Month: January 2025

  • США поставят Польше противорадиолокационные ракеты

    США и Польша подписали контракт на поставку польским ВВС противорадиолокационных ракет AGM-88G AARGM-Er.

    Об этом сообщила пресс-служба Минобороны Польши.

    “Соглашение было заключено между Государственным казначейством – министерством национальной обороны и правительством США. Его предметом является поставка более 200 ракет AGM-88G AARGM-ER (Advanced Anti-Radiation Guided Missiles – Extended Range), самонаводящихся на источник электромагнитного излучения”, – говорится в сообщении.

    По данным ведомства, стоимость контракта составляет около $745 млн.

    “Дальность поражения наземных целей составляет более 200 км”, – сообщили в Минобороны.

    Как прокомментировал соглашение глава ведомства Владислав Косиняк-Камыш, сегодняшнее соглашение является огромным шагом вперед с точки зрения потенциала польских ВВС. По его словам, закупка ракет AGM-88G позволит в полной мере реализовать возможности польских пилотов и самолетов F-35.

  • ABŞ Polşaya radar əleyhinə raketlər göndərəcək

    ABŞ və Polşa AGM-88G AARGM-Er radar əleyhinə raketlərinin təchizatı ilə bağlı müqavilə imzalayıblar.

    Bu barədə Polşa Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Müqavilə 200-dən çox AGM-88G AARGM-ER özünüidarə edən raketin təchizatını nəzərdə tutur.

    Rəsmi məlumata görə, sazişin dəyəri təxminən 745 milyon dollar təşkil edir. Yerüstü hədəflərin vurulma məsafəsi 200 km-dən çoxdur.

    Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış razılaşmanı şərh edərək bildirib ki, müqavilə ölkəsinin Hava Qüvvələrinin potensialı baxımından böyük irəliləyişdir. Onun sözlərinə görə, AGM-88G raketlərinin alınması, Polşa pilotlarının və F-35 təyyarələrinin tam potensialından istifadə etməyə imkan verəcək.

  • 113 yaşlı seçici səsvermədə iştirak etdi

    113 yaşlı Cahan nənə bələdiyyə seçkisində səsvermədə iştirak edib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, 1912-ci il təvəllüdlü Cahan Həsən qızı Məmmədova İmişlinin Qaraqaşlı kənd sakinidir.

    O, qeydiyyatda olduğu 81 saylı İmişli seçki dairəsi üzrə 29 nömrəli seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

  • Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib

    Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, yanvarın 28-də Babək rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

    İbtidai istintaq davam edir.

  • Сколько человек на данный момент проголосовали на муниципальных выборах?

    В Центральную избирательную комиссию (ЦИК) Азербайджана поступили обновленные данные об активности избирателей по округам.

    Об этом заявил руководитель Информационного центра ЦИК Фарид Оруджов.

    По его словам, по состоянию на 17:00, по республике проголосовал 1 715 291 человек, средняя явка избирателей – 28.77%.

    Все избирательные участки предоставили в ЦИК предварительные данные о явке, добавил Ф.Оруджов.

  • 17:00-a qədər bələdiyyə seçkisində neçə nəfər səs verib?

    Mərkəzi Seçki Komissiyasına dairələr üzrə seçici fəallığı haqqında yeni məlumatlar daxil olub.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkisində saat 17:00-a olan aktivliyi açıqlayarkən deyib.

    O bildirib ki, məntəqələrin hamısı ilkin hesabatları MSK-ya təqdim edib.

    İnformasiya mərkəzinin müdiri əlavə edib ki, respublika üzrə bu saata qədər 1 715 291 nəfər səs verib, orta hesabla seçici fəallığı 28.77 faizdir.
    //oxu.az

  • Опрос: Рейтинг партии Пашиняна упал до минимального уровня

    Только 11.3% граждан Армении готовы проголосовать за правящую партию “Гражданский договор”, если бы парламентские выборы состоялись в ближайшее воскресенье.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщил на пресс-конференции глава представительства Gallup International Аssociation Арам Навасардян.

    “Это самый низкий показатель с 2018 года”, – отметил он.

    По его словам, об этом стало известно по итогам опроса, проведенного 20-22 января среди из 1.1 тыс. граждан.

    На втором месте рейтинга после партии премьера страны Никола Пашиняна расположилась партия ДОК, созданная скандально известным видеоблогером Варданом Гукасяном (“Дог”), за ДОК готовы проголосовать 6.8% опрошенных. Замыкает тройку блок “Айастан” второго президента Роберта Кочаряна с рейтингом в 6.5%.

  • Nikol Paşinyanın partiyasının reytinqi minimal səviyyəyə düşüb

    Əgər yaxın bazar günü Ermənistanda parlament seçkisi keçirilsəydi, vətəndaşların yalnız 11.3 %-i hakim Vətəndaş Sazişi Partiyasına səs verərdi.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Gallup International Association”ın nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.

    “Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir”, – deyə o qeyd edib.

    A.Navasardyanın sözlərinə görə, bu, 20-22 yanvar tarixlərində 1.1 min vətəndaş arasında keçirilmiş sorğunun nəticələrinə əsasən məlum olub.

    Baş nazir Nikol Paşinyanın partiyasından sonra reytinqdə ikinci yerdə qalmaqallı videobloqer Vardan Qukasyan (“Doq”) tərəfindən yaradılan DOK Partiyası qərarlaşıb. DOK-a respondentlərin 6.8 faizi səs verməyə hazırdır. İlk üçlüyü 6.5 % reytinqlə ikinci prezident Robert Koçaryanın “Hayastan” bloku tamamlayır.

  • Türkiyə Prezidenti Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilmiş Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşünün iştirakçılarını qəbul edib.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

  • Niyam Salaminin 500 minlik qalmaqalı: Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir – FOTO

    Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salaminin 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilməsi ilə bağlı məsələnin bəzi təfərrüatı məlum olub.

    Oxu.az-a açıqlama verən N.Salaminin vəkili Azər Xudiyev qarşı tərəfin iddialarının doğru olmadığını bildirib.

    Hüquqşünas N.Salaminin məhkəmədə imzasını əvvəlcə təsdiq edib, sonra isə dəyişdirdiyi ilə bağlı iddiaların qətiyyən doğru olmadığını, birinci instansiya məhkəməsində və apellyasiya şikayəti zamanı şahidlərin dindirilməsi və imzanın düzgünlüyünün yoxlanması üçün texniki ekspertizaya göndərilməsi üçün vəsatət qaldırdıqlarını bildirib:

    “Birinci instansiya məhkəməsində də biz şahidlərin dindirilməsini tələb etdik və vəsatət qaldırdıq ki, kağızın üzərindəki xətt texniki ekspertizaya göndərilsin. Həmin vaxtı Niyam bəyin hüquqi işlərini görən Xətai adlı şəxs, soyadını bilmirəm, üç-dörd ədəd A4 formatındakı ağ, boş kağıza imza atdırıb Niyam bəyə. Bu barədə o özü apellyasiya məhkəməsində də ifadə verdi, hətta dedi ki, biz müğənnilərlə işləyirik deyə üç-dörd ağ vərəqə imza atdırırıq ki, özləri burada olmayanda, qastrol səfərində və ya toyda olanda restoran işində onun əvəzindən müqavilələrin üstünü yazırıq, doldururuq, bağlayırıq. Xətai bəy işdən ayrılanda isə Niyam bəyin bütün sənədləri ilə birlikdə bu imzalı boş kağızları da verib Tural bəyə. Sonradan Tural götürüb Niyamın adından həmin o imzalı ağ kağızın üzərinə öz istədiyi kimi mətn yazıb ki, “500 000 manat almışam və mən onu aybaay qaytarmağı öhdəmə götürürəm”. Bu, tamamilə cəfəngiyyatdır, əsassızdır”.


    A.Xudiyev onu da vurğulayıb ki, Şirvan Kommersiya Məhkəməsi onların qaldırdıqları vəsatəti qəbul etməyib:

    “Bizim ekspertiza və şahidlərin dindirilməsi ilə bağlı vəsatətimiz qəbul edilmədi. Biz də apellyasiya şikayəti verdik və apellyasiya şikayəti zamanı hakimlərin nəzərinə çatdırdıq ki, şahidlərimiz var. Həmin məhkəmədə Niyam bəyin əvvəlki vəkili Xətai özü və guya 500 000 manatlıq müqavilə imzalananda orada olduqları deyilən şahidlər də iştirak edirdilər və şahidlər müqavilə ilə bağlı deyilənlərin tamamilə əsassız olduğunu söyləyərək, bildirdilər ki, Niyamın yanında ancaq icarə müqavilələri imzalananda olublar və onların yanında Niyam ancaq ağ kağıza imza atıb.

    Hakimlər də belə qərara gəldilər ki, bu məsələ şübhə doğurduğu üçün iş texniki ekspertizaya getməlidir. Beləcə, apellyasiya məhkəməsində vəsatətimiz təmin olundu və materiallar ekspertizaya göndərildi. Hazırda xəttin müəyyənləşdirilməsi texniki ekspertizada olduğu üçün biz cavab gözləyirik. Yəni bu proses bağlanmayıb, davam edir”, – deyə hüquqşünas bildirib.