Month: January 2025

  • Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi

    Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib.

    Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.

    Dövlət ittihamçısı Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirib, onun ibtidai istintaqda verdiyi ifadəsini elan edib.

    İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinatal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb.

    Məhkəmənin növbəti iclası fevral ayının 10-da keçiriləcək.

    Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

  • Состоялся совместный обед Ильхама Алиева и шейха Мухаммеда бен Заида Аль Нахайяна

    13 января в Абу-Даби состоялся совместный обед Президента Азербайджанской Республики Ильхама Алиева и президента Объединенных Арабских Эмиратов шейха Мухаммеда бен Заида Аль Нахайяна.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

    Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Magistr olmaq istəyənlərin nəzərinə!

    2025/2026-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr bu gündən başlayaraq yanvarın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

    Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

    Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

    Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

    Qəbul imtahanının (I cəhd) fevralın 16-da keçirilməsi nəzərdə tutulur.

    İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır. Qeyd edək ki, xarici dil üzrə bakalavrlara oxuyub-anlama bloku üzrə iki oxu mətni – mətnlərin hər birinə aid 4 qapalı, 1 açıq tipli test tapşırığı olmaqla, ümumilikdə 5 tapşırıq təqdim olunur. Oxu mətnləri üzrə açıq tipli (seçim) test tapşırıqlarından əlavə, verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən qapalı tipli test tapşırıqları da verilir. Bu tip test tapşırıqlarında, ümumilikdə 4 mülahizə olur. Bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduqda bu, 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduqda 0.5 (yarım) balla, iki və ya daha az mülahizəni doğru cavablandırdıqda isə 0 (sıfır) balla qiymətləndirilir.

    İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

    Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır.

  • Самые интересные футбольные матчи недели – АФИША (АНОНС)

    На этой неделе на зеленых полях Европы пройдет ряд интереснейших футбольных поединков.

    В Английской Премьер-лиге “Брентфорд” встретится с “Манчестер Сити”, “Челси” – с “Борнмутом”, “Вест Хэм Юнайтед” – с “Фулхэмом”, “Ноттингем” – с “Ливерпулем”, “Эвертон” – с “Астон Виллой”, “Лестер Сити” – с “Кристал Пэлас”, “Ньюкасл Юнайтед” – с “Вулверхэмптоном”, “Арсенал” – с “Тоттенхэмом”, “Ипсвич Таун”- с “Брайтоном”, а “Манчестер Юнайтед” – с “Саутгемптоном”.

    В немецкой Бундеслиге “Боруссия Дортмунд” сразится с “Хольштайном”, леверкузенский “Байер” – с “Майнцем”, “Бавария” – с “Хоффенхаймом”, а “Лейпциг” – со “Штутгартом”.

    В испанской Ла Лиге состоятся матчи “Барселона” – “Реал Бетис”, “Атлетико Мадрид” – “Эльче”, “Реал Сосьедад” – “Райо Вальекано”, а мадридский “Реал” – “Сельта”.

    В итальянской Серии А “Милан” станет гостем “Комо”, “Ювентус” – “Аталанты”, “Болонья” – “Интера”, а “Дженоа” – “Ромы”.

    В турецкой Суперлиге “Хатайспор” сразится с “Галатасараем”.

    Отметим, что встречи пройдут 14-17 января.

    14 января

    Английская Премьер-Лига

    23:30 “Брентфорд” – “Манчестер Сити”

    23:30 “Челси” – “Борнмут”

    23:30 “Вест Хэм” – “Фулхэм”

    00:00 “Ноттингем”- “Ливерпуль”

    Немецкая Бундеслига

    21:30 “Хольштайн”- “Боруссия Дортмунд”

    23:30 “Байер Леверкузен” – “Майнц”

    Италия Серия А

    21:30 “Комо” – “Милан”

    23:34 “Аталанта”- “Ювентус”

    15 января

    Английская Премьер-Лига

    23:30 “Эвертон” – “Астон Вилла”

    23:30 “Лестер Сити” – “Кристал Пэлас”

    23:30 “Ньюкасл Юнайтед” – “Вулверхэмптон”

    00:00 “Арсенал” – “Тоттенхэм”

    Испанская Ла Лига

    00:00 “Барселона” – “Реал Бетис”

    00:30 “Атлетико Мадрид” – “Эльче”

    Немецкая Бундеслига

    23:30 “Бавария – Хоффенхайм”

    23:30 “Лейпциг” – “Штутгарт”

    Италия Серия А

    23:45 “Интер” – “Болонья”

    16 января

    Английская Премьер-Лига

    23:30 “Ипсвич Таун” – “Брайтон”

    00:00 “Манчестер Юнайтед”- “Саутгемптон”

    Испанская Ла Лига

    22:30 “Реал Сосьедад” – “Райо Вальекано”

    00:30 “Реал Мадрид” – “Сельта”

    17 января

    Немецкая Бундеслига

    23:30 “Айнтрахт” – “Боруссия”

    Итальянская Серия А

    23:34 “Рома” – “Дженоа”

    Турецкая Суперлига

    21:00 “Хатайспор” – “Галатасарай”.

  • Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)

    Bu həftəiçi Avropanın yaşıl meydanlarında bir sıra maraqlı görüşlər keçiriləcək.

    İngiltərə Premyer Liqasında “Brentford” klubu “Mançester Siti” ilə, “Çelsi” klubu “Bornmut”la, “Vesthem” klubu “Fulhem”lə, “Nottingem” klubu “Liverpul”la, “Everton” klubu “Aston Villa” ilə, “Lester Siti” klubu “Kristal Pelas”la, “Nyukasl Yunayted” klubu “Vulverhempton”la, “Arsenal” klubu “Tottenhem”lə, “İpsviç” klubu “Brayton”la, “Mançester Yunayted” isə “Sauthempton”la qarşılaşacaq.

    Almaniya Bundesliqasında “Borussiya Dortmund” klubu “Holşteyn Kyel”i, “Bayer Leverkuzen” klubu “Maynts”ı, “Bavariya” klubu “Hoffenhaym”ı, “Leypziq” isə “Ştutqart”ı sınağa çəkəcək.

    İspaniya La Liqasında “Barselona” klubu “Real Betis”lə, “Atletiko Madrid” klubu “Elçe” ilə, “Real Sosyedad” klubu “Rayo Vallekano” ilə, “Real Madrid” isə “Selta Viqo” ilə qarşılaşacaq.

    İtaliya A seriyasında “Milan” klubu “Komo”nun, “Yuventus” klubu “Atalanta”nın, “Bolonya” klubu “İnter”in, “Cenoa” isə “Roma”nın qonağı olacaq.

    Türkiyə Superliqasında “Hatayspor” klubu “Qalatasaray”la üz-üzə gələcək.

    Qeyd edək ki, siyahıda qeyd olunmuş görüşlər yanvar ayının 14-dən 17-nədək olan tarixi əhatə edir.

    14 yanvar

    İngiltərə Premyer Liqası

    Saat 23:30, “Brentford” – “Mançester Siti”;

    Saat 23:30, “Çelsi” – “Bornmut”;

    Saat 23:30, “Vesthem” – “Fulhem”;

    Saat 00:00, “Nottingem” – “Liverpul”.

    Almaniya Bundesliqası

    Saat 21:30, “Holşteyn Kyel” – “Borussiya Dortmund”.

    Saat 23:30, “Bayer Leverkuzen” – “Maynts”.

    İtaliya A seriyası

    Saat 21:30, “Komo” – “Milan”;

    Saat 23:34, “Atalanta” – “Yuventus”.

    15 yanvar

    İngiltərə Premyer Liqası

    Saat 23:30, “Everton” – “Aston Villa”;

    Saat 23:30, “Lester Siti” – “Kristal Pelas”;

    Saat 23:30, “Nyukasl Yunayted” – “Vulverhempton”;

    Saat 00:00, “Arsenal” – “Tottenhem”.

    İspaniya La Liqası

    Saat 00:00, “Barselona” – “Real Betis”;

    Saat 00:30, “Atletiko Madrid” – “Elçe”.

    Almaniya Bundesliqası

    Saat 23:30, “Bavariya” – “Hoffenhaym”;

    Saat 23:30, “Leypziq” – “Ştutqart”.

    İtaliya A seriyası

    Saat 23:45, “İnter” – “Bolonya”.

    16 yanvar

    İngiltərə Premyer Liqası

    Saat 23:30, “İpsviç” – “Brayton”;

    Saat 00:00, “Mançester Yunayted” – “Sauthempton”.

    İspaniya La Liqası

    Saat 22:30, “Real Sosyedad” – “Rayo Vallekano”;

    Saat 00:30, “Real Madrid” – “Selta Viqo”.

    17 yanvar

    Almaniya Bundesliqası

    Saat 23:30, “Ayntraxt Frankfurt” – “Borussiya Dortmund”.

    İtaliya A seriyası

    Saat 23:34, “Roma” – “Cenoa”.

    Türkiyə Superliqası

    Saat 21:00, “Hatayspor” – “Qalatasaray”.

  • Goranboyda iki bacı tüstüdən zəhərlənib

    Goranboyda iki bacı tüstüdən zəhərlənib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, rayon sakinləri – 2009-cu il təvəllüdlü Z.S. və bacısı 2013-cü il təvəllüdlü G.S. odun sobasının tüstüsündən zəhərləniblər. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Aeroportda unudulmuş baqajları dörd manata satırlar? – AÇIQLAMA

    “Facebook” sosial şəbəkəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

    Məlumata görə, saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və yaxud unudulmuş baqajların 3,67 manata satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

    ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edib.

  • Бахтияр Гаджиев приговорен к 10 годам лишения свободы

    Завершился судебный процесс по уголовному делу Бахтияра Гаджиева.

    Как сообщает Report, приговор был оглашен сегодня на процессе в Бакинском суде по тяжким преступлениям под председательством судьи Али Мамедова.

    Решением суда Бахтияр Гаджиев приговорен к 10 годам лишения свободы.

    Гособвинитель требовал для Гаджиева 11 лет лишения свободы.

    Б.Гаджиев был арестован в декабре 2022 года по обвинению в хулиганстве и неуважении к суду.

    В 2024 году ему были предъявлены обвинения по ст. 192 (незаконное предпринимательство), 193-1 (легализация имущества, полученного преступным путем), 206 (контрабанда), 320 (использование поддельных документов) и 213.1 (уклонение от уплаты налогов) УК Азербайджана.

  • Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi

    Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, B.Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayı saxlanılıb.

    O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.