    В АТОР уточнили, что прямые рейсы из Москвы в Пекин снова будут доступны для бронирования после 30 марта. Кроме того, отметили в ассоциации, сейчас между столицами выполняют рейсы “Аэрофлот”, China Eastern и Hainan Airlines, однако на даты, приходящиеся на празднование Нового года в Китае, билеты уже раскуплены. Ожидается, что цены и расписание придут в норму после праздничного периода.

    Там также пояснили, что на данный момент речь идет о временной приостановке полетов по одному из четырех заявленных в расписании авиакомпании China Southern маршрутов в Россию.

  • Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı

    Çinin “China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları yanvarın 20-dən martın 30-dək dayandırıb.

    Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası məlumat yayıb.

    Məlumata görə, hazırda dörd aviaşirkət Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir: “China Southern”dən başqa, bunlar “Aeroflot”, “China Eastern” və “Hainan Airlines”dır.

    Uçuşların ləğvi 15-17 min insana təsir edə bilər. Qərarın səbəbləri hələ ki məlum deyil. Uçuşların ləğvinin Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiya hava məkanında uçuşlardan çəkinmək tövsiyəsi ilə əlaqəli olması mümkündür.

  • Выписан из больницы житель Загаталы, очнувшийся спустя 4 дня после крушения самолета AZAL

    Житель села Даначы Загатальского района Махир Джараев, пострадавший в результате крушения самолета Azerbaijan Airlines (AZAL) вблизи казахстанского Актау и пришедший в сознание через 4 дня после инцидента, выписан из больницы.

    Как сообщает Median.Az со ссылкой на Report, мужчина проходил лечение в одном из бакинских медучреждений, он уже вернулся в родное село.

    М.Джараев заявил, что точно не помнит произошедшее, так как потерял сознание после столкновения воздушного судна с землей.

    “Я купил билет на рейс в Грозный на 25 декабря. Мы сели в самолет в Баку, полет должен был длиться около часа. Когда самолет шел на снижение, мы услышали громкий звук. В тот момент мы не смогли понять, что произошло. Спустя некоторое время пилот вновь попытался пойти на посадку, но это не удалось. Что произошло потом, не помню. Пришел в себя только тогда, когда меня отправляли из Казахстана в Азербайджан. Помню, как был в реанимации”, – отметил он.

    М.Джараев рассказал, что он, как и другие пострадавшие в результате крушения, был охвачен государственной заботой.

    Напомним, что пассажирский самолет AZAL, выполнявший рейс Баку – Грозный, потерпел крушение 25 декабря вблизи города Актау. Из находившихся на борту 67 человек 38 погибли. По предварительным данным, самолет потерпел крушение в результате физического и технического внешнего вмешательства в российском воздушном пространстве.

  • Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI

    AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və hadisədən 4 gün sonra ayılan Zaqatala rayonu, Danaçı kənd sakini Mahir Carayev xəstəxanadan evə buraxılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, o, Bakıda müalicə aldığı xəstəxanadan çıxıb və Zaqatalaya qayıdıb.

    M.Carayev qəza ilə bağlı bildirib ki, hadisədən sonra huşunu itirdiyindən baş verənləri dəqiq xatırlamır:

    “Dekabrın 25-i Qroznıya uçmaq üçün bilet almışdım. Bakıda təyyarəyə mindik, bir saata eniş etməli idik. Təyyarə eniş etməyə çalışanda qəza baş verdi. Həmin vaxt biz nə baş verdiyini dəqiq bilmədik. Xeyli vaxtdan sonra təkrar eniş etməyə çalışsaq da, alınmadı. Sonra baş verənlər yadıma gəlmir. Bir də Qazaxıstandan Azərbaycana göndəriləndə özümə gəldim. Reanimasiyada olduğum vaxtlar yadımdadır”.

    Zaqatala sakini deyib ki, qəzadan sonra dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunub.

    Qeyd edək ki, əvvəlcə M.Carayevin öldüyü güman edilirdi.

    Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

    İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

  • В Китае задумались о продаже Илону Маску американских активов TikTok

    Китайские чиновники рассматривают вариант, предполагающий, что операциями соцсети TikTok в США будет управлять американский миллиардер и предприниматель Илон Маск.

    Об этом сообщает Bloomberg со ссылкой на источники в КНР.

    Согласно материалу, в Китае предпочитают, чтобы TikTok по-прежнему принадлежал материнской компании ByteDance. Однако во время прений в США 10 января судьи дали понять, что такой исход маловероятен. По этой причине чиновники КНР ведут дискуссии по поводу методов взаимодействия с командой следующего американского президента Дональда Трампа. В одном из планов их действий фигурирует Маск.

    “Китайские чиновники еще не достигли твердого консенсуса о том, как действовать дальше, и их обсуждения пока носят предварительный характер”, – отмечает Bloomberg.

    По словам одного из источников, другой вариант – перевести своих существующих клиентов соцсети из США на похожее приложение, но другого бренда, чтобы обойти запрет.

  • “TikTok” İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı

    Çin hökuməti “TikTok” sosial şəbəkəsinin ABŞ-dəki əməliyyatlarının milyarder və sahibkar İlon Mask tərəfindən idarə olunması variantını nəzərdən keçirir.

    Bu barədə “Bloomberg” ÇXR mənbələrinə istinadən məlumat verib.

    Materiala əsasən, Çin “TikTok”un ana şirkəti “ByteDance”a məxsus qalmasına üstünlük verir. Lakin yanvarın 10-da ABŞ-də keçirilən müzakirələr zamanı hakimlər belə bir nəticənin azehtimallı olduğunu bildiriblər.

    Bu səbəbdən ÇXR məmurları ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın komandası ilə qarşılıqlı əlaqə metodları barədə müzakirələr aparırlar. Onların fəaliyyət planlarından birində Mask yer alır.

    Mənbələrdən birinin sözlərinə görə, digər variant ABŞ-dəkı mövcud sosial şəbəkə istifadəçilərini qadağadan yan keçmək üçün oxşar, lakin başqa brendə aid tətbiqə köçürməkdir.

  • Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir

    Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının 13 yanvar 2025-ci il tarixində itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

    Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.