Month: January 2025

  • Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürdü

    Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb.

    Məzahir Kərimov idarə etdiyi “Hyundai Grandeur” markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

    Nəticədə piyada aldığı xəsarətdən ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bu halda övladlar ata-analarına aliment ödəməlidirlər

    Aliment deyəndə çoxlarının ağlına yalnız boşanmadan sonra valideynlərdən birinin digərinə uşaqların saxlanılması üçün ödədiyi vəsait gəlir. Lakin qanunvericiliyə görə, bu, aliment öhdəliyi ilə bağlı istiqamətlərdən yalnız biridir. 

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, aliment öhdəliyi daşıyan tərəflərdən biri də əmək qabiliyyətli yetkinlik yaşına çatmış övladlardır.

    Belə ki, sənəddə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduğu yazılıb.

    Lakin aliment ödənilməsi barədə razılıq olmadıqda belə valideynlərin övladlarından vəsait məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və digər amillər nəzərə alınmaqla aylıq sabit məbləğdə müəyyən edilir.

    Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər hallarda, yetkinlik yaşına çatmış övladlar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlər tərəflərin razılığı ilə də müəyyən oluna bilər.

    Lakin burada istisna hallar da var. Belə ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum olunmuş valideynlərinə aliment ödəməkdən azad edilirlər.

    Aliment ödəmək öhdəliyi olan tərəflərdən biri də ər və arvaddır. Qanunvericiliyə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Köməyin göstərilməsindən imtina edildikdə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, həmçinin hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad aliment ödənməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Eyni zamanda, 18 yaşınadək əlil və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan 18 yaşından yuxarı uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvadın da belə hüququ var. Bu şərtlərdə ər və arvad hətta boşandıqdan sonra da onlardan biri digərinə aliment ödəməyə borcludur.
    Bundan başqa, nikah pozulana qədər və ya nikah pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad qarşı tərəfdən məhkəmə qaydasında aliment ödəməyi tələb etmək hüququna malikdir. Eyni zamanda, nikah pozulduğu andan (uzun müddət nikahda olublarsa) 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad qarşı tərəfdən məhkəmə yolu ilə aliment tələb edə bilər. 
    Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə və ya arvada ödənilməsi qaydasının onların arasında razılaşdırılması mümkündür. Tərəflər arasında razılaşma olmadıqda alimentin miqdarı məhkəmə tərəfindən onların maddi vəziyyəti və digər amillər nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
    Lakin bununla belə, məhkəmə müəyyən hallarda ər və ya arvadı nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan tərəfi saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər.
    Sözügedən hallara aşağıdakılar aiddir:

    – Maddi yardıma ehtiyacı olan ər və ya arvad əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;

    – Aliment ödənilməsini tələb edən ər və ya arvad ailədə ləyaqətsiz davrandıqda;
    – Nikah çox çəkmədikdə.
    Eyni zamanda aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, eləcə də şəxs yeni nikaha daxil olduqda və ya tərəflərdəm biri öldükdə aliment ödənilməsi dayandırılır.

  • Bakıda evdən çürümüş meyit tapılıb

    Bakıda evdən çürümüş meyit tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

    Mənzil sahibini uzun müddətdir görməyən və pis qoxu hiss edən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Xilasedicilərin müdaxiləsi ilə mənzilin qapısı açılıb. Bağlı qapı arxasından ev sahibi, 70 yaşlı Cəsarət Səddar oğlu Əliyevin meyiti aşkar edilib. Meyitin üzərində çürümə əlamətləri müşahidə olunub.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Азербайджанский атлет завоевал медаль в Испании

    Азербайджанский атлет Назим Бабаев завоевал бронзовую медаль в соревнованиях по прыжкам в длину, которые прошли в испанском городе Сабадель.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Федерации атлетики Азербайджана.

    Согласно информации, он занял третье место с результатом 7 м 44 см. Это первая медаль спортсмена, завоеванная в 2025 году.

  • Azərbaycan atleti İspaniyada medal qazandı

    Azərbaycan atleti Nazim Babayev İspaniyanın Sabadell şəhərində keçirilən uzunluğa tullanma üzrə yarışlarda bürünc medal qazanıb.

    Bu barədə Atletika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    O, 7 metr 44 santimetr nəticə ilə üçüncü yeri tutub. Bu, idmançının 2025-ci ildə qazandığı ilk medal olub.

  • СМИ: Франция вывела свой контингент с одной из баз в Чаде

    Франция завершила вывод своих войск с базы Абеше в Чаде. Накануне базу покинула тяжелая техника, а сегодня – военнослужащие.

    Как передает Median.Az, об этом сообщил портал tchadinfo.

    База перешла в ведение ВС Чада.

    29 ноября 2024 года Чад объявил о прекращении действия оборонного соглашения с Францией и 20 декабря потребовал вывести всех военных с территории страны до 31 января 2025 года. Сначала Чад покинули французские истребители, затем – первые 120 военнослужащих из контингента, который на постоянной основе был дислоцирован в этой стране со времени получения ею независимости в 1960 году. Последнее время в Чаде насчитывалось около 1 000 человек личного состава Вооруженных сил Франции, размещенных на трех базах – в столице Нджамене, в Файя-Ларжо и Абеше.

    Властей Чада, как и других бывших колоний Франции в Западной Африке, откуда французских военнослужащих попросили ретироваться, Мали и Нигера, не устраивал тот факт, что Париж не столько помогал обеспечивать безопасность, сколько стремился сохранить свои позиции в регионе.

    По словам премьер-министра Чада Алламая Халины, решение Нджамены покончить с военным сотрудничеством с Францией – “смелое и патриотичное”, чадский народ давно ждал его.

    Большинство комментаторов расценивают изгнание французских военных последовательно из Мали, Нигера и Чада как стратегическое поражение Парижа. По мнению журнала Le Point, уход Франции из региона “символизирует ее упадок” и объясняется “ошибками внешней политики и потерей средств влияния”.

  • Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı

    Fransa Çadın Abeşe bazasından öz qoşunlarının çıxarılmasını başa çatdırıb. Dünən bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb.

    Median.Az bu barədə “tchadinfo” portalına istinadən xəbər verir.

    Məlumata görə, baza Çad Silahlı Qüvvələrinin sərəncamına keçib.

    29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə sazişinin ləğv edildiyini elan edib və dekabrın 20-də bütün hərbçilərin 31 yanvar 2025-ci ilədək ölkə ərazisindən çıxarılmasını tələb edib. Əvvəlcə Çadı fransız qırıcıları, sonra isə 1960-cı ildə müstəqillik əldə etdiyi vaxtdan bu ölkədə daimi olaraq yerləşdirilmiş kontingentdən ilk 120 hərbçi tərk edib. Son vaxtlar Çadda paytaxt Ncamenada, Faya-Larjoda və Abeşedə yerləşən üç bazada təxminən 1 000 franslı hərbçi qalmışdı.

    Çad hakimiyyətini, eləcə də fransız hərbçilərinin çıxarılmasını tələb edən Qərbi Afrikanın digər keçmiş müstəmləkələri Mali və Nigeri Parisin təhlükəsizliyi təmin etməkdən daha çox regionda öz mövqelərini qorumağa çalışması qane etmirdi.

    Çadın Baş naziri Allamay Halinanın sözlərinə görə, Ncamenanın Fransa ilə hərbi əməkdaşlığa son qoymaq qərarı “cəsarətli və vətənpərvər” qərardır və Çad xalqı bunu çoxdan gözləyirdi.

  • Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var

    Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, VAZ-2107 avtomobili ilə “Chevrolet” markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • СМИ: Трамп может внести в список покупок Кубу, Тайвань и КНДР

    Избранный президент США Дональд Трамп может внести в “список покупок” не только Гренландию и Канаду, но и Кубу, КНДР и Тайвань.

    Об этом пишет The Hill со ссылкой на экс-сотрудника Пентагона Дугласа Маккинона.

    Иностранные журналисты отмечают, что 47-й президент Соединенных Штатов бизнесмен, и с момента избрания его сделки направлены не на здания и отели, а на страны. Трамп всегда мыслил нестандартно, задавал множество разнообразных вопросов, которые ускользали от других.

    Маккинон задается вопросом, какие же еще страны должны быть в “списке покупок” Трампа, если, к примеру, не для приобретения или сдачи в аренду, а для “ситуационной осведомленности”.

    “Возвращаясь к странам, которые имеют прямые последствия для национальной и безопасности Америки, как насчет Кубы? Добавляя к списку а что, если, что насчет Багам, Гаити, Тайваня или даже Северной Кореи?” – написано в материале.

  • Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər

    ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp “alış siyahısına” təkcə Qrenlandiya və Kanadanı deyil, həm də Kuba, Şimali Koreya və Tayvanı da əlavə edə bilər.

    “The Hill” bu barədə Pentaqonun keçmiş əməkdaşı Duqlas Makkinona istinadən yazır.

    Məlumata görə, ABŞ-nin 47-ci prezidenti biznesmendir və seçildikdən sonra onun sövdələşmələri binalara və hotellərə deyil, ölkələrə yönəlib. Tramp həmişə qeyri-standart düşünüb, başqalarının diqqətindən yayınan çox sayda müxtəlif sual verib.

    Makkinon sual edir ki, əgər məsələn, almaq və ya icarəyə götürmək üçün deyil, vəziyyətdən xəbərdar olmaq üçün Trampın “alış siyahısında” daha hansı ölkələr olmalıdır.