Month: January 2025

  • Президент Ильхам Алиев проголосовал на избирательном участке №1

    29 января в Азербайджане проходят очередные муниципальные выборы.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджанской Республики Ильхам Алиев проголосовал на избирательном участке №1, расположенном в средней школе №6 Сабаильского избирательного округа №7 города Баку.

    Войдя в помещение для голосования, Президент Ильхам Алиев взял избирательный бюллетень, прошел в кабину и затем опустил бюллетень в урну.

    Отметим, что на избирательном участке №1 Сабаильского избирательного округа №7 города Баку зарегистрировано 576 избирателей. По этому округу борьбу ведет 31 кандидат.

  • Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

    Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkisi keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

    Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

    Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

  • Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir? – Video

    Bəzən bir sıra şirkət və müəssisələrdə əmək haqqının gecikdirilməsi kimi neqativ hallar müşahidə edilir. Hətta elə iş yerləri var ki, maaş gecikməsinə mütəmadi rast gəlindiyindən bunu normal hal kimi qəbul edirlər. Belə olan halda işçinin hüquqları nədən ibarətdir?
    Hsuqşünas Hikmət Əliyev işçinin gecikdirilən hər günə görə məhkəmədə iddia qaldıraraq kompensasiya tələb etmə hüququ olduğunu vurğulayıb.
    O, bu barədə “Xəbərin olsun” verilişinə açıqlamasında bildirib:
    “Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəf işçinin maaşını vaxtında və tam ödəmək öhdəliyi daşıyır. Maaşın gecikdirildiyi hər gün üçün isə məhkəmədə iddia qaldırmaqla ağılabatan həddə kompensasiya tələb etmək mümkündür”.
    Hər gecikdirilən gün üçün isə işçiyə əmək haqqının bir faizi ödənilməldir. Bu problem Əmək Məcəlləsinin “Əmək Mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
    Ətraflı videoda:

  • DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib

    Yasların təşkili ilə bağlı ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir.

    Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

    Qeyd edilib ki, yas mərasimləri dini tərəflərə malik olmaqla yanaşı, həm də sosial-mədəni proseslərin tərkib hissəsidir.
    “Azərbaycanın müxtəlif bölgələrində yerli sakinlər, ictimaiyyət nümayəndələri tərəfindən irəli sürülən bu cür təşəbbüslər ümumilikdə uzun müddət cəmiyyətdə gedən müzakirələrin nəticəsi kimi meydana çıxıb. Yas mərasiminin təşkili normativ-hüquqi aktlarla tənzimlənən proses deyil və bununla bağlı hər hansı dövlət orqanının üzərinə düşən konkret səlahiyyətlər yoxdur. Lakin bu mərasimlərdə ifratın və təmtərağın qarşısının alınması barədə təşəbbüslər müsbət qiymətləndirilə bilər. Hesab edirik ki, yas mərasimlərinin təşkili ilə bağlı uzun illər ərzində formalaşmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir”.

  • Putin müharibənin bitəcəyi tarixi açıqladı

    Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
    Onun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra başlayıb.
    Putin bildirib ki, o zaman söhbət Ukrayna qoşunlarının Donbassdan çıxmasından gedirdi.
    Rusiya prezidenti qeyd edib ki, 2022-ci ilin yazında İstanbulda müzakirə edilən saziş layihəsi Ukraynanın təklifləri əsasında hazırlanıb.
    “2022-ci ilin yazında Avropa liderləri Rusiyanı “ciddi qan tökülməsinin, bir növ ciddi müharibənin” qarşısını almaq üçün Kiyevdən qoşunları çıxarmağa razı salıblar. İstanbulda müzakirə edilən saziş layihəsi Kiyev yaxınlığında Rusiya qoşunlarının olmadığı vaxt hazırlanıb. Bunun əksini iddia etmək ciddi deyil”, – Putin bildirib.
    Putin bildirib ki, Zelenski ilə 2022-ci ilin aprelində görüşməyə razılaşıb, lakin Kiyev fasilə götürüb və razılaşmanı pozub.
    Rusiya prezidenti Zelenskini yenə qeyri-legitim adlandırıb. Vurğulayıb ki, o,Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz.
    “Rusiya-Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər”.
    Putin əlavə edib ki, Qərbin Kiyevə dəstəyi olmadan Ukrayna münaqişəsi tez bitə bilər: “Sponsor pulu və patronlar tükənərsə, xüsusi hərbi əməliyyat bir ay yarıma, iki aya bitə bilər. Bu mənada Ukraynanın suverenliyi “demək olar ki, sıfıra bərabərdir. Qərbin sülhə nail olmaq istəyi varsa, Zelenskinin qadağasını aradan qaldırmağın yolları tapılacaq”.

  • Bakıda bu istiqamətlərdə tramvay xətləri çəkiləcək

    Bakıda iki yaşayış sahəsinin – Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur”.

    Bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
    “”Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin”, – deyə sədr bildirib.

  • Şirvanda qadın dəm qazından boğuldu

    Şirvanda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda yaşayan Sabirabad rayon Şıxsalahlı kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədli Sevinc Rüstəm qızı vanna otağında dəm qazından zəhərlənib.
    O, Şirvan xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, o 2 uşaq anasıdır.

  • Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.

    Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
    Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

    “Azarbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.

    Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.

  • Bakıda nə qədər avtomobil var? – Fantastik rəqəm

    Bakıda 780 min avtomobil var.

    Bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində məlumat verib.

    AYNA sədri bildirib ki, ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır. Bu isə 780 min avtomobil deməkdir.

    AYNA rəhbəri qeyd edib ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər.

  • Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı

    “10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcək”.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
    Onun sözlərinə görə, metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib:

    “10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya “Bənövşəyi xətt”in Babək prospektinə qədər və “Yaşıl xətt”in isə metronun “Həzi Aslanov” stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, “Bənövşəyi xətt”in uzadılması, eyni zamanda, metronun “Avtovağzal” və “Xocasən” stansiyalarının istifadəsini genişləndirəcək və bir daha “20 Yanvar” stansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

    “Həzi Aslanov”dan “Yaşıl xətt”in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir”.