Month: January 2025

  • Позиции азербайджанской армии подверглись обстрелу

    5 января с 22:00 до 22:10 подразделения вооруженных сил (ВС) Армении с позиций в населенных пунктах Дыг и Ханазах Горусского района обстреляли из стрелкового оружия позиции армии Азербайджана в направлении населенных пунктов Забух и Джагазур Лачынского района.

    Об этом сообщили в Министерстве обороны АР.

    “В последние дни ВС Армении несколько раз обстреливали наши позиции, и все эти случаи были должным образом зафиксированы”, – добавили в оборонном ведомстве Азербайджана.

  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

    Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirlik bildirib ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.

  • Экс-чиновница Фонда соцзащиты добивается оправдательного приговора в Верховном суде

    Кассационная жалоба по делу Хаджар Хейри, обвиняемой в присвоении, получении взяток и других преступлениях на посту заведующей сектором адресной социальной помощи и пособий Тертерского районного отделения Государственного фонда социальной защиты, будет рассмотрена Верховным судом 8 января.

    Как сообщает pravda.az, заседание состоится под председательством судьи Видади Джафарова. Х.Хейри добивается вынесения оправдательного приговора.

    Ранее Гянджинский апелляционный суд частично удовлетворил протест государственного обвинителя, изменив приговор Гянджинского суда по тяжким преступлениям. Наказание в виде ограничения свободы на 5 лет (электронный браслет) было ужесточено и заменено на лишение свободы сроком на 8 лет 6 месяцев. Мера пресечения в виде обязательства о невыезде была изменена на арест, и обвиняемая была взята под стражу в зале суда.

    По данным следствия, Хаджар Хейри с 2011 года работала завсектором адресной социальной помощи и пособий Тертерского районного отделения Государственного фонда социальной защиты. За время работы она присваивала деньги граждан и получала от них взятки.

    Потерпевшей стороной по делу признан Государственный фонд социальной защиты при Министерстве труда и социальной защиты населения. Суд первой инстанции постановил взыскать с Х.Хейри 15 432.62 маната в пользу Фонда.

  • Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir

    Mənimsəmə, rüşvətalma və digər cinayətlərdə təqsirləndirilən Həcər Xeyrinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 8-nə təyin edilib.

    Şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

    O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

    Qeyd edək ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə müdafiəçi və zərərçəkmiş şəxs – mülki iddiaçı tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

    Belə ki, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ağırlaşdırılaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbs olunub.

    Xatırladaq ki, zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tanınır. Birinci instansiya məhkəməsi 15 432,62 manat məbləğində pulun tutularaq sözügedən Fonda ödənilməsi qərara alıb.

    İttihama görə, Həcər Xeyri 2011-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində vətəndaşların pulunu mənimsəyərək onlardan rüşvət alıb.

  • В Бинагадинском районе перед школой произошло ДТП

    Перед средней школой №179 в Бинагадинском районе столицы произошло дорожно-транспортное происшествие (ДТП).

    Об этом сообщает Median.Аz со ссылкой на Центр интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел (МВД).

    В результате ДТП светофор с кнопкой для пешехода пришел в негодность.

    Для обеспечения безопасности дорожного движения ЦИУТ МВД установит новый светофор на указанной территории.

  • Məktəbin qarşısında QƏZA – İşıqfor yararsız hala düşdü

    Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, hadisə zamanı 1 ədəd düyməli piyada işıqforu yararsız hala düşüb.

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor quraşdırılacaq.

  • SOCAR усилил меры безопасности

    В связи с резким изменением погодных условий на территории Азербайджана, а также ветреной и нестабильной погодой, были усилены меры безопасности на производственных участках ПО “Азнефть” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Как сообщает Median.Az со ссылкой на SOCAR, выполнение опасных работ ограничено, и в рамках трудовых норм приняты соответствующие меры по охране здоровья людей.

    Наряду с этим во всех отраслях ведется просветительская работа, осуществляется эвакуация с ряда производственных площадей, дислоцированных в море. Текущая ситуация находится под контролем.

  • SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi – SƏBƏB

    Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

    Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

    Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır.

  • МЧС: За праздничные дни найдены тела 10 человек

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана опубликовало статистику аварийно-спасательных операций, осуществленных в нерабочие праздничные дни на основании звонков, поступивших на горячую линию 112.

    Как сообщили в пресс-службе ведомства, соответствующие структуры министерства провели аварийно-спасательные операции по 252 фактам возгорания, 25 случаям пребывания граждан в беспомощном состоянии и шести дорожно-транспортным происшествиям (ДТП). В результате принятых неотложных мер пожары были оперативно потушены.

    Силами МЧС за праздничные дни спасены 28 человек, в том числе пятеро несовершеннолетних, трое получили травмы. Также найдены и переданы соответствующим структурам тела 10 человек.

  • Bayram günlərində 10 nəfərin meyiti tapıldı

    Bayram günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən 10 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

    Belə ki, FHN-in qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğına çıxış, 25 köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, hadisələr zamanı 3 nəfər xəsarət alıb, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.