Month: January 2025

  • Подозреваемая в убийстве мужа в Сальянском районе освобождена: задержан другой

    39-летняя Метанет Гусейнова, которая подозревается в убийстве своего мужа в селе Ени Улуханлы Сальянского района, была освобождена.

    По делу об умышленном убийстве местного жителя Рояла Гусейнова (1984 г.р.), пропавшего 18 декабря 2024 года, задержан другой человек, личность которого не разглашается.

    Напомним, что в результате деятельности сотрудников прокуратуры Сальянского района и районного отдела полиции было установлено умышленное убийство Р.Гусейнова.

    Ранее, в результате многочисленных следственных и оперативно-разыскных мероприятий были установлены обоснованные подозрения в том, что 17 декабря 2024 года Метанет Гусейнова (1986 г.р.) во время ссоры на ферме в селе Ени Улуханлы Сальянского района застрелила своего мужа Р.Гусейнова из охотничьего ружья, а на следующий день, чтобы скрыть следы, расчленила тело и выбросила его в коллектор на территории села.

    По данному факту в прокуратуре Сальянского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса Азербайджана, Метанет Гусейнова была задержана в качестве подозреваемой.

    М.Гусейнова является дочерью известного в регионе врача, хирурга Нефтчалинской районной больницы Федаила Салманова, у нее двое детей-подростков.
    //oxu.az

  • Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var

    Salyan rayonunun Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəli bilinən 39 yaşlı Mətanət Hüseynova sərbəst buraxılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı başqa saxlanılan var.

    Xatırladaq ki, Salyan Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib. 2024-cü il dekabrın 17-də 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulmuşdu.

    Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır, iki yeniyetmə övladı var.

  • Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR – İDDİA (VİDEO)

    Gəmidə müqavilə əsasında işləyirlər və 2 aydan çoxdur ki, maaşlarını ala bilmirlər.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət ”Caspian Maritime Trading” LLC-nin əməkdaşlarından gedir.

    Vasif Cəbrayılov da gəminin 14 heyət üzvlərindən biridir. O, deyir ki, onun da müqaviləsi şirkətlə 6 aylıqdır. Amma, iki aydan çoxdur ki, o da digərləri kimi əməkhaqqını ala bilmir.

    Heyət üzvü onu da əlavə edib ki, həmin yük gəmisini Əli adalı şəxs icarə əsasında işlədir. Onlar dəfələrlə icarədardan pulların tələb etsələr də, ala bilməyiblər.

    Məsələ ilə bağlı gəmini icarə əsasında işlədən Əli adlı şəxslə biz də əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Gəmi heyəti məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər.

    Ətraflı süjetdə:

  • Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu – TƏFƏRRÜAT (VİDEO)

    Bakıda 35 yaşlı qadın falçının qurbanı olub.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxtın Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı axtarıb.

    Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı falçı ona müxtəlif dualar yazıb.

    Qadın özəl musiqi dərsləri alır, ifaçılıq sənətinə yiyələnmək istəyir. İddiasına görə, falçını da elə dolanışıq üçün axtarıb və ona inanaraq zinət əşyalarını satıb, işlərinin düzələcəyinə inanıb. Amma, 1 il ərzində nə işi düzəlib, nə də pulu geri qaytara bilib.

    Gənc qadın iddia edir ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.

    İlahiyyat İnsitutundan məzun olduğunu iddia edən Natiq Sabirabad rayonunun Çiçəkli kəndində ruhani kimi fəaliyyət göstərdiyini bildirib. Deyilən iddiaların isə həqiqatlə heç bir əlaqəsi olmadığını deyib.

    Hazırda fakt Xətai Rayon 34-cü polis bölməsi tərəfindən araşdırlır.

    Ətraflı süjetdə:

  • Установлена ​​личность погибшего в результате возгорания автомобиля в Сумгайыте – ВИДЕО (ОБНОВЛЕНО)

    Установлена личность мужчины, погибшего при загадочных обстоятельствах в результате возгорания автомобиля в городе Сумгайыте.

    Как сообщает Report, погибшим оказался 37-летний Фикрет Гасанлы (1986 г.р.).

    Напомним, что утром в поселке Кимьячылар загорелся автомобиль марки Kia с регистрационным номером 50-CT-685, в котором находился человек. Машина и тело погибшего полностью сгорели.

    По данному факту Сумгайытская городская прокуратура проводит расследование.

    * * * * *

    В Сумгайыте произошел трагический инцидент, в результате которого один человек погиб в загоревшемся автомобиле.

    Как передает Median.Аz со ссылкой на Xəzər TV, случай зафиксирован около 6 часов утра.

    По словам владельца транспортного средства Русифа Назарова, соседи заметили пламя и попытались самостоятельно потушить его до приезда пожарных.

    Личность погибшего пока не установлена. Предполагается, что он мог проникнуть в автомобиль с целью кражи.

    На месте происшествия работают сотрудники правоохранительных органов.

    По данному факту ведется расследование.

  • Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU – VİDEO (YENİLƏNİB)

    Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəraitdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, KIA markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

    Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində KIA markalı, 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan bir nəfər yanaraq külə dönüb.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

    * * * * *

    Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərov bildirib ki, hadisə səhər saat 6 radələrində baş verib.

    Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.

    Faktla bağlı araşdırma aparılır.

    Ətraflı süjetdə:

  • Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? – ÜST-dən AÇIQLAMA

    Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto jurnalistlərlə söhbətində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından bəhs edib.

    Bu barədə “Moskovskiy komsomolets” qəzeti məlumat verib.

    Məlumata görə, Peter Siyarto bildirib ki, Qebreyesus ilə söhbət zamanı metapnevmovirusun yayılması ilə bağlı vəziyyəti müzakirə ediblər.

    Siyartonun sözlərinə görə, hazırda ÜST bu xəstəliklə bağlı pandemiya təhlükəsi görmür.

    “ÜST hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası ilə bağlı pandemiya təhlükəsi yoxdur”, – deyə nazir qeyd edib.

    O, həmçinin, ÜST rəhbərinə istinadən əlavə edib ki, hazırda insanların sağlamlığının qorunması sahəsində fövqəladə vəziyyət barədə də söhbət getmir.

  • Ağcabədidə 60 yaşlı kişi özünü başından güllələdi

    Ağcabədidə intihar hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şənlik kəndində qeydə alınıb.

    Kənd sakini, 1965-ci il təvəllüdlü Azər İnqilab oğlu Ağayev yaşadığı evdə odlu silahla başından atəş açaraq özünü öldürüb.

    İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

  • Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək niyyətindədir

    Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.

    “Report”un “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.

    “Hökumət təhsilin pulsuz olmasına çalışır – bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik”, – o deyib.

  • İsrail Azərbaycana yeni səfir təyin edib

    İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub.

    İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.

    Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb. İsrail Azərbaycandan ikinci ən böyük neft idxalçısıdır. Bundan əlavə, iki ölkə arasında müdafiə sektorunda sıx əməkdaşlıq mövcuddur.
    //report