Month: January 2025

  • Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI – VİDEO

    Aktyor Azər Baxşəliyevin son səs yazısı yayılıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, efirdə onun noyabrdakı səsli mesajı paylaşılıb.

    “Əməliyyata griməliyəm. Heç yerdə demirəm, böyrək əməliyyatı olunmalıyam. Ona görə də, heç yerə, işə də getmirəm. İnşallah əməliyyata girim-çıxım, salamatlıq olsun gələcəyəm”, – deyə səsdə qeyd olunub.

    Qeyd edək ki, aktyor Azər Baxşəliyev yanvar ayının 5-i poliorqan çatışmazlığından dünyasını dəyişdi.

    Ətraflı süjetdə:

  • Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir

    “Xəzər axşamı” verilişində qonaq olan aktyor Elşən Orucov dostu Nicat Rəhimovla bağlı açəqlaması ilə diqqət çəkib.

    AZXEBER.COM xəbər verir ki, Elşən, Nicatın da verilişə qatılmalı olduğunu, amma səhhəti ilə bağlı gələ bilmədiyini deyib.

    “Bu gün Nicat da aramızda olmalı idi. Yanımızda olmaması yalnış anlaşılmasın. Nicat diabet xəstəsidir və dörd gündür şəkəri düşmür. Gəlirdi, yoldan biz qaytardıq. Xahiş etdik ki, gəlməsin, dincəlsin” deyə aktyor bildirib.

  • “Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm”- İlkin Həsəni

    “15 ildən sonra ilk dəfə atamın göz yaşlarını gördüm”.

    Bu sözləri aktyor, aparıcı İlkin Həsəni “Xəzər axşamı” verilişində deyib.

    Azər Baxşəliyevdən danışan İlkin, onun xatirəsini hər zaman yaşadacaqlarını bildirib:

    “Azər aramızda olmasa da biz onun xatirəsini hər zaman yaşadacağıq. İstər ailəsinin, istərsə də balaca Züleyxa balamızın hər zaman yanında olacağıq. Mən atamın göz yaşlarını 15 il bundan qabaq öz dostunu itirdiyi zaman görmüşdüm, bir də dünən Azəri dəfn edəndə gördüm. Atam mənə dedi ki, mən həm oğlumun dostunu itirmişəm, həm də öz dostumun oğlunu”.
    //azxeber

  • Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü

    Bakıda 50 yaşlı kişi sevgilisinin evində ölüb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.

    1988-ci il təvəllüdlü F.Məhərrəmovanın evində qonaq olan 1974-cü il təvəllüdlü X.Kərimov gecə saat 1 radələrində hamam otağında qəfil vəfat edib. Onun ürək çatışmazlığından ölməsi müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Fənərbağça” klubu kubok oyununda iştirak etməyəcək

    “Fənərbağça”nın idarə heyəti bu gün keçiriləcək İcraiyyə Komitəsinin iclasında Türkiyə Kubokunda iştirakla bağlı qərar qəbul edəcək.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, iclasda Superliqadakı hakimlər idarəsi ilə birlikdə klubun Türkiyə Kuboku ilə bağlı qərarının müzakirə ediləcəyi gözlənilir.

    “Fənərbağça” klubunun Türkiyə Kuboku matçına əsas komanda ilə deyil, U-19 komandası ilə çıxacağı ehtimal edilir.

    Qeyd edək ki, “Fənərbağça” klubu ötən il keçirilən Türkiyə Superkuboku matçında “Qalatasaray”la görüşə də U-19 komandası ilə meydana çıxıb, iki dəqiqə sonra isə meydanı tərk edib.

  • Стала известна дата суда по уголовному делу Рубена Варданяна

    Стала известна дата суда по уголовному делу Рубена Варданяна.

    Подготовительное заседание суда назначено на 17 января.

    Уголовное дело будет рассмотрено в Бакинском военном суде под председательством судьи Зейнала Агаева.

    Отметим, что в Главном следственном управлении Службы государственной безопасности (СГБ) Азербайджана было проведено расследование уголовного дела по фактам терроризма, финансирования терроризма, преступлений против мира и человечности против Азербайджанской Республики и ее народа, военных преступлений и многих других преступлений.

    Рубен Карленович Варданян, который был гражданином России, а в настоящее время является гражданином Армении, учредитель и руководитель компании “Тройка Диалог”, член Совета директоров ОАО “КАМАЗ” в РФ, независимый директор группы компаний “Волга-Днепр” в этой стране и работавший на других должностях, 25 сентября 2023 года был привлечен в качестве обвиняемого по ст. 214-1, 279.3 и 318.1 УК Азербайджана, в его отношении был объявлен розыск, 27 сентября 2023 года он был задержан и передан следствию, в этот же день ему было предъявлено обвинение.

    Рубену Варданяну, обвиняемому на основании собранных неопровержимых доказательств, было предъявлено окончательное обвинение по ст. 100, 107, 109, 112, 113, 114, 115, 116, 214, 214-1, 218, 228, 270-1, 278, 279, 318 УК АР и в связи с другими деяниями, предусмотренными другими статьями, в связи с участием в преступном формировании, охватывающем незаконные вооруженные формирования и вымышленную “нагорно-карабахскую республику”, созданную на оккупированных Арменией территориях Азербайджана.

    В ходе следствия были обеспечены право на защиту обвиняемого, использование языка, которым он владеет, и другие процессуальные права. Обвиняемому были предоставлены адвокаты по его выбору, а представленные им и его адвокатами ходатайства были рассмотрены в соответствии с требованиями уголовно-процессуального законодательства, и приняты соответствующие решения.

    Обвиняемый Рубен Варданян и другие участники уголовного процесса были проинформированы о завершении предварительного следствия, они были ознакомлены со всеми материалами уголовного дела, включая вещественные доказательства, документы, заключения экспертов и др.

    Обвинительное заключение по уголовному делу было утверждено генеральным прокурором Азербайджанской Республики 28 декабря 2024 года и направлено на рассмотрение в Бакинский военный суд.

  • Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub

    Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

    Cnayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.

    Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

    Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında deyilir ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

    Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

    İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

    İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

    Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

  • В бакинской тюрьме скончался заключенный

    В Баку умер заключенный.

    Как сообщает lent.az, инцидент зафиксирован в одном из столичных исправительных учреждений Пенитенциарной службы.

    Скончался отбывавший там наказание Сабир Алиев.

    По информации, причиной его смерти стала болезнь.

    Отметим, что это второй случай смерти заключенного в бакинских тюрьмах, зафиксированный в 2025 году.

  • Bakı həbsxanasında daha bir məhkum öldü

    Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Sabir Alıyev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 2-ci ölüm hadisəsidir.

  • МИД Ирана: Договор с Россией будет включать вопросы обороны

    Договор о всеобъемлющем стратегическом партнерстве между Россией и Ираном будет касаться, в том числе вопросов обороны и безопасности.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил официальный представитель МИД исламской республики Исмаил Багаи.

    “Соглашение о сотрудничестве между Ираном и Россией имеет различные аспекты. Его важную часть составляют вопросы торговли и экономики, энергетики, а также обороны и безопасности. Это соглашение обновит и дополнит существующий договор [об основах взаимоотношений и принципах сотрудничества между Москвой и Тегераном] от 2001 года”, – сказал дипломат на еженедельном брифинге.

    Как отметил Багаи, “за последние 20-30 лет Иран и Россия существенно расширили объемы сотрудничества, поэтому возникла необходимость обновить документ”.

    Ранее посол исламской республики в РФ Казем Джалали сообщил, что российско-иранский договор будет подписан 17 января 2025 года в Москве в ходе переговоров президентов двух стран.