Month: January 2025

  • Rusiya və İran arasında yeni sazişlə bağlı TƏFƏRÜAT açıqlandı

    Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.

    Bu barədə İslam Respublikası XİN-in rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.

    Onun sözlərinə görə, İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var.

    “Onun mühüm hissəsini ticarət və iqtisadiyyat, energetika, həmçinin müdafiə və təhlükəsizlik məsələləri təşkil edir. Bu saziş 2001-ci ildə (Moskva və Tehran arasında qarşılıqlı münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında) mövcud müqaviləni yeniləyəcək və tamamlayacaq”, – deyə diplomat həftəlik brifinqdə bildirib.

    Baqainin sözlərinə görə, son 20-30 ildə İran və Rusiya əməkdaşlığın həcmini əhəmiyyətli dərəcədə genişləndirib, buna görə də sənədi yeniləmək zərurəti yaranıb.

    Daha əvvəl İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirmişdi ki, Rusiya-İran müqaviləsi 2025-ci il yanvarın 17-də Moskvada iki ölkə prezidentlərinin danışıqları zamanı imzalanacaq.

  • Объявлена дата проведения суда над армянскими военными преступниками, содержащимися под арестом

    Стала известна дата проведения суда над содержащимися под арестом в Баку армянскими военными преступниками.

    Как сообщает Trend, подготовительное заседание суда по уголовному делу назначено на 17 января.

    Напомним, 2 мая 2024 года решением генерального прокурора Азербайджана 1 389 уголовных дел, расследовавшихся в Генпрокуратуре и различных следственных органах республики в связи с частью преступлений, совершенных с октября 1987 года по 22 апреля 2024 года, были объединены в одно производство. Расследование вел следственный состав под руководством Генпрокуратуры, включающий следователей Службы государственной безопасности, Министерства внутренних дел, Государственного таможенного комитета и Военной прокуратуры.

    На основании собранных достоверных доказательств по 2 548 эпизодам преступлений, совершенных вооруженными силами Республики Армения и незаконными вооруженными формированиями, 15 человек – Аркадий Аршавири (Аршавирович) Гукасян, Араик Владимири (Владимирович) Арутюнян, Бако Сааки Саакян, Давид Рубени Ишханян, Давид Клими (Климович) Бабаян, Лева Генрихи Мнацаканян, Давид Азати Манукян, Гарик Григори Мартиросян, Меликсет Владимири Пашаян, Давид Нельсони Аллахвердян, Гурген Гомероси Степанян, Левон Ромики Балаян, Мадат Аракели Бабаян, Василий Ивани Бегларян и Эрик Роберти Газарян были привлечены в качестве обвиняемых по статьям 100 (планирование, подготовка, развязывание и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное перемещение населения), 109 (преследование), 110 (насильственное исчезновение людей), 112 (незаконное лишение свободы вопреки нормам международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженного конфликта), 118 (мародерство), 120 (умышленное убийство), 192 (незаконное предпринимательство), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества/организации), 228 (незаконное приобретение, передача, продажа, хранение, перевозка или ношение оружия, его комплектующих частей, боеприпасов, взрывчатых веществ и устройств), 270-1 (действия, создающие угрозу авиационной безопасности), 277 (посягательство на жизнь государственного или общественного деятеля), 278 (насильственный захват власти и насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований и групп) и другим статьям Уголовного кодекса Азербайджанской Республики за периоды их участия в преступном сообществе. Каждому из них обеспечены права на защиту, использование родного языка и другие процессуальные права. Обвиняемые обеспечены адвокатами.

    По ходатайству следственного органа и представлению прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, судебными решениями в отношении обвиняемых избрана мера пресечения в виде ареста.

  • Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu

    Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum olub

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.

    Qeyd edək ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən dekabrın 16-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. İş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədri Zeynal Ağayevin icraatına verilib.

    Baş Prokurorluğun Mətbuat Xidməti Ermənistan Respublikası və onun silahlı qüvvələri, Ermənistan Respublikasının bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat yayıb.

    Məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

    Bildirilir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

    Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

    Təqsirləndirilən şəxslər vəkillə təmin ediliblər.

    Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

    Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

  • Президент Азербайджана: Мы требуем объективности

    То, что черные ящики самолета ЗАО Azerbaijan Airlines (AZAL) были отправлены в Бразилию, также говорит о том, что мы требуем объективности.

    Об этом Президент Азербайджана Ильхам Алиев сказал на встрече с членами семей погибшего в авиакатастрофе экипажа и выжившими бортпроводниками.

    “Я уже об этом говорил после церемонии прощания с экипажем: если бы мы с первых же минут или же часов увидели со стороны официальных кругов Российской Федерации попытку объективно расследовать эту трагедию, мы бы, скорее всего, согласились с тем, чтобы расшифровка черных ящиков осуществлялась бы Межгосударственным авиационным комитетом. Мы с этой структурой сотрудничали на протяжении десятилетий, и активно сотрудничали. И эта структура, по существу, занималась расследованием авиакатастроф на пространстве бывшего СССР.

    Но когда мы увидели попытку замять это дело, списать это на каких-то птиц или взрыв газового баллона, естественно, сомнения у меня и у азербайджанской общественности в объективности расследования этой структурой были достаточно серьезными”, – сказал глава государства.

    По словам Президента Азербайджана, сейчас идет расшифровка черных ящиков:

    “Уверен, что в ближайшее время мы узнаем предварительный результат, и все встанет на свои места и вся картина произошедшей трагедии будет известна. И это, естественно, будет важным моментом в деле полного расследования этой трагедии и наказания виновных в ней”.

    Напомним, утром 25 декабря пассажирский самолет типа Embraer 190 авиакомпании AZAL, выполнявший рейс Баку – Грозный №J2-8243, потерпел крушение вблизи казахстанского города Актау. На его борту находились 67 человек, включая 5 членов экипажа (37 граждан Азербайджана, 16 – РФ, 6 – Казахстана, 3 – Кыргызстана). По последним данным, в авиакатастрофе погибли 38 человек, в том числе 3 членов экипажа, включая обоих пилотов.

  • Azərbaycan Prezidenti: “Biz obyektivlik tələb edirik”

    “Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.

    “Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur, əsasən, keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı”, – Prezident qeyd edib.

    Onun sözlərinə görə, hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir:

    “Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.

    Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?

    Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrailin təqdim etdiyi siyahıdan 34 girovu azad etməyə razılaşıb.

    Bu barədə “Asharq” telekanalı radikal təşkilatdakı mənbəyə istinadən məlumat verib.

    Onun sözlərinə görə, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verir. Buraya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir.

    Qeyd edildiyi kimi, hərəkat bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək üçün təxminən bir həftə vaxt lazım olacaq.

  • Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək

    Yanvarın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

  • “Qara qutu”ların açılması faciə günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq

    “Qara qutu”ların açılması faciə günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq.

    Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

    Dövlət başçısı bildirib ki, “qara qutu”ların açılması prosesi başlanmışdır:

    “Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.

    “Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.

  • В Азербайджане в декабре из незаконного оборота изъято более 246 кг наркотиков

    В декабре прошлого года в Азербайджане из незаконного оборота изъято 246.5 кг наркотических средств и 833 таблетки с сильнодействующими наркотическими веществами.

    Об этом говорится в обзоре Государственной пограничной службы (ГПС) за декабрь.

    В ходе борьбы с контрабандной деятельностью изъяты товары общей стоимостью 2 млн 200 тыс. 92 маната. Среди них – лекарственные препараты, алкогольные напитки, табачные изделия и патроны к пистолету Canik 55.

  • Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub

    2024-cü ilin dekabr ayında 246 kiloqram 496 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 833 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ilin dekabr ayı üzrə yaydığı icmalda bildirilib.

    Qeyd edilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 200 min 92 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, “Canik 55” tapançasına məxsus patronlar aşkar olunaraq götürülüb.