Month: January 2025

  • АЖД: Кража кабеля привела к срыву графика движения поезда Баку-Агстафа

    Кража кабеля на железнодорожных путях привела к сбою в работе сигнальных приборов и срыву графика движения поезда Баку-Агстафа.

    Об этом сообщили в пресс-службе “Азербайджанских железных дорог”.

    Инцидент произошел накануне, 28 января. Около 19 часов на участках Евлах-Ляки и Ляки-Евлах переездные светофоры постоянно показывали красный сигнал. При осмотре места происшествия выяснилось, что причиной сбоя стала кража 10-метрового кабеля, питающего эти светофоры.

    В результате поезд Баку-Агстафа прибыл на станцию Евлах с опозданием на 1 час 15 минут, а на станцию Агстафа – на 1 час 11 минут.

    Правоохранительные органы уже проинформированы об инциденте, ведется расследование.

  • Kabel xəttinin kəsilərək oğurlanması Bakı-Ağstafa qatarının hərəkətinə mane olub

    Yanvarın 28-də dəmir yollarında oğurluq hadisəsi işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib.

    Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

    Belə ki, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib. Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır.

    Nəticədə Bakı-Ağstafa qatarı Yevlax stansiyasına 1 saat 15 dəqiqə, Ağstafa stansiyasına isə 1 saat 11 dəqiqə gecikmə ilə çatıb.

    Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

    Təhlükəli zona olan dəmir yollarına kənar müdaxilələr infrastruktura ciddi zərər vurur, qatarların qrafikdən çıxmasına səbəb olur və hərəkətin təhlükəsizliyinə təhdid törədir.

  • Сегодня исполняется 100 лет со дня рождения легендарного Тофика Бахрамова

    Сегодня исполняется 100 лет со дня рождения всемирно известного азербайджанского футбольного арбитра Тофика Бахрамова.

    Человек, чье имя навсегда вписано в историю мирового футбола, родился в 29 января 1925 году в Баку.

    Путь Тофика Бахрамова в футболе начался в 1940 году, когда в возрасте 15 лет он начал играть за молодежную команду “Спартак”. Позже он перешел в клуб “Нефтяник” (ныне “Нефтчи”). Однако серьезная травма ноги поставила крест на его карьере футболиста. Но Бахрамов не отчаялся и решил продолжить свой путь в качестве судьи.

    Уже в 26 лет Тофик Бахрамов начал судить матчи чемпионата СССР, а спустя 14 лет получил звание судьи международной категории. Его звездный час настал в 1966 году, когда он был приглашен на чемпионат мира в Англию.

    Бахрамов был назначен лайнсменом на легендарный финальный матч между сборными Англии и ФРГ на стадионе “Уэмбли”. Именно он засчитал спорный гол Джеффри Херста, который впоследствии принес победу англичанам. Это историческое решение сделало Бахрамова единственным лайнсменом в истории, получившим “Золотой свисток” – награду, которая обычно вручается только главным судьям. После этой встречи королева Великобритании подарила ему золотой свисток и копию футбольного кубка с богиней Никой.

    Всего на ЧМ-1966 Тофик Бахрамов был главным судьей одного матча и лайнсменом в трех играх. Он также судил матчи ЧМ-1970 в Мексике, ЕВРО-1968 и ЕВРО-1972. Бахрамов стал первым азербайджанским и совестким арбитром, назначенным на финал еврокубков – в 1972 году он судил финал Кубка УЕФА между “Вулверхэмптоном” и “Тоттенхэмом”.

    Он также судил матч Межконтинентального кубка 1972 года между “Аяксом” и “Индепендьенте” и был лайнсменом в матче “Эстудиантес” – “Манчестер Юнайтед”.

    После завершения карьеры в 1975 году Тофик Бахрамов продолжил вносить вклад в развитие азербайджанского футбола, занимаясь обучением молодых судей. Он стал первым председателем Комитета судей АФФА, а позже – генеральным секретарем организации.

    Тофик Бахрамов скончался 26 марта 1993 года, но память о нем живет. Главный стадион Баку носит его имя, там же установлен памятник легендарному арбитру. О его жизни снят документальный фильм.

  • Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür

    Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür.

    Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da anadan olub.

    Dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.

    Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. Tofiq Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.

    Tofiq Bəhramova dünya şöhrəti gətirən oyun isə 1966-cı il İngiltərədə keçirilən dünya çempionatının final qarşılaşması olub. Almaniya – İngiltərə final matçında yan xətt hakimi kimi yaşıl meydanda olan Tofiq Bəhramov qarşılaşmada Cef Hertzin qapı xəttindən keçən qolunu qeydə alıb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.

    Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Respublika stadionu onun adını daşıyır.

    Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib. Onun 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçiriləcək.

  • ВБ утвердил новую программу партнерства с Азербайджаном

    Совет директоров Группы Всемирного банка (ВБ) утвердил новую Программу партнерства с Азербайджаном (Country Partnership Framework, CPF).

    Как сообщает Report, документ определяет направления стратегических отношений банка со страной на следующие 5 лет и будет поддерживать переход Азербайджана к более конкурентоспособной, зеленой и инклюзивной экономике, а также помогать в решении основных задач развития страны.

    Эта стратегия сфокусирована на достижении двух результатов – повышении производительности, устойчивости экономики и улучшении занятости.

    ВБ окажет поддержку Азербайджану в следующих направлениях:

    Улучшение бизнес-среды и создание большего числа качественных рабочих мест, включая поддержку создания рабочих мест, развитие микро-, малого и среднего предпринимательства, расширение доступа к финансовым ресурсам с акцентом на устойчивое, зеленое финансирование, продвижение инклюзивности через поддержку женщин-предпринимателей и уязвимых групп.

    Укрепление транспортной и цифровой взаимосвязи, включая развитие Среднего коридора, улучшение цифровизации, продвижение внедрения новых технологий, таких как искусственный интеллект.

    Ускорение перехода к возобновляемой энергетике, включая укрепление инфраструктуры передачи энергии, привлечение частных инвестиций в проекты возобновляемой энергетики и системы хранения энергии, а также продвижение зеленых энергетических коридоров.

    Расширение адаптации к изменению климата, включая устойчивые к климатическим воздействиям городские экосистемы, в том числе зеленые здания, климатически оптимизированные сельскохозяйственные практики, а также водную безопасность и эффективность, в том числе с участием частного сектора.

  • Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olunub

    Dünya Bankı Qrupunun Direktorlar Şurası bu gün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) təsdiq edib.

    ÖTÇ növbəti beş ildə ölkə ilə strateji münasibətlərin istiqamətlərini müəyyənləşdirir və Azərbaycanın daha rəqabət qabiliyyətli, daha yaşıl və inklüziv iqtisadiyyata keçidini və ölkənin qarşısında duran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyi dəstəkləyəcək.

    Bu strategiya iki yüksək səviyyəli nəticəyə fokuslanıb: məhsuldarlığın artırılması və daha yaxşı məşğulluq, iqtisadiyyatın dayanıqlığı, dözümlülüyünün artırılması. ÖTÇ Azərbaycanda xüsusən aşağıdakıları dəstəkləyəcək:

    – Biznes mühitinin təkmilləşdirilməsi və daha çox, daha yaxşı məşğulluq imkanları, o cümlədən, iş yerlərinin yaradılmasına, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, davamlı, yaşıl maliyyəyə diqqət yetirməklə maliyyə resurslarına çıxışın genişləndirilməsi, qadın sahibkarlara və həssas qruplara dəstək vasitəsilə inklüzivliyin təşviq olunması.

    – Nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi, o cümlədən, ticarət və tranzit üçün Orta Dəhlizin inkişaf etdirilməsi, rəqəmsallaşdırma və rəqəmsal bağlantıların təkmilləşdirilməsi, süni zəka kimi yeni texnologiyaların tətbiqinin təşviq olunması.

    – Bərpaolunan energetikaya keçidin sürətləndirilməsi, o cümlədən, enerjinin ötürülməsi infrastrukturunun gücləndirilməsi, bərpaolunan energetika layihələrinə, batareya saxlanclarına özəl investisiyaların cəlb olunması və yaşıl energetika dəhlizlərinin təşviq olunması.

    – İqlim dəyişmələrinə uyğunlaşmanın genişləndirilməsi, o cümlədən, yaşıl binalar da daxil olmaqla iqlim dəyişimlərinin təsirinə dözümlü şəhər ekosistemləri, iqlim baxımdan ağıllı kənd təsərrüfatı praktikaları, habelə özəl sektorun iştirakı da daxil olmaqla su təhlükəsizliyi və səmərəliliyi.

    “Bu ÖTÇ Azərbaycanın daha dayanıqlı və firavan gələcəyə doğru transformasiyasını dəstəkləmək öhdəliyimizi əks etdirir, – Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister deyib. -Əminik ki, tərəfdaşlığımız Azərbaycana iqtisadi potensialını tam şəkildə reallaşdırmağa kömək edəcək”.

    BYİB, IFC və MIGA arasında əməkdaşlıq ÖTÇ-nin məğzini təşkil edir. O, investisiyalar və məsləhət xidmətlərinin kombinasiyası vasitəsilə həyata keçiriləcək. Dünta Bankı həmçinin inkişafa təsiri maksimum dərəcədə artırmaq üçün digər inkişaf tərəfdaşları və özəl sektorla sıx işləyəcək.

    “IFC Azərbaycanda davamlı inkişafa sadiqdir. Bu məqsədlə o, infrastruktur, enerjiyə çıxış, yaşıl maliyyə, kənd təsərrüfatı, su, nəqliyyat və rəqəmsal bağlantılar kimi vacib sektorları gücləndirmək üçün özəl investisiyaları səfərbər edəcək. Bu səylər iqtisadi artımı, iş yerlərinin yaradılmasını və davamlılığı təşviq etmək məqsədi daşıyır”, – IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib.

    ÖTÇ Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına və iqlim dəyişmələri, qeyri-bərabərlik və kövrəklik kimi qlobal çağırışların həllinin vacibliyini vurğulayan Dünya Bankının Təkamül Yol Xəritəsinə uyğundur.

    Xatırladaq ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub. Həmin ildən indiyədək Dünya Bankı ölkəni iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş 50-dən çox investisiya layihəsi vasitəsilə dəstəkləyib. Azərbaycan həmçinin potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün müxtəlif məsləhət və texniki yardım proqramlarından faydalanmışdır.

    Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. O vaxtdan bəri IFC Azərbaycana təxminən 900 milyon ABŞ dolları sərmayə qoyub, və maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrində 60-a yaxın layihəni maliyyələşdirib. O, həmçinin, biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, kiçik və orta sahibkarlıq, aqrobiznes sahələrində məsləhət xidmətləri göstərib.
    //report

  • МИД ДРК: Более 500 тыс. человек в республике покинули свои дома

    Более 500 тыс. человек были вынуждены покинуть свои дома в Демократической Республике Конго (ДРК) в январе из-за боевых действий между повстанцами из группировки “Движение 23 марта” (М23) и правительственными войсками на востоке страны.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявила глава МИД ДРК Тереза Вамба Вагнер.

    “Гуманитарная ситуация продолжает ухудшаться, только за январь число внутренне перемещенных лиц в провинциях Южное и Северное Киву превысило 500 тыс. человек”, – сказала она на заседании Совета Безопасности ООН по ситуации в ДРК, отметив, что за последние сутки в результате боестолкновений в медицинские центры Международного комитета Красного Креста были доставлены более 100 человек.

    “Они (группировки M23 – ред.) оккупировали наши города и деревни, выгнали наших граждан из домов и сформировали параллельную администрацию в нарушение международного права и четкой позиции этого Совета”, – добавила глава конголезского МИД.

    В последние три недели повстанцы из группировки М23 ведут новое наступление на Гому. Их передовые отряды приблизились к административному центру провинции Северное Киву.

  • Konqo XİN: Ölkənin 500 mindən çox sakini evlərini tərk edib

    Yanvar ayında Konqo Demokratik Respublikasında “23 Mart Hərəkatı” (M23) qruplaşmasının üsyançıları ilə ölkənin şərqindəki hökumət qüvvələri arasında hərbi əməliyyatlar səbəbindən 500 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qaldı.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Konqonun xarici işlər naziri Tereza Vamba Vaqner bildirib.

    “Humanitar vəziyyət pisləşməkdə davam edir, təkcə yanvar ayında Cənubi və Şimali Kivu əyalətlərində məcburi köçkünlərin sayı 500 min nəfəri keçdi”, – o, BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

    “Onlar (M23 qruplaşmaları – red.) şəhərlərimizi və kəndlərimizi işğal etdilər, vətəndaşlarımızı evlərindən qovdular, beynəlxalq hüquqa və bu Şuranın aydın mövqeyinə zidd olaraq paralel idarəetmə qurdular”, – nazir vurğulayıb.

    Son üç həftə ərzində M23 üsyançıları Qoma şəhərinə qarşı yeni hücum həyata keçirirlər. Onların ön dəstələri Şimali Kivu əyalətinin inzibati mərkəzinə yaxınlaşıb.

  • Итальянский парламент одобрил указ о продолжении военной помощи Украине

    Нижняя палата парламента Италии одобрила указ о продлении оказания помощи, главным образом военной, Украине до 31 декабря 2025 года.

    Как передает Median.Az со ссылкой на агентство ANSA, этот указ уже ранее прошел одобрение в верхней палате (Сенате).

    За правительственное решение проголосовали 192 депутата, не только из правящей коалиции, но и от некоторых оппозиционных партий, включая крупнейшую Демократическую. Против высказался 41 депутат из “Движения “5 звезд”, которое давно выступает за прекращение снабжения Киева оружием, и Альянса зеленых и левых.

    Впервые решение о направлении Украине оружия было одобрено почти единогласно в марте 2022 года, еще при предыдущем созыве парламента и другом правительстве. После выборов осенью 2022 года новый состав парламента на основе нового большинства подтвердил продолжение поставок оружия. За все это время Рим сформировал девять пакетов военной помощи, перечень которой засекречен. Хотя известно, что Италия передала Украине как минимум два комплекса ПВО Samp-T.

    Министр обороны Италии Гуидо Крозетто, представляя указ о продлении военной помощи, выразил надежду, что 10-го пакета не понадобится.

  • İtaliya parlamenti Ukraynaya hərbi yardımın davam etdirilməsi haqqında fərmanı təsdiqləyib

    İtaliya parlamentinin Aşağı palatası Ukraynaya hərbi yardımın 2025-ci il dekabrın 31-dək uzadılması haqqında fərmanı təsdiqləyib.

    Fərman artıq Yuxarı palatada (Senatda) təsdiqlənib.

    Hökumətin qərarının lehinə təkcə hakim koalisiyadan deyil, bəzi müxalifət partiyalarından, o cümlədən ən böyük Demokrat Partiyasından da olmaqla ümumilikdə 192 deputat səs verib. Uzun müddətdir Kiyevə silah tədarükünün dayandırılmasını müdafiə edən “Beş ulduz” Hərəkatı, Yaşıllar və Solçular Alyansının 41 deputatı sənədin əleyhinə səs verib.

    Ukraynaya silah göndərilməsi barədə qərar ilk dəfə 2022-ci ilin martında, parlamentin və fərqli hökumətin əvvəlki çağırışı zamanı, demək olar, yekdilliklə təsdiqlənib. 2022-ci ilin payızında keçirilən seçkilərdən sonra yeni çoxluğa əsaslanan yeni parlament silah tədarükünün davam etdirildiyini təsdiqləyib. Bütün bu müddət ərzində Roma siyahısı məxfi olan doqquz hərbi yardım paketi formalaşdırıb.

    İtaliyanın müdafiə naziri Quido Krozetto hərbi yardımın uzadılmasına dair fərmanı təqdim edərək, 10-cu paketə ehtiyac olmayacağına ümidini ifadə edib.